e) QUR`ANDA VƏ SÜNNƏDƏ BİD`ƏT

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
Nəticə 1-MƏKKƏDƏN UCALAN FƏRYADLAR SEYYİD MƏHƏMMƏD İBNİ ƏLƏVİNİN ŞÜCAƏTLİ TƏNQİDLƏRİ


Vəhhabilərin mə`nasını dərk etməkdə böyük səhvə yol verdikləri altıncı kəlmə «bid`ət» kəlmə­si­dir.
Qur`ani-Məcid «Hədid» surəsinin 27-ci ayəsində röhbaniyyət məsələsini məzəmmət edərək buyurur:
وَرَهْبَانِیَّةً ابْتَدَعُوهَا مَا کَتَبْنَاهَا عَلَیْهِمْ إِلَّا ابْتِغَاء رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَایَتِهَا
“Bid`ət qoyduqları şeyləri Biz onlara müqər­rər etmə­mişdik; Biz onlara yalnız Allahın razılığını qazanmağı müqərrər et­mişdik, lakin onlar bunun haqqına riayət etmədilər.”
Əgər bu ayədəki istisnanı müttəsil hesab etsək – necə ki, ayənin zahiri belədir – onda ayənin məfhumu yuxarıda qeyd olunanlardan ibarətdir. Yə`ni məsihilər bir növ röhbaniyyət və tərki-dünyalığı bid`ət olaraq gətirmişdilər ki, Allah tərəfindən qanun şəklinə salınmamışdı, amma eyni halda ona da riayət etmədilər. (Bunun şərhi aşağıda qeyd olunacaqdır.)
Amma ayədəki istisnanı «münqəti» hesab etsək, ayənin mə`nası belə olar ki, Biz röhbaniyyəti onlara gös­tə­riş verməmişdik (əksinə, bu, onların tərəfindən qoyu­lan bir bid`ət idi), Biz onlara «ibtiğaə mərzatil­lah»ı (Allahın razılığını cəlb etməyi) tövsiyə etmişdik ki, ona da riayət etmədilər.
Ümumiyyətlə, ayədə bu növ bid`ət məzəmmət olunmuşdur. Bu elə bir bid`ətdir ki, tarixçilərin yazdığına görə, həzrət İsa (əleyhis-salam)-dan bir neçə əsr sonra məsihilərin məğlubiyyətinə, bir qrupun biyabanlara və dağlara çəkilərək, aspekt həyat tərzi keçirməsinə səbəb olan bir sıra tarixi hadisələr nəticəsində yaranmış və tədrici olaraq röhbaniyyət onların dini proqramları sırasına keçmişdir. Əvvəlcə dünyanı tərk edən kişilər (rahiblər) deyrlərə (monastrlara) gedir­dilər, sonra dünyanı tərk edən qadınlar da (rahibələr) onlara qoşularaq deyrdə yaşamağa başladılar.
Röhbaniyyətlə yanaşı, rahib və rahibələrin yanında formalaşmaqda olan yanlış sünnələrdən biri də evlənməyin mütləq şəkildə tərk olunması idi ki, bu da Allahın qoyduğu sünnənin və bəşər təbiətinin əksinə idi, odur ki, bunun ardınca saysız-hesabsız fəsadlar yaranırdı.
Məşhur qərb tarixçisi Vill Dorant özünün «Tarix» kitabında röhbaniyyət məsələsini geniş şəkildə şərh və e`tiraf edir ki, rahibələrin (tərki-dün­yalıq edən qa­dın­ların) rahiblərə qoşul­ması dördün­cü miladi əsrindən başlamış, nəticədə röhbaniyyətin işi günbəgün rövnəq­lənmiş və onuncu miladi əsrində özünün zirvə həddinə çatmışdır.[1]
Rahib kişi və qadınlar tarix boyu müxtəlif ictimai xidmətlər etsələr də, onların əməllərindən törənən ictimai və əxlaqi pozğun­luqlar daha artıq idi. Münasib olardı ki, onların törətdiyi və məsihilərin tarix kitablarında qeyd olunan fəsadları zikr etməkdən keçək. Bəli, bid`ətlərin nəticəsi əksər hallarda belə olur!
