Ayətullah Məkarim Şirazinin görüşündə kiber məkanın tələb və vacibləri
Müasir dünyada fəsad, pislik yayıcıları olduqca aktiv və məhdudiyyətsiz iş görürlər. Onların müqabilində duran yaxşılıq, düzlük yayıcıları da yeni və müasir texnologiyalardan istifadədə ciddi cəhd göstərməlidir.
Son günlər Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə bağlı informasiya bloqunun yeni nüsxədə təqdimatı mərasimi, o həzrətin kiber məkan mövzusunda mühüm, istiqamət verici çıxışı, öz növbəsində dini mərcəiyyətin sonsuz fədakarlığıdır ki, hər şeydən öncə müasir dünyanın ən yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə və şiənin misilsiz təlimlərini kiber məkanda yayılması lüzumunu isbat etmişdir. Bu açıqlama ilə, “Kiber məkanın tələb və vacibləri” mövzusunda Ayətullah Məkarim Şirazinin ideya və düşüncələrini araşdırmağın lüzumu mədəniyyət işləri keşikçiləri, xüsusilə kiber məkanın ali şurasının möhtərəm məsul şəxslərinin müasir texnologiyalardan istifadədə qabaqcıl siyasətlərin şərhi və dini təlimlərin kiberməkanda yayılmasına hərtərəfli nəzarət ünvanında nəzərə alına bilər. Həmin tələb və lüzumlarının daha vacibləri aşağıdakılardan ibarətdir:
Mədəniyyət elementlərinin iqtisadi-siyasi məsələlərlə sarsılmaz əlaqəsi
Şübhəsiz, kiber məkanda İslam təlimlərinin yayımı və rəvacı istiqamətində təsirli və əlverişli fəaliyyətlər hər şeydən öncə diqqətə alınacaq mədəni element və məsələlərdən biridir. Ona görə ki, bir cəmiyyətin iqtisadi və siyasi inkişafında mədəni dinamikliyin əhəmiyyətli təsirləri olacaq. Digər tərəfdən də mədəniyyət sahəsində nöqsanların artması nəticəsində bir cəmiyyətin siyasət və iqtisadiyyatında problemsiz ötüşməyəcək. Ayətullah Məkarim Şirazi bu mühüm məsələni önə çəkərək aydınlıq gətirdi:
Mədəni məsələlərin siyasi-iqtisadi məsələlərə, iqtisadi-siyasi məsələlərin də mədəni məsələlərə çevrildiyini, qarşılıqlı təsir və təsirlənməyə malik olduğunu düşünürük (1).
İndi belə izahlarla, cəmiyyətin hazırkı mədəni durumunu açıqlayarkən, bunları qeyd etmək lazımdır: Cəmiyyətdə mədəni məsələlər ürəkaçan deyil. Səbəbi isə, gənclərin can bəlasına çevrilmiş mövcud peyk antenaları, internet və kiber aləmdir (2).
Həmçinin, Ayətullah Məkarim Şirazinin görüşündə, mədəni məsələlər və problemləri, o cümlədən cəmiyyətdə nigah sayının azalması, boşanmaların çoxalması, qanunsuzluq və ictimai deformasiyanın artmasını diqqətdə saxlamaq, kiber məkanla dəqiq rəftarın tələblərindən sayılır. Buna görə də, o əlavə etdi: Biz İslam hökumətinə sahibik, əxlaqın aradan getməsilə problemlərin də artacağına inanırıq. Hazırda niyə boşanmalar çoxalıb, Niyə nigahın sayı azalıb, Niyə kişi arvadına, arvad da ərinə qarşı bədbindir, Mühum amillərdən biri də məhz budur (3).
Şiə aləminin mərcəyi-təqlidi davamında buyurdu: Bu məhdudiyyətsizlik ailə nizamını alt-üst etmişdir. Əgər biz xatırladıb, “Məsləhətiniz budur!” – deyiriksə, ürəyimiz yandığına görədir. Biz mədəni məsələləri nəzarətə götürürük və öz payımıza xatırladırıq. Bəzən bu məsələlər müəyyən məbləğ bahasına bizə başa gəlir və məbləğini biz ödəyirik. Bu səbəbdən mədəni məsələlərlə bağlı düşmənlər və bir mənada ipə-sapa yatmayan şəxslər daima kiber məkanı korlamaqdadır; saytlar, şəbəkələr, hətta mobil telefonlar vasitəsilə ümumi təfəkkürü zəhərləməkdədirlər. Buna əsasən, biz də fəaliyyətimizi gücləndirməli, meydana atılaraq zərərli işləri neytrallaşdırmalıyıq (4).
