SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Günahsız insanın öldürülməsi [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionBir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?
Answer: Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).

Cinayətkarların evdə terror edilməsi [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionƏfqanıstanın daxili müharibələrində aktiv iştirak edən bir şəxs digər bir şəxs tərəfindən öz evində terror olunur. Onun hökmü nədir?
Answer: Hər kəs bir mömini qəsdən qətlə yetirərsə, hökmü qisasdır. Əgər səhvə yol vermiş və xəta etmişdirsə, onun barəsində İlahi hökm şəriət hakimi tərəfindən icra olunmalıdır.

Onurğa beyninin dağılmasından irəli gələn ölümün diyə və qisası [Diyə ödəməyin metodu]

QuestionGüllə bir şəxsin bədəninin bir tərəfindən girib o biri tərəfindən çıxmış və onurğa beyninin tamamilə dağılmasına səbəb olmuşdur. Zərərçəkən bir müddət sonra dünyasını dəyişmişdir. Tibbi ekspertizanın rəyinə əsasən ölümün səbəbi ilkin yaralardan doğan fəsadlar olmuşdur. Qeyd etmək lazımdır ki, güllə atan şəxs öncə onurğa beynini qırdığına görə kamil diyə, həmçinin kamil diyənin üçdə ikisi qədər də caifəyə görə ödəməlidir. Xahiş edirik ki, yuxarıda deyilənlərlə əlaqədar və atəş açan şəxsin nə qədər diyə verməli olduğu barədə öz rəyinizi bəyan edəsiniz.
Answer: Əgər atəş açma qəsdən baş vermişdirsə, gülləni atan şəxs verilmiş diyəni geri qaytarıb qisasa (edama) hazırlaşmalıdır. Əgər səhvən və ya ehtiyatsızlıq üzündən baş vermişdirsə, artıq diyə düşmür və bir diyə kifayətdir. Bir zərbə ölümlə nəticələnmişdirsə, caifə diyəsi də düşmür.

Qətllə nəticələnən havaya atəş [Qisasın hökmləri]

QuestionKişi öz arvadını qəsdən qətlə yetirir. Ölən qadının vərəsələri anası və bir qızından ibarətdir. Təbii ki, ata öz qızı tərəfindən qisasa (edama) məhkum edilə bilməz. Bilmək istərdik ki, ölən qadının anası qisas tələb etsə: 1) Qisas tələb edən şəxsin diyənin (qanbahasının) yarısını qatilə ödəməsinin lazım olduğunu nəzərə alsaq, qızın səhminə mütənasib olaraq diyə ödəməlidirmi? Qatilin də atasının sağ olduğunu və onun səğir (azyaşlı) uşağın babası sayıldığını nəzərə alsaq, uşağın məsləhətinə əməl etməklə, diyə tələb etmək və ya əfv etmək babanın öhdəsindədir, ya yox? 2) İmtina etdiyi təqdirdə və ya qisas almaq istəyən şəxsin diyələri (qanbahasını) ödəmək üçün maddi imkanı olmadığı təqdirdə qisas haqqı aradan gedir, diyəyə çevrilir, yoxsa onun icrası təxirə düşür? Sonuncuda məhkum həbsdən azad olunurmu?
Answer: 1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var. 2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.

Qətllə nəticələnən havaya atəş [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionÜç nəfər hərbçi ərazidəki dağılmış səngərlərdə iş görürmüş. Başqa bir hərbçi üç yüz metr məsafədən onlara tərəf bir neçə dəfə atəş açır və güllələr onlardan birinin ölümünə səbəb olur. Qatil iddia edir ki, mən onların mülki vətəndaş olduğunu düşünüb oradan dağılışmaları üçün havaya atəş açdım. Bu yolla onları qorxutmaq istəyirdim. Onlara tərəf atəş açmaq niyyətim yox idi. Lakin onun iddiasını qəbul etmək mümkün deyil. Çünki, bir neçə nəfər onların hərbçi olduqlarını ona bildirmişdilər. Qatilin o şəxsləri gördüyünü və onlara tərəf bir neçə dəfə atəş açdığını nəzərə alsaq, habelə, onlara və ya konkret bir vətəndaşa atəş açmaq istəmədiyini qəbul etsək, bu qətl hadisəsi qəsdən adam öldürmə sayılır, yoxsa yox?
Answer: Bu şəxslərə tərəf açılan atəşin onları hədəf almaq məqsədilə olduğu sübut olunmayınca, qəsdən adam öldürmə sayılmır.

