Qısa cavab:
İnsanları bu baxımdan dörd qismə bölmək olar:
1. Haqq-həqiqəti axtaranlardır. Onlar nicat tapacaq.
2. Qasir cahillərdir. Üzrləri Qiyamət günü qəbul olunacaq.
3. Müqəssir cahillərdir. Üzrləri Qiyamət günü qəbul olunmayacaq.
4. Bilərəkdən haqqa qarşı çıxanlar. Haqqa tabe olmadıqları təqdirdə Qiyamət günü ilahi əzabla üzləşəcəklər.
Ətraflı cavab:
İnsanları bu baxımdan dörd qismə bölmək olar:
1. Bir qrup insan haqq-həqiqəti axtaranlardır. Onlar harada haqqı tapsalar onu qəbul edib tabe olacaq, heç bir üzr və bəhanə gətirməyəcəklər. Onlar həm haqqı istəyir, həm də haqqa qovuşmuşlar. Bu qrup insanlar peyğəmbərlərin, imamların və övliyaların, onlardan da sonra alimlərin təlimlərindən bəhrələnmiş və bəhrələnməkdədirlər. Onlar bizim bəhsimizdən xaricdirlər.
2. Digər qrup isə qasir cahillərdir. Yəni, alim və agah insanlara əlləri çatmayan məlumatsız insanlardır. Misal üçün, alim ayağı dəyməyən məntəqənin sakinləri, yaxud da elm və bilik mərkəzində, alimlərin kənarında yaşamış, amma indiyədək hansısa əməlinin səhv olması əsla zehninə gəlməyən, buna görə də, onu düzəldə bilməyən və doğru olanı bilən adamlardan soruşa bilməyən insanlar bu qəbildəndir.
Qısa sözlə desək, qafil olduğu üçün qasir cahil hesab olunur. Qasir cahil o adamlara deyilir ki, alimə əli çatmır. Səbəbi alimin olmaması da ola bilər, cahilin qəfləti də. Belə insanları səhih, dəqiq və uzunmüddətli proqram əsasında təlim keçməklə və imkanlardan istifadə etməklə cahillik və nadanlıq səhrasından nur və aydınlıq tərəfə hidayət etmək lazımdır. Yalnız bu qrup insanların haqqı tapa bilmədikləri təqdirdə üzrləri Qiyamət günü qəbul olunacaq.
3. Üçüncü qrup insanlar müqəssir cahillərdir. Onlar tədqiq, axtarış, araşdırma qabiliyyətinə, eyni zamanda alimlə əlaqə saxlamaq imkanına malik olan insanlardır. Lakin tənbəl, etinasız, dini məsələlərə laqeyd, dünyapərəst, məsuliyyətsizdirlər. Onlar özlərinə lazım olanları öyrənməyə can atmırlar. Belə insanlarda mütləq hərəkət, səy, tədqiq, araşdırmaq üçün stimul yaratmaq, bu yolla onları dini təlimləri öyrənməyə təhrik etmək lazımdır. Amma bu kimi insanlar haqqı tapmasalar və yaxud haqqa tabe olmasalar, Qiyamət günü üzrləri qəbul olunmayacaqdır.
4. Digər qrup insanlar isə bilərəkdən haqqa qarşı çıxır, bilə-bilə, həqiqətdən xəbərləri ola-ola haqla mübarizə aparırlar. Belə insanlarla da mümkün qədər yumşaq və nəzakətlə davranmaq lazımdır ki, bəlkə doğru yola gəlib haqqa qayıtsınlar. Haqqa tabe olmadıqları təqdirdə Qiyamət günü ilahi əzabla üzləşəcəklər. (1)
Şərh qeydə alınmayıb