Kiber məkandan münasib istifadənin vacibliyi – İnformasiya mühabirəsinə qarşı həyati strategiya
Ayətullah Məkarim Şirazinin görüşlərinə əsasən, müasir dünyada kiber məkan ilk söz sahibidir. Sosial mediyanı tamamilə məhv etmək mümkün olmadığı üçün bacardıqca bu yolda, yəni mediyanın inkişafı istiqamətində üzərimizə düşən vəzifələrə əməl etməli, meydanı düşmənin əlindən almalıyıq.
Odur ki, o bir çıxışında, kiber məkanın dağıdıcı, yaxud qurucu mahiyyətə malik olduğunu dilə gətirərək, buyurdu: Hərçənd, kiber məkan təsisçiləri ölkə xaricində bizim dini mədəniyyətimizi məhv etmək məqsədi güdürlər, lakin biz hidayət və ya azğınlıq amili ola biləcək bu vasitədən düzgün istifadə etməliyik (5).
Ayətullah Məkarim Şirazi yeni kommunikasiya və informasiya vasitələrinin mövcud tutumu qədərində dini təlimlərdən optimal yaralanma strategiyasını düşmən təxribatları ilə mübarizədə İslamın güclü həlledici amil olduğunu xüsusi vurğulayaraq, buyurdu: Düşmən müasir kommunikasiya vasitələri ilə dünyanı fəsada sürükləmək məqsədi güdür. Nəzərə alsaq ki, yaşadığımız dövrdə indiki nəslə və xalqa kiber məkan kimi heç bir element təsirli deyil, onda İslamın güclü mədəniyyəti ilə cəmiyyətin mədəniyyətini yüksəltməkdən ötrü bu mədəni təlimlərdən faydalanmaqla yanaşı, onlardan düşmən addımlarına qarşı çıxmaq üçün istifadə etməliyik (6).
Texnologiya sahəsinin səlahiyyətliləri və mədəniyyət xadimlərinin kiber məkanın ali şurası ilə konvergensiyasının vacibliyi
Kiber fəaliyyətlər müstəvisində məlum və inkaredilməz strategiyalardan biri kimi, Ayətullah Məkarim Şirazinin geniş tələbində öz əksini tapan kiber məkan məsələsində bütün aparıcı orqanların kiber məkanın ali şura orqanı ilə konvergensiyasının vacibliyini önə çəkmək olar. O, bir ifadəsində kiber məkanın optimal idarəçiliyinin və bu sahədə paralel iş aparmağın vacibliyinə təkid edərək, buyurdu:
Kiber məkan işləri üzrə məsul şəxslərin öz siyasət və proqramlarını bu kimi işlərin qanuni səlahiyyətlisi olan kiber məkanın ali şurası ilə paylaşmaları və bu işin mənfi tərəflərinin qarşısını alan məqamlara riayət etdikdən sonra addım atmaları vacibdir (7).
Milli informasiya şəbəkəsinin yaradılması zərurəti
Qərb cəmiyyətinin mədəni xəsarətlərinə qarşı mübarizənin artırılmasından ötrü milli informasiya şəbəkəsinin yaradılması zərurəti Ayətullah Məkarim Şirazinin diqqətində olan tələblərdən biridir. Bu üzdən o buyurur: Nəzərə alsaq ki, milli informasiya şəbəkəsi bir çox problemlərin həllinə yol aça bilər, onda kiber məkanda mövcud xəsarətləri aradan qaldırmaqdan ötrü rabitə naziri və nazirlik işçiləri kiber məkanın ali şurasında bu məsələ qaldırılmalıdır. Ona görə i, belə olmadığı təqdirdə, gələcəkdə çoxlu problemlərlə qarşılaşacağıq (8).