Polis məmurunun müttəhimlərə atəş açması [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionPolis məmuru ittiham olunmuş şəxsi təqib edərkən ona tərəf atəş açsa və müttəhim şəxs güllə yarasından həyatını itirsə, bu, qəsdən adamöldürmə sayılır, yoxsa ehtiyatsızlıq üzündən adamöldürmə? Hadisənin hökmü necədir?
Answer: Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər: 1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur. 3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.

Naməhrəmlə ehtiraslı zarafatlar [Təzirlər]

QuestionOğlan evlənmək məqsədilə qızı qaçırır və onlar bir müddət bu vəziyyətdə yaşayırlar. Cinsi əlaqədən başqa bəzi işlər də görürlər. Sonra qızın ailə başçılarının razılıqlarını alıb evlənirlər. Oğlan qaçdıqları zaman gördüyü bir yerdə yatmaq, toxunmaq və s. işlərinə görə təzir olunmalıdırmı?
Answer: Bu işlərin hamısı şəriət baxımından qadağan olunmuş işlərdir və ona təzir düşür.

Oğurluq ittihamı [Təzirlər]

QuestionƏgər bir şəxs başqasına oğurluqda (və yaxud silahlı oğurluqda) ittiham edərək böhtan atsa, amma məhkəmə iclasında öz iddiasını sübut edə bilməsə və müttəhim qanuni şəkildə bəraət qazansa, şəriət baxımından böhtan atan şəxsin cəzası nədir?
Answer: Belə bir şəxs təzir olunmalıdır və onun (cəzanın) miqdarını şəri hakim təyin etməlidir.

Həyat yoldaşının icazəsi ilə istimna [İstimna]

QuestionEvli bir şəxs, öz qadınının icazəsi ilə istimna edirsə, bu istimna haramdırmı?
Answer: Əgər bu istimna arvadı ilə eşqbazlıq etməklə baş versə, eybi yoxdur. Amma əgər özü istimna etsə, istər arvadının razılığı ilə olsun, istərsə olmasın, haramdır.

Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq [Övlad]

QuestionAta öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Answer: Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.

Vəzifəli hərbçinin təzir etməsi [Təzirlər]

QuestionHərbi qüvvələrin vəzifəli işçisi cinayət törətmiş bir şəxsə sillə vura bilərmi?
Answer: Şəri hakimin icazəsi olmadan təzir etmək caiz deyil.

Zinaya məcbur etmək [Təzirlər]

QuestionBir şəxs bir qadınla bir kişini zinaya məcbur etsə, onun (məcbur edənin) hökmü nədir?
Answer: Ağır şəkildə təzir olunmalıdır.

Gizlində haram işlər qörənlər [Qəzavət]

QuestionAyrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək 2) Günah musiqilərin lent yazılarını dinləmək 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.
Answer: Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

Həkim müalicədən imtina edərsə [Təzirlər]

QuestionƏgər həkim müalicədən imtina edirsə və nəticədə xəstə əlil olur (xəsarət alır) və yaxud dünyasını dəyişirsə, onun cəzası nədir?
Answer: Həkimin cəzası təzirdir.