Yuxarıda qeyd edilən ayədən əlavə bid`ətin məzəmmət olunmasına dair İslami mənbələrdə çoxlu rəvayətlər gözə dəyir. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu məşhur «kullu bid`ətin zəlalətun», yə`ni bütün bid`ətlər zəlalət və azğınçılıqdır – hədisi çoxlu kitablarda, o cümlə­dən «Müsnədi Əhməd», «Müstədrəku Səhi­heyn», «Sünənu Beyhəqi», «Əl-mö`cəmul-ovsət» və «Sünənu İbni Macə» kitablarında qeyd olunmuşdur. [2]
İfratçı vəhhabilər bu kimi hədisləri müşahidə etdikdə bid`ətin mə`nasına diqqət yetir­mədən, ilk növbədə hər bir yeniliklə müxalifətə qalxmış, hətta velosipedi «şeytan arabası» adlan­dırmış, telefon xəttinin çəkilməsinə qarşı çıxmışlar. Amma dünyanın texnika və sənayeyə tərəf sür`ətlə hərəkət etdiyini gödükdə, nəhayət qərbin sənaye və texniki avadanlıqları müqabi­lində təslim olmuşlar. Nəinki təslim olmuş, üstəlik ona qərq də olmuşlar. Bu gün Səudiyyə Ərəbistanına səfər etdikdə görürük ki, qərbdə istehsal olunan son markalı avtomobillər, hava təmizləyicilər (kondisonerlər), çox gözəl və maraq­lı məişət avadanlıqları, hətta müxtəlif super-marketlər və qərb yeməkləri belə, hər yeri doldur­muşdur, böyük-kiçik, alim-cahil hamılıqla ondan istifadə edirlər.
Bu zaman mütləq yeniliklərlə – bid`ətlərlə mübarizə və müxalifəti boşlayaraq yalnız onların nəzərində dini yönə malik olan «bid`ətlərlə» müxalifətə qalxmışlar. O cümlədən, qəbir üzərində bina tikmək, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və sair din böyüklərinin milad mərasimini bayram keçirmək, şəhidlərə əzadarlıq təşkil etmək və sair. Bunlara əməl edən hər kəsi bid`ətçi hesab edir, tə`nə vururlar.
***
Amma, doğrusu, görəsən bid`ət nədir və hansı hallarda haramdır?! Aşağıdakı izahlara diqqət yetirin, yuxarıda qeyd etsək də burada əlavə izah vermək məcburiyyətindəyik:
Yuxarıda işarə etdiyimiz kimi, bid`ət lüğətdə yaxşı və ya pis olmasından asılı olmayaraq «hər növ yenilikçilik», fəqihlərin istilahında isə «dində olmayan bir şeyi dinə daxil etmək»dir.
Bəli, hər vaxt dində olmayan bir şeyi dinə artıraraq onu ilahi bir göstəriş hesab etsək, bid`ət qoymuş olarıq.
Bu da iki yolla yerinə yetirilir: 1-vacibi haram və haramı vacib etmək, 2-qadağanı mübah, mübah olan şeyi isə qadağan hesab etmək. Məsələn, «bugünkü bank siste­min­də ribadan (sələm, faiz) çəkinmək qeyri-mümkündür, deməli, o, qəbul edilə­si­dir», yaxud «hicab elə bir zamana aid idi ki, mədəniyyət və sivilizasiyalı insanlar onu qəbul etmir, deməli, bu gün hicabın götürülməsinin eybi yoxdur, və s. müxtəlif bəhanələrlə halalı haram, haramı halal hesab etsək, bu halların hamısı bid`ətin bariz nümunələrindəndir.
Bə`zi vaxtlar da dini göstərişlərdə: Allahın kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsində varid olmayan şeyləri dinin bir hissəsi hesab etmək bid`ət olur, məsələn, ölülərin üç, yeddi və qırx günlərinin matəm keçirilməsi camaat arasında olan adi bir işdir. Biz bunu İslam göstəriş­lərindən hesab etsək, yaxud bayram günlərində şadlıq mərasimi keçirməyi şər`i vacib hesab etsək və s.
Daha aydın sözlə desək, yenilikçilik üç qismdir:
1-Tam mə`nada, camaat arasında adi olan və şər`i məsələlərə heç bir dəxli olmayan işlərdə yenilikçilik; Buna sənaye və təbii elmlərdəki ixti­raları misal çəkmək olar ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrində və onun həyatda olduğu dövr­lərdə, eləcə də sair mə`sum rəhbərlərin həya­tın­da mövcud olmamışdır; çünki elmi tərəqqi və ixtiraçılıq heç bir nöqtədə dayanmır. Bu kimi bid`ətlər faydalı və qurucu işlər sırasındadır, çünki dünyanın bütün əql sahibləri – hər qövm və millətdən olsa belə – təəssüb olmadan hər bir faydalı şeyi alqışlayır.