Kiber məkanda informasiya yayımının vacibliyi
İnformasiya yayımı, dövlət xadimləri və mədəni işlər nəzarətçiləri tərəfindən yerinə yetirilən fəaliyyətlərin, atılan addımların hesabatının kiber məkan müstəvisində təqdimatı mövzusu, müsəlman və şiə mediyasının həyatını davam etdirməsində mühüm və həlledici iş ünvanında Ayətullah Məkarim Şirazi tərəfindən önə çəkilən, onun diqqətində olan xüsusiyyətlərdəndir. Şiə aləminin mərcəyi-təqlidi Ayətullah Məkarim optimal xəbər yayımını, kiber məkanda dini fəaliyyətlərin yayım yüksəlişinin və şiə maarifinə marağın günbəgün çoxalmasının amili bilərək, buyurdu: Xəbər yayımı oxucuların mümkün qədər cəlbinə səbəb olacaq ki, bu da öz növbəsində din və İslam maarifinin yayılması xüsusunda bizi məqsədimizə daha da yaxınlaşdıracaq (9).
Media təsirlənmələrindən çəkinmək – Kiber məkanda fundamental prinsip
Məlumdur ki, imperialist güclərin mediya fəaliyyətləri ilə qarşılaşmada yaranan bəzi təsirlənmə yanaşmaları öz növbəsində mədəni mövzularda bir çox münaqişələrə səbəb olmuşdur. Odur ki, Ayətullah Məkarim Şirazi mediya təsirlənməsindən qorunmanın vacibliyini mühüm və zəruri bit tələb kimi önə çəkərək, buyurdu: İslam qələbəsi, İslam oyanışı və Yəmən, İraq və Suriyada yaranan şəraitdən sonra İslam düşmənlərinin mübarizəsi digər bir mərhələyə, yəni internet və kiber məkana keçdi.
Günümüzdə dünya siyasətçilərinin bu metodla İslamla mübarizə apardıqlarının şahidiyik, çünki onlar üçün yeganə əngəl orijinal İslamdır (10). O, alimlərinin vəzifə və məmuriyyətlərinin şərhi sırasında, İslam təlimləri düşmənlərinə qarşı hücum strategiyalarından bəhrələnməyin vacibliyini tələb edərək, buyurdu: İndiki dövrdə İslam alimlərinin vəzifəsi digər dövrlərlə müqayisədə daha ağırdır. Ona görə ki, düşmənin indiki hücumu daha geniş miqyaslıdır. Lakin biz bundan təsirlənməməli, bu qədər düşmənlə, çox sayda mediya ilə necə mübarizə aparaq, – deməməliyik. Əksinə deməliyik ki, İslamın mədəni gücü qabaqlayıcı tədbirlər görmüşdür və Əhli-beyt (ə) məktəbi də belələrindəndir. Odur ki, düzgün proqramlarla kiber məkan təhdidlərini fürsətlərə çevirməliyik (11).
Kiber məkanda müasir texnologiyalardan optimal istifadənin vacibliyi
Şiə dünyasının mərcəyi-təqlidi kommunikasiya və informasiya sahəsində yeni texnologiyalarla qarşılaşmada mütərəqqi təfəkkürdən yararlanmağın aydın məsələ olduğunu dilə gətirərək, buyurdu: “Biz texnologiyaya qarşı deyilik. Qarşı olmamaqla yanaşı, həm də ondan istifadəni vacib bilirik” (12).
Ayətullah Məkarim Şirazi bu müddəanın izahında buyurdu: “Belə bir hədis var, “Elm Sürəyyada – ülkər ulduzunda olsa da, bir dəstə iranlı onu yerə gətirər!” – deyir”. Biz müsəlmanlar elmi tərəqqi və inqilaba sahib olduğumuz vaxtda, avropalılar orta əsrlərini yaşayırdılar.” (13). Bu baxımdan o, cəmiyyətin tək-tək fərdlərinin İslam əxlaqı mövzusunda fədakarlıqlarını, eləcə də İslam sisteminin qırmızı xətti və qərb cəmiyyətlərinin sosial texnologiyaları ilə münasibətdə dini təlimlərə riayət etmələrini xüsusi vurğulayaraq, belə buyurdu: Biz birmənalı olaraq, texnologiyanı müdafiə edirik, bəziləri texnologiyaya qarşı olduğumuzu düşünməsinlər. Lakin qərb texnologiyası çirkli və sağlamlığa zərərli su kimidir. Su, həyat mənşəyi olsa da, lilli və sağlamlığa zərərli olduğu təqdirdə filtirasiyası gərəkir. Texnologiya sahəsində qərblilər əxlaqi və mədəni məsələləri gözləmədikləri halda, biz isə gözlədiyimizdən dolayı qırmızı xətlərimiz var. Bu üzdən texnologiyanın filtirasiyasının vacibliyinə inanırıq (14). Müasir texnologiyaların aparıcı rol oynadığı dünyada yaxşılıq, haq və həqiqətin yayılmasından ötrü ən yeni texnoloji imkanlardan istifadə edilməlidir, saf əxlaq və mənəviyyatın yayımı üçun onlardan optimal yararlanmaq lazımdır (15).
