Qısa cavab:
Cismani meracın inkarı, Ptolomeyin kainat barəsində nəzəriyyəsinə əsaslanırdı. Çünki onun qənaətinə görə göyün doqquz qatı soğan qabıqları kimi elə bir-birinin üzərində yerləşmişdir ki, onlardan keçmək heç bir vəchlə mümkün deyil. Bu qatları yarıb keçmək qeyri-mümkündür. Bu üzdən insanın həmin maddi bədənlə onlardan keçməyini qeyri-mümkün təsəvvür edirdilər.
Ətraflı cavab:
Ruhani (cisimsiz) məadı inkar etməkdə məqsəd bu deyil ki, məad yalnız cismani məaddır. Əksinə, məqsəd həm cismani, həm də ruhani məad birlikdədir. Yəni Qiyamət günü həm ruh, həm də bədən yenidən qayıdacaq, öz mükafatlarını, cəzalarını, bir sözlə işlərinin nəticələrini görəcəklər. Bu məsələ son əsrlərdə yaşamış böyük filosoflar arasında da qəbul olunmuş bir əsas kimi tanınmışdır. Quranı-kərimdə də cismani (fiziki) məadı birmənalı şəkildə sübut edən çox saylı ayələr var. Əqaid kitablarında sözü gedən ayələrdən ətraflı şəkildə bəhs edilmişdir. O cümlədən “Yasin” surəsinin sonuncu ayələrini buna misal vurmaq olar. Həmin ayələrdə müxtəlif bəyanlarla bu məsələdən söz açılır.
Cismani meracın inkarı, Ptolomeyin kainat barəsində nəzəriyyəsinə əsaslanırdı. Çünki onun qənaətinə görə göyün doqquz qatı soğan qabıqları kimi elə bir-birinin üzərində yerləşmişdir ki, onlardan keçmək heç bir vəchlə mümkün deyil. Bu qatları yarıb keçmək qeyri-mümkündür. Bu üzdən insanın həmin maddi bədənlə onlardan keçməyini qeyri-mümkün təsəvvür edirdilər. Aydındır ki, bu fərziyyə sıradan çıxmaqla və yerini yeni nəzəriyyə verməklə sözügedən yanaşma da öz-özünə aktuallığını itirdi.
Şərh qeydə alınmayıb