Ərin razılığı arvadının cəzasının icrasında təsir qoymur [Zinanın cəzası]

QuestionƏrli qadın zina etdiyinə görə daşqalağa məhkum edilmişdir. Əri hökmün icrasından öncə ona talaq versə, talaq ona qarşı razılıq əlaməti kimi qələmə verilərək cəzanın icrasının qarşısını ala bilərmi?
Answer: Ərin razılığı və talaq verməsi sözü gedən cəzanın icrasına mane ola bilməz.

İqrardan sonra inkar hallarında cəzanın ləğvi [Cəzaların müxtəlif məsələləri]

Questionİqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?
Answer: Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

İlahi cəzaların icraçısı [Hüdudun qisimləri]

QuestionƏfqanıstanın hazırkı şəraitini nəzərə alsaq, İlahi cəza və hökmlərin icrası kimin öhdəsinə düşür?
Answer: O məntəqədə yaşayan hər bir adil müctəhid bu işi icra bilər. Müctəhid olmadığı şəraitdə cameüş-şərait müctəhidin nümayəndəsi olan adil alimlər bu kimi cəzaları icra edə bilərlər.

Cinayətkarın öz əməlindən peşmançılığı [Cəzaların müxtəlif məsələləri]

QuestionŞəriət baxımından hökmü hədd (cəza) və ya təzir olan günahlar törətmiş şəxslərdən bəziləri öz günahlarının sübut olunduğunu görəndə ağlayıb peşman olduqlarını söyləyirlər. Sadəcə bu peşmançılıq kifayətdirmi? Yoxsa onun xeyirxah işlər, saleh əməllər görməsi və batmış olduğu günahı tərk etməsi də şərtdir? Xahiş edirik ki, ətraflı izah edəsiniz.
Answer: Peşmançılıq qazının məhkəmə iclasında olsa, faydası yoxdur. Yalnız iqrar hallarında (peşmançılığını bildirərsə) qazı onu əfv edə bilər. Əgər (peşmançılıq) bundan qabaq baş versə, “Allah hüquqları”-nda cəzanın ləğv olmasına səbəb olur.

Hamilə qadının cəzası [Hüdudun qisimləri]

QuestionXəstə bir insana hədd (cəza) vacib olarsa, səksən nazik çubuğu bir dəstə şəklində yığıb onunla bədənə bir zərbə vurmaq olarmı? Cavabın müsbət olduğu təqdirdə təziri də həmin hökmə aid etmək olarmı? Bu müqəddiməni nəzərə almaqla aşağıdakı suala cavab verin: Bir qadın subay olan zaman hökmü təzir olan bir günaha batmışdır. İndi evləndikdən sonra və hamilə olduğu bir vaxtda onun günahı sübuta yetmişdir. Ərinin də bu işdən xəbəri yoxdur. Bu qadın hal-hazırda xəstədir və hamiləlik dövrünü keçirir. Habelə təzir olunduğu təqdirdə əri hadisədən xəbərdar olacaq, böyük ehtimalla ona talaq verəcək və ya digər fəsadlar yaranacaqdır. Bütün bunları nəzərə alsaq, belə bir şəraitdə otuz ədəd nazik çubuğu dəstələyib təzir ünvanı ilə onun bədəninə bir zərbə vurmaq olarmı?
Answer: Xəstə adam üçün cəzanın sayı miqdarında çubuğu bir-birinin üstünə yığıb onun bədəninə vurmaq olar. Hamilə qadın barəsində isə cəza doğuşdan sonra tətbiq edilməlidir. Amma təzir hökmündə bir və ya bir neçə şallaq zərbəsi ilə də kifayətlənmək olar. Təzirin icrası yalnız şallaqla deyil bu kimi hallarda təsir bağışlayacağına ümid bəsləməklə inzibati tənbeh, nəsihət kimi digər yüngül cəza növləri ilə də qənaətlənmək olar.

Qazının əsaslandığı fakt və sübutlar [Qəzavət]

Question. Əgər tibbi bir məsələ ilə əlaqədar həkimin qoyduğu diaqnoz, lent yazısı, filmlər, şəkillər və portretlər, adi və rəsmi sənədlər kimi faktlar qazının (hər hansı bir hadisə ilə bağlı) yəqininə səbəb olarsa, qazı onlara əsaslanıb qərar çıxara bilərmi? Başqa sözlə, qazının hökmdə istinad etdiyi faktlar yalnız şəriətdə deyildiyi kimi bəyyinə, and içmək və iqrarla xülasələnir, yoxsa qazı üçün yəqinlik gətirən hər hansı bir fakt onun çıxardığı hökmdə istinad mənbəyi ola bilər?
Answer: Aqil insanların qəbul etdiyi mötəbər sənəd və əlyazmalar yuxarıda deyildiyi kimi, şəri höccət və sübut sayılır. Lakin lent yazısı, film və bu kimi faktların etibarlı olmasını sübut edən bir dəlil yoxdur. Qazının elminin hücciyyəti yalnız hiss və duyğu orqanları vasitəsilə (məsələn, müşahidə), ya da hissə yaxın vasitələrlə (məsələn, Həzrət Əlidən (əleyhis-səlam) nəql olunan qul-ağa arasında, habelə iki qadının arasında uşaq üstündə yaranan mübahisəli məsələlər) yaranan hallardadır. Bu barədə “qazının elmi” bölümündə ətraflı şəkildə söhbət açmışıq.

Qeyri-müsəlman cinayətkarlarla necə rəftar olunmalıdır [Cəzaların müxtəlif məsələləri]

QuestionQeyri-müsəlman cinayətkarlar İslam hökmlərinə əsasən cəzalandırılmalıdırlar, yoxsa öz dinlərinə əsasən? Sonuncuda hökmü müsəlman qazı icra etməlidir, yoxsa öz qazıları?
Answer: Maidə surəsinin 42-ci ayəsindən aydın olur ki, müsəlman qazı bu iki yoldan birini seçməlidir ya onların qəbul etdikləri təqdirdə İslam hökmlərinə uyğun cəza versin, ya da onların məhkəmə işini öz qazılarına həvalə etsin. Çoxsaylı hədislər də bu mətləbə dəlalət edir, habelə ”hüdud” və “cihad” bölümlərində fəqihlərimizin fitvaları da bunu təsdiqləyir. Amma müsəlman qazının onların öz dinlərinə uyğun olaraq hakimlik etməsi və onu səhih qələmə verməsini (hansı ki, bizim nəzərimizdə onların dinləri təhrif olunmuş və qüvvədən düşmüşdür) nə dəlillərdən əldə etmək olar, nə də böyük alimlərin fitvalarından. Yuxarıda deyilənlərdən pərhiz etmək üçün yeganə yol budur ki, özlərinin səlahiyyətli bildikləri bir qazı İslam hökumətinin nəzarəti altında onların qayda-qanunlarına əsasən hakimlik etsin. Diqqətə və ədalətə riayət etmək üçün isə əvvəldə onların dini hökmləri mütəxəssislərdən istifadə etməklə qanun çərçivəsinə salınmalı və müxtəlif hallarla bağlı (şəxsi münasibətlərdə) tənzim olunmalıdır ki, hər hansı sui-istifadə halları irəli gəlməsin.

Vələdüzzina [Qeyri-qanuni uşaq]

QuestionZinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Answer: Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.

Zinadan qaçmaq üçün istimna [İstimna]

QuestionƏgər insan zinadan canını qurtarmaq üçün istimna etsə, bu əməl caizdirmi?
Answer: Bir günahdan qurtarmağın yolu başqa bir günah etmək deyil. İnsan ya evlənmək fikrində olmalı, ya da oruc tutmaqla, idman etməklə və bu kimi işlərlə özünü günahdan saxlamalı, başqa günaha pənah gətirməməlidir.

Cəzanın cinayətkarın özü tərəfindən icrası [Cəzaların müxtəlif məsələləri]

QuestionMöhsinə zinaya və ya livata batan bir şəxs özünə qəsd edə bilərmi?
Answer: Cəza şəri hakim tərəfindən həyata keçirilməlidir. Günaha batan bir şəxsin özünü şəri hakimə təqdim etməsi vacib deyil: dərhal tövbə edib saleh və xeyirxah əməllərlə öz keçmişini bərpa edə və özünü şəri cəzadan azad edə bilər.

Cəzada güzəştin mümkünlüyü [Cəzaların müxtəlif məsələləri]

QuestionQuranın hamısını və ya bir hissəsini əzbərləmiş şəxs cəzası olan bir cinayət törədərsə, Quranı əzbərdən bilməyi onun cəzasının yüngülləşdirilməsinə və ya tamamilə güzəştinə səbəb ola bilərmi?
Answer: Törətdiyi əməl iqrar və etiraf yolu ilə sübuta yetərsə, şəri hakim onun cəzasını yüngülləşdirə və ya ona güzəştə gedə bilər. Əgər dəlil-sübut yolu ilə olsa, cəza hökmü öz qüvvəsində qalır.

Cinsiyyətin təzir cəzasında təsiri [Təzirlər]

QuestionQadının kişiyə nisbətən daha çox hissə qapıldığını və şeytanın vəsvəsələrinə daha çox uyduğunu nəzərə alsaq, onlara tətbiq olunan cəzaların kişilərlə bir fərqi varmi?
Answer: Təzirlərə (yüngül cəzalara) aid hallarda hər şəxsin öz əməlləri qarşısındakı məsuliyyəti onun müxtəlif amillərin təsiri altına düşmə potensialı və törətdiyi cinayətin miqdarı ilə əlaqədardır.

Təxəyyüllə istimna etmək [İstimna]

QuestionTəxəyyül və fikirləşməklə (şəhvət mənzərələrini gözləri önündə canlandırmaqla) istimna etmək mümkündürmü? Əgər bu halda insandan maye çıxarsa, onun hökmü nədir?
Answer: Təxəyyüllə istimna etmək tamamilə mümkündür. Lakin məninin (spermanın) əlamətləri olmayan şübhəli bir maye çıxarsa və yaxud məninin əlamətlərindən bəzisi onda olarsa, məni sayılmır.

Quranın təhrifinə etiqad bəsləmək [Mürtəd]

QuestionƏgər bir müsəlman Quranın təhrif olunduğuna etiqad bəsləsə hökmü nədir? Təhrifə etiqad bəsləmək dinin zərurətlərini inkar etmək sayılırmı?
Answer: Müxtəlif İslam firqələrinin alimlərinin cüzi bir hissəsi Quranın təhrif olunduğuna etiqad bəslədiklərini nəzərə almaqla (hərçənd təhqiqatçılar heç bir vəchlə Quran təhrifini qəbul etməmişlər) belə şəxslərə irtidad hökmü verilmir. Amma belə bir şəxs böyük bir səhvə yol vermişdir.

Quran ayələrinin peyğəmbərin (sallallahu əleyhi və alih) sözləri olduğuna etiqad bəsləmək [Mürtəd]

QuestionƏgər bir şəxs Quranın (kəlmələrinin deyil) mənasının Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mübarək qəlbinə nazil olduğuna və Peyğəmbərin də həmin mənaları öz sözləri və ifadələrilə bəyan etdiyinə, yəni hazırkı kəlmələrin Allaha deyil, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) məxsus olduğuna etiqad bəsləyərsə, bu etiqad onun mürtəd olmasına gətirib çıxarırmı? Belə bir şəxsin müqabilində bizim vəzifəmiz nədir?
Answer: Bu etiqad xəta və səhvdir. Ona yol göstərmək lazımdır. Amma küfrə səbəb olmur.
TotalPages : 52