Lazımİ xəbərdarlıqlar

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
Üçüncü mehvərYENİ VƏHHABİLƏR


Yuxarıda adı qeyd olunan dəyərli kitabın xülasəsini bəyan etməkdə hədəfimiz onun möhtərəm müəllifi İbni Ələvi Maliki Məkkinin bu kitabda heç bir xəta və səhvə yol verməməsini isbat etmək deyildir; çünki böyük bir alim olmasına baxmayaraq, o da insandır və səhvə, unutqanlığa düçar ola bilər.
Hədəfimiz budur ki, onun dəlil, məntiq, məta­nət və şü­caətlə yanaşı olan sözlərinin eynilə ger­çək­lik ol­ma­sı­nı çatdıraq; belə ki müxtəlif hətta Ərəbistanın özün­də belə, ölkələrdə yaşayan böyük İslam alimlərinin və böyük qrupların tərəfindən alqışla qarşılanmış­dır.
Bu da göstərir ki, təəssübkeş vəhhabilər öz ömürlərinin son xəttinə çatmışlar: hər səhifəsi ifratçı vəhhabiliyin tənqidi ilə dolu olan bir kitab İslam aləmində belə alqışla qarşılan­mışdır.
Lakin İbni Ələvi İslam aləminə, hətta mö`tə­dil vəh­habiyyətə belə, etdiyi bu qədər böyük xidmət müqabi­lində «öz mükafatını» aldı: Həmin dəstə tərəfindən onun əleyhinə çoxlu kitablar yazılaraq köhnə üslubları olan «kafir hesab etmə» üslubun­dan istifadə edildi, onun da kafir olmasına dair hökm verildi. («Hivarun məəl-Maliki», «Ər-rəddu ələl-Maliki fi zəlalatihi və münkəratihi» adlı kitablar yazıldı.)
Amma bu kitablar nəinki alqışla qarşı­lan­madı, əksinə, Misirin «Əl-əzhər» universitetinin bir qrup alimləri tərəfindən bu kitablar beynəl­xalq sionizmə xidmət və İslami vəhdətə ağır bir zərbə hesab olundu. Bunun müqabilində cənab İbni Ələvi Ərəbistan əhalisi tərəfindən xüsusi ehti­rama layiq görülürdü; hətta onun dəfn mərasimində minlərlə nəfər iştirak etdi, Səudiyyənin dövlət xa­dim­lərindən bə`ziləri onun ailəsinə başsağ­lı­ğı vermək üçün dəfələrlə onun mənzilinə getdilər.
Bunlar da ifratçı vəhhabilərin “kafir və fasiq hesab etmə” kimi köhnə təhdidləri müqabilində möhkəm və tutarlı bir cavab idi.
Maraqlıdır ki, Məkkənin qazisi onun əleyhinə fətva verdi və onu məhkəməyə çağırdı, hətta onun məhkəməsi Riyaz şəhərinə çəkildi. O, bir neçə saat ərzində öz yazılarını müdafiə etdi, axırda dedi: «Bunlar mənim ictihadımdır! Heç olmazsa, bunu demək lazımdır ki, siz də müctehidsiniz, mən də müctehidəm. Heç bir müctehid öz rə`yini digər bir müctehidə qəbul etdirə bilməz.» Bununla da axırda ona bəraət qazandırıldı.

 

Üçüncü mehvərYENİ VƏHHABİLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma