Çox qəribə haldır ki, bu məzhəb sayəsində hakimiyyətə gələn bir hökumət (Səudiyyə Ərəbistanı) bu deyilənlərə diqqət yetirmədən bütün dünya ölkələri ilə – İslami ölkələrdən tutmuş, qeyri-İslami dövlətlərə qədər – siyasi, iqtisadi və mədəni əlaqələr qurmuşlar, yə`ni onlar dünyanın bütün müşrikləri ilə dostdurlar!
Onlar bütünlüklə Məkkə və Mədinəni «müsəlman müşriklərini» qəbul etmək üçün ən gözəl otellər ocağına çevirmişlər! Hər il həcc və ümrə mərasimini yerinə yetirmək üçün müsəlmanlar oraya gəlir və vəhhabilər «şirk əhlini» ən gözəl şəkildə qarşılayırlar! Bu müşriklər onlar üçün çox böyük məbləğdə qazanc gətirirlər, Qur`ani-kərim isə belə buyurur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ إِنَّمَا الْمُشْرِکُونَ نَجَسٌ فَلاَ یَقْرَبُواْ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـذَا وَإِنْ خِفْتُمْ عَیْلَةً فَسَوْفَ یُغْنِیکُمُ اللّهُ مِن فَضْلِهِ إِن شَاء
«Ey iman gətirənlər! Müşriklər nəcisdir, onları bu ildən e`tibarən Məscidul-Hərama qoymayın; əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah sizi Öz mərhəməti ilə ehtiyacsız edəcəkdir.»[1]
Doğrusu, nə üçün burada müşriklər tövhidçi olur və Allah qonaqları kimi məhəbbətlə, alqışla qarşılanır, vəhhabilər böyüklü-kiçikli öz evlərini onların ixtiyarına verirlər?!
[1] «Tovbə» surəsi, ayə:28.