2-Şər`i mövzular çərçivəsində olan və adi camaat tərəfindən yaradılan yenilikçilik. Bunlar da şəriətə aid edilmir. Misal üçün, məscidin binasının, künbəzlərinin, mehrabının xüsusi formada tikilməsi, kaşı çəkilməsi, kətibələr yazılması, azan və sair səslərin yayılması üçün mikrofon qoyulması və s.
Şübhəsiz, bu işlərin heç biri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in zamanında olmamışdır. Görəsən, bir kəs bunları haram hesab edirmi?! Halbuki, müsəlmanların bütün məscidləri, hətta Səudiyyə Ərəbistanı, vəhhabilərin mərkəzləri və Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidi bunlarla doludur.
Həmçinin, Məscidul-Həramda çoxlu dəyişik­lik­­lər edilmişdir ki, onların Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə olanlara heç bir oxşarığı yox­dur. Bundan da mühümü Səfa və Mərvədə sə`y əmə­lini yerinə yetirmək üçün ikinci mərtəbənin tikil­­məsi, son zamanlar «Cəmərat»da edilən qəribə dəyişikliklər, Qurbangahın Minadan xaricə keçirilməsi və sair.
Bu kimi dəyişikliklər camaat arasında adi bir iş hesab olunan yenilikdir və işlərin asan­laş­dırılması, yaxud çətinliyin aradan qaldı­rıl­ması və təhlükəsizliyin tə`min olunması xatirinə, şər`i məsələlərlə yanaşı edilən işlərdir, heç kəs onu xüsusi şər`i bir göstəriş və bid`ət saymır.
Qur`an qiraəti müsabiqələrinin keçirilməsi, ən yaxşı qari, hafiz və təfsirçilərin seçilməsi də eynilə.
Şübhəsiz, bu işlərdən heç biri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrində mövcud olmamışdır, bu işlər sadəcə olaraq, dini hədəf və məqsədlərin inkişafı üçün nəzərə alınmışdır və heç kəs «bunlar dinin bir hissəsidir» – deyə iddia etməmişdir.
Həmçinin, ölülər üçün müxtəlif və xüsusi zamanlarda matəm məclislərinin təşkil edilməsi də eyni ilə;
Dini konfranslar, böyük din xadimlərinin yubileyi münasibəti ilə yığıncaqların, dini-məzhəbi konfransların təşkil edilməsi və sair;
Din böyüklərinin milad bayramının keçiril­məsi, onların şəhadət və ya rehləti münasibəti ilə əzadarlıq məclislərinin təşkil edilməsi;
İslamın və müsəlmanların əzəmətinə səbəb olan, qəflət və xəbərsizlik pərdələrinin aradan qalx­masına, müsəlmanların mə`rifət və agahlı­ğının artmasına səbəb olan çoxlu işləri sada­lamaq olar.
Biz öz yaşadığımız mühitdə dəfələrlə təcrübə etmi­şik ki, dini-məzhəbi məsələlərin nəzdində keçirilən bu cür ürfi proqramlar hamıda, xüsusilə də cavan nəsillər­də agahlıq və mə`lumatı artırır, onların ideya və məqsədlərini düzgün şəkildə istiqamətləndi­rir, onları Qur`an və İslam maarifinə doğru sövq edir, nəticədə onlar dini işlərə çox ciddi yanaşırlar. Şübhəsiz, bu proq­ram­ların ləğv edilməsi müsəlmanlara böyük xəsa­rətlər vurur.
Bir sözlə, bunlar bir sıra ürfi məsələlərdir ki, heç kəs onları Allah, yaxud Onun Rəsulundan bu barədə göstəriş verilmədiyinə inanmadığı, başqa sözlə, dinin bir hissəsi hesab etmədiyi halda, bunu təşkil edir.
Deməli, onlara heç vaxt bid`ət adı qoymaq və «kullu bid`ətin zəlalətun» hədisini onlara aid etmək olmaz.
3-Bir növ bid`ət də haram bid`ətdir. Əvvəldə də işarə etdiyimiz kimi, bu, dinin sərhədlərini pozmaq, heç bir şər`i dəlil olmadan dini qanunların ziddinə olan müəyyən qanunlar çıxarmaq, yaxud ona müəyyən qanunlar artırıb-azatmaqdan ibarətdir.
Lakin ifratçı vəhhabilər islami fiqh və üsul elminə dair mə`lumatlarının az, zəif olduğuna görə, üç növdən olan yenilikçilik arasında fərq qoya bilməmiş və çox böyük, bağışlanmaz səhvlərə yol vermişlər. Nəticədə öz müsəlman qardaş­la­rı­nı kiçik bir bəhanə ilə bid`ətdə müttəhim edir, çox sadə şəkildə onları müşrik adlandırırlar.
Burada sözümüzü Məscidul-Həramın məşhur ustadlarından biri olan mərhum Yusif ibni Ələvi Malikinin sözü ilə sona çatdırırıq:
O özünün «Məfahimu yəcibu ən tusəhhəhə» adlı kitabında «yaxşı və pis bid`ət» ünvanı altında bə`zi məqamları demişdir ki, onun xülasəsi belədir:
Özünü səbəbsiz olaraq «salehlərin xələfi (ca­ni­­­­şini)» adlandıran cahil, təəssübkeş, dar­dü­şün­­­cəli və alçaq insanlardan bə`ziləri hər növ yeni­­liklə mübarizəyə qalxır, hər növ ixtiranı bid`ət adlandırır və hər bid`ətin də zəlalət olduğunu bəhanə edərək inkar edir­lər. Onlar bid`ətin (yeniliyin) növləri arasında heç bir fərq qoymadan yaxşı bid`əti pis bid`ətdən seçə bilmir­lər.
Bunların arasında fərq qoymağı sağlam əql və düşüncə təsdiqləyir. Üsul elminin böyük şəxsiyyət­lərin­dən olan Nəvəvi, Süyuti, İbni Həcər, İbni Həzm və s. onun düzgünlüyünü təsdiq etmişlər.
Biri-digərini təfsir edən Nəbəvi (səlləllahu əleyhi və alih) hədislərinin bir-birinin yanına qoyaraq onları məcmu halında araşdırsaq, bu müddəanı təsdiq edəcəkdir.
O cümlədən, «kullu bid`ətin zəlalətun» hədi­sini qeyd etmək olar. Burada heç bir əsaslı dəlil olmadan şəriət prinsiplərindən hesab olunan pis bid`ətlər nəzərdə tutulur.
Sonra əlavə edir: Özünün lüğəvi mə`nasında olan (yə`ni yenilikçilik) bid`ət haram deyildir. Haram və zəlalət olan bid`ət isə, şər`i bid`ət mə`­na­sı­nadır, o da «din işlərinə bir şeyi artıraraq ona şəriət rəngi verməkdir ki, şər`i bir iş ünvanı ilə Şəriət Sahibinə nisbət verilməklə qəbul edilsin, ona tabe olunsun.
Amma dünyəvi bid`ət, yə`ni dünya işlərinə aid olan hər hansı yenilikçilik növlərinin heç biri qadağan deyildir.
Deməli, bid`ətin yaxşı və pis olaraq iki mə`naya təfsir olunması onun lüğətdəki mə`nasına işarədir. Amma şər`i bid`ətə gəldikdə isə, onun yalnız bir növü vardır və o da haramdır. Əgər bu bölgünün müxalifləri məqsəmin (üzərində bölgü aparılan kəlmə) məfhumunu bilsəydilər, şübhəsiz, onunla müxalifətə qalxmaz, münaqişənin yalnız sözdə olduğunu bilərdilər.
Bəli, dünyəvi bid`ətlər arasında çox faydalı işlər tapılır ki, onun pişvazına çıxıb alqışla qarşılamaq lazımdır. Elə işlər də vardır ki, onların şər və fəsaddan başqa bir nəticəsi yoxdur (cəmiyyətdə mövcud olan açıq-saçıqlıqların bə`zisinə işarədir).[3]


[1] Vill Dorant, «Tarix», 13-cü cild, səh.443.
[2] «Müsnədu Əhməd», 4-cü cild, səh.126, «Müstədrək», 1-ci cild, səh.97, «Sünəni Beyhəqi», 10-cu cild, səh.114, «Sünəni İbni Macə», 1-ci cild, səh.16, «əl-Mö`cəm», Təbərani, 1-ci cild, səh.28.
[3] «Məfahimu yəcibu ən tusəhhəhə», səh.102-dən sonra.

 

Nəticə 1-MƏKKƏDƏN UCALAN FƏRYADLAR SEYYİD MƏHƏMMƏD İBNİ ƏLƏVİNİN ŞÜCAƏTLİ TƏNQİDLƏRİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma