Qısa cavab:
Qiyaməti təkzib edənlər üçün hazırlanmış od Quran ayələrdə belə öz əksini tapıb:
1. Ayədə onların cəhənnəm odunu uzaqdan görəcəkləri qeyd edilmir. Əksinə atəşin onları uzaqdan görəcəyi qeyd olunur. Sanki odun gözü, qulağı var, gözləri yoldadır və günahkarın gəlişini gözləyir.
2. Həyəcana gəlmək üçün onların oda yaxınlaşmasına ehtiyac yoxdur. Od uzaq məsafədən – bəzi hədislərdə deyildiyi kimi bir illik məsafədən nərə çəkər.
3. Bu yandıran oda “təğəyyüz” (qəzəb) də deyilir. Bu söz insanın qəzəblə nərə və fəryad çəkdiyi halına deyilir.
4. Ayədə cəhənnəm atəşinin “zəfiri” olmasından söz açılır. “Zəfir” insanın nəfəsini dərindən köksünə çəkdiyi və qabırğalarının yuxarı qalxdığı hala bənzəyir.
Ətraflı cavab:
وَ اَعْتَدْنا لِمَنْ کَذَّبَ بِالسّاعَهِ سَعِیراً
“Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.”
O zaman yandıran odu təəccüb doğuran formada vəsf edir:
اِذا رَاَتْهُمْ مِنْ مَکان بَعِید سَمِعُوا لَها تَغَیُّظاً وَ زَفِیراً
“(Həmin yandıran od) uzaqdan onları görəndə (elə həyəcana gələr ki), onlar onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.”
Ayədə müxtəlif dolğun ifadələr ilahi əzabın şiddətindən xəbər verir:
1. Ayədə onların cəhənnəm odunu uzaqdan görəcəkləri qeyd edilmir. Əksinə atəşin onları uzaqdan görəcəyi qeyd olunur. Sanki odun gözü, qulağı var, gözləri yoldadır və günahkarın gəlişini gözləyir.
2. Həyəcana gəlmək üçün onların oda yaxınlaşmasına ehtiyac yoxdur. Od uzaq məsafədən – bəzi hədislərdə deyildiyi kimi bir illik məsafədən nərə çəkər.
3. Bu yandıran oda “təğəyyüz” (qəzəb) də deyilir. Bu söz insanın qəzəblə nərə və fəryad çəkdiyi halına deyilir.
4. Ayədə cəhənnəm atəşinin “zəfiri” olmasından söz açılır. “Zəfir” insanın nəfəsini dərindən köksünə çəkdiyi və qabırğalarının yuxarı qalxdığı hala bənzəyir.
Bu xüsusiyyətlərin hamısı göstərir ki, cəhənnəmin yandıran alovu öz ovunu gözləməkdə olan ac, yırtıcı heyvan kimi bu dəstənin intizarındadır. (Allaha pənah)
Bu, uzaqdan görünən cəhənnəmin obrazıdır. Amma onların cəhənnəmin içindəki vəziyyətini Quran belə təsvir edir:
وَ اِذا اُلْقُوا مِنْها مَکاناً ضَیِّقاً مُقَرَّنِینَ دَعَوْا هُنالِکَ ثُبُوراً
“Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onların orada ah-vay fəryadı ucalar.”
Bu, cəhənnəmin kiçik olmasına görə deyil, çünki “Qaf” surəsinin 30-cu ayəsinə görə o dolmaq bilmir və daha artıq tələb edir:
یَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَاْتِ وَ تَقُولُ هَلْ مِنْ مَزِید
“Cəhənnəmə deyərik: «Doldun?» Və o deyər: «Daha artıq varmı?»”
Demək, cəhənnəmin miqyası geniş olsa da onları bu genişlikdə elə məhdudlaşdırar ki, bəzi hədislərə görə mıx divara necə girirsə cəhənnəmə elə daxil olarlar.
Bundan əlavə, “subur” (ölüm fəryadı) sözünün orijinal mənası ölüb məhv olmaqdır. İnsan dəhşətli bir səhnə ilə üzləşəndə bəzən bağıraraq fəryad çəkir: “Va subura!”. Mənası isə “Ölüm olsun mənə!” deməkdir.
Amma tezliklə onlara deyiləcək:
لاتَدْعُوا الْیَوْمَ ثُبُوراً واحِداً وَ ادْعُوا ثُبُوراً کَثِیراً
“Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın.”
Nə qədər bağırsanızda sizin fəryadlarınız heç yerə çatmayacaq, ölümünüz gerçəkləşməyəcək. Siz sağ qalmalı və ağrılı əzablar çəkməlisiniz.
Bu ayə həqiqətdə “Tur” surəsinin 16-cı ayəsinə bənzəyir. Ayədə buyurur:
اصْلَوْها فَاصْبِرُوا اَوْ لاتَصْبِرُوا سَواءٌ عَلَیْکُمْ اِنَّما تُجْزَوْنَ ما کُنْتُمْ تَعْمَلُونَ
“Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində cəzalandırılırsınız.”
Belə bir sual yarana bilər ki, bu sözlərin müəllifi kimdir? Ayələrdən əzab mələklərinə aid olduğu anlaşılır. Çünki əzab mələklərinin işi günahkarlarladır.
Sual oluna bilər ki, nə üçün onlara “ölüm fəryadını bir dəfə deyil, dəfələrlə ucaldın” deyilər? Bu, bəlkə də onların ağır əzablarının bir dəfə ölüm fəryadı çəkməklə bitməyəcəyi həddə və uzun müddətli olacağına görədir. Əksinə, bu müddət ərzində həmin cümləni dönə - dönə təkrar etməlidirlər.
Bundan əlavə, cinayətkar zalımlar üçün nəzərdə tutulmuş ilahi cəzalar o qədər rəngarəngdir ki, hər bir cəza müqabilində ölümləri gözləri önünə gələr və ölüm fəryadı çəkərlər. Sanki dəfələrlə ölüb dirilərlər. (1)
Şərh qeydə alınmayıb