Dilçilik və tərcümə hərəkatı – Şiə maarifinin kiber məkanda rəvacına mühüm amil
Şübhəsiz, müxtəlif təbliğ sahələri, xüsusilə kiber məkan kimi yeni formalaşmış mediyalar üzrə çalışan din yayıcıları və təbliğatçıları arasında dilçilik məlum və inkaredilməz həqiqətdir. Buna görə də Ayətullah Məkarim Şirazi, İmam Sadiqin (ə) hədisinə istinadən, İslam elmlərinin yayımı müstəvisində tələbə və din təbliğatçılarının dilçiliyi, həmçinin İslam maarifini müxtəlif dillərə tərcüməni bilməsinin vacibliyini xatırladaraq, buyurdu: İmam Sadiqin (ə) bir hədisində gəlib ki: “Elm qələmdən dünyaya yayılacaq!”. İndi belə bir izahla qeyd etməliyik ki, İmam Sadiq (ə) bu kəlamı İslam maarifinin başqa dillərə tərcümə etməyin, eləcə fərqli dilləri öyrənməyin vacibliyinə aşkar dəlildir (16).
Fiqhin “məysur” qaydası (17), kiber məkanda mütəmadi və təsirli mövcudluq strategiyası
Şiə dünyasının mərcəyi-təqlidi kiber məkan mövzusunda hamının bir nəfər kimi müasir texnologiyadan yararlanmasının zərurətini açıqlayarkən, fiqhin “məysur” qaydasının öz növbəsində məsul şəxslər üçün mövcud bacarıq və imkanlar çərçivəsində kiber məkandan faydalanmağın lüzumunu təsvir etdiyini bildirərək, buyurdu:
Bu sahədə fiqhdəki “məysur” qaydası üzrə, yəni öhdəsindən gəldiyimiz işi yerinə yetirək və “bacarmırıq” bəhanəsi ilə işimizi durdurmayaq (18).
Ayətullah Məkarim Şirazi əxlaqı, həmçinin şübhələri aradan qaldırmaqda yaxşılığa dəvət və pislikdən çəkindirmə vacibinin təkrar bərpasının lüzumluluğunu ictimai mühitdə fiqhin “məysur” qaydası mənasının mahiyyəti ünvanında xüsusu vurğulayaraq, buyurdu: Bu qayda əxlaq mövzularında da keçərlidir; bacardığımız qədər yaxşılığa dəvət və pislikdən çəkindiməyə münasib şərait yaratmalıyıq. Ruhanilərin müxtəlif sahələrdə, xüsusilə kiber məkanda mövcudluğundan faydalandığınız kimi, məsləhət almaq və şübhələrə cavab tapmaq məqsədilə dindarların da bütün sahələrdə və məkanlarda mövcudluğu üçün daha çox güc sərf etməklə, bu imkandan yararlanın (19).
Şiə təlimlərinin rəvacı – Kiber məkanda ən mühüm nailiyyət
Ayətullah Məkarim Şirazi kiber məkanda şiənin tükənməz təlimlərini günbəgün daha çox yayılmasının vacibliyinin çoxlu bərəkətə səbəb olacağına inandığını bildirdi və şiənin tükənməz maarifinin mediyalarda paylaşılmasının Əhli-beyt (ə) maarifinin rəvacı fikrində olanların müvəffəqiyyət rəmzi sayaraq, buyurdu: Bilin və agah olun! İslam düşmənlərinin bütün təxribatlarına baxmayaraq, Əhli-beyt (ə) məktəbinin səy və çalışqanlıqla internet saytlarında, sosial şəbəkələrdə, eləcə də peyk şəbəkələrində yayımı ilə böyük nailiyyətlər qazanmaq olar (20).
Dini hövzə və universitet imkanları istifadə sayəsində kiber məkan təhdidinin fürsətə dönüşü
Qeyd etmək lazımdır ki, Əhli-beyt (ə) məktəbi təbliğatçılarının şəxsi qayğılarından doğan bəzi fərdi və müstəqil fəaliyyətlərinin öz həddində təsirli olması mümkündür, lakin kiber məkan və digital mediya sahəsində hövzə və universitet imkanlarından xüsusi yararlanmaq, bir çox kiber məkan təhdidlərini fürsətlərə çevirməkdə, sözsüz, həlledici rol oynayacaq. Bu üzdən Ayətullah Məkarim Şirazi bu məsələni xüsusi vurğuladı və buyurdu: Bir qrup hövzə və universitet mütəxəssisləri qərbin kiber məkan və mediyasının böyük hücumu qarşısında necə davranmaq və durmaq yollarını axtarmalıdır. Xüsusən hazırkı şəraitdə fürsətləri artan kiber məkan təhdidlərini və düşmən mediyaları, peyk antenaları, internet şəbəkələrinin gecə-gündüz İslam dünyasına yayımladığı anti-İslam təbliğatları və şübhələr araşdırılmalıdır (21).
Odur ki, kiber məkanı düzgün təlim-tərbiyə mexanizminə döndərmək gərəkir. Bu xüsusda hövzə nümayəndələrinin, təlim-tərbiyə mütəxəssislərinin rəhbərliyinə və yol göstərməsindən faydalanmaq lazım gəlir (22).
Ailə təməlinin möhkəmlənməsi və gənclərin hidayətində kiber məkana idarəçiliyin vacibliyi
Gənclərin kiber məkana məhdudiyyətsiz girişi, əgər İslam təlimlərindəki mövcud mühüm imkanları unutmaqla yanaşı olsa, öz növbəsində ciddi əxlaqi və ictimai fəsadlar yaradacağı məlum məsələdir. Buna görə də, Ayətullah Məkarim Şirazi rəqəmsal mediyalarda, xüsusiə sosial şəbəkələrdə hidayət mərkəzli strategiya cızmaqla, gənclərin hidayəti, müqəddəs ailə təməlinin möhkəmlənməsi prinsipinin gerçəkləşməsindən dolayı, yeni kommunikasi və informasiya texnologiyalarına idarəçiliyin vacibliyini xüsusi vurğulayaraq, buyurdu: Yeniyetmə və gənclər saf qəlbli olduqlarına görə, onların gəlbində doğru və gözəl təsvir cızmaq məsul şəxslərin vəzifəsidir. Buna görə də, ailələrin hidayət və ya azğınlığına səbəb ola biləcək alətlərdən düzgün istifadə etməliyik. Çünki onların evlərə girməsinin qarşısını almaq mümkün deyil. Həmin əsasla, kiber məkanı gələcək nəslinə tərbiyəsi səbəb olan səmtə yönəltməyimiz lazım gəlir (23).
Dini yaradıcılıq – Kiber məkanın ən önəmli tələbi
Həmçinin, şiə aləminin mərcəyi-təqlidi, Əhli-beyt (ə) maarifi yayıcılarının kiber məkanda daha çox fəaliyyəti üçün əlverişli tələb və çıxış yollarını izah edərkən, buyurdu: Bəzi dini addım və fəaliyyətlərlə kifayətlənmək geriləməyə səbəb olacağından dolayı irəli hərəkət etmək məcburiyyətindəyik. O, məsələni şərh edərkən, buyurdu: Kiber məkanda dini fəaliyyətlər hər gün, hər il yenilik və yaradıcılıqla bərabər olmalıdır.
Son söz
Sonda bəşər cəmiyyətində düzlük və yaxşılığın yayımının reallaşmasını bütün məsul şəxslərin yeni texnologiyadan faydalanmaq səyinə bağlı bilən Ayətullah Məkarim Şirazi, kiber məkanda İslam İnqilabının mədəni cəbhə mücahidlərinin çalışmalarını qiyamət azuqə və ehtiyatı kimi tanıtdıraraq, buyurdu: Müasir dünyada fəsad və pislik yayıcıları olduqca aktiv və məhdudiyyətsiz iş görürlər. Onların müqabilində duran yaxşılıq və düzlük yayıcıları da yeni və müasir texnologiyalardan istifadədə ciddi cəhd göstərməlidir (24). Həmçinin, nəzərə alsaq ki, Əhli-beyt (ə) maarifi yayıcılarının üslubu azğın kiber məkanda istifadəçilərin azmasının, fikir və etiqad sapmalarının qarşısını almaq əsasındadır, bu kimi addımları möminlər və kiber məkanda din təlimlərinə rəvac verənlər üçün “qayıdış günü”nə ehtiyat kimi diqqətə alınmalıdır (25).
Şərh qeydə alınmayıb