SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Quran ayələrinin peyğəmbərin (sallallahu əleyhi və alih) sözləri olduğuna etiqad bəsləmək [Mürtəd]

QuestionƏgər bir şəxs Quranın (kəlmələrinin deyil) mənasının Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mübarək qəlbinə nazil olduğuna və Peyğəmbərin də həmin mənaları öz sözləri və ifadələrilə bəyan etdiyinə, yəni hazırkı kəlmələrin Allaha deyil, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) məxsus olduğuna etiqad bəsləyərsə, bu etiqad onun mürtəd olmasına gətirib çıxarırmı? Belə bir şəxsin müqabilində bizim vəzifəmiz nədir?
Answer: Bu etiqad xəta və səhvdir. Ona yol göstərmək lazımdır. Amma küfrə səbəb olmur.

Zərurət hallarında sperma çıxarmaq [İstimna]

QuestionMəninin bədəndə qalmasının insan orqanizminə ziyanı olacağı təqdirdə istimna etməklə onu çıxarmağın hökmü nədir?
Answer: Adətən, belə hallarda məni yuxuda ikən xaric olur və başqa bir işə də ehtiyac yoxdur.

Qadının öz mürtəd olmuş ərindən ayrılması [Mürtəd]

QuestionƏr mürtəd olubsa, yəni, dinə etiqad bəsləməməkdən əlavə dinin əleyhinə danışırsa, həyat yoldaşının onunla birgə yaşamasının hökmü nədir? Qeyd etmək lazımdır ki, əmr be məruf və nəhy əz münkər də onda heç bir təsir buraxmır.
Answer: Həyat yoldaşı ona haramdır və ondan ayrılmalıdır. Talağa da ehtiyac yoxdur.

Qurana qarşı həqarət [Mürtəd]

QuestionQurana nalayiq sözlər demək (hörmətsizlik etmək) və onu söymək (nəuzu billah) mürtədliyə səbəb olurmu? Bu hadisənin şahidi olan şəxslərin dini vəzifələri nədir?
Answer: Əgər agahlıqla və qəsdən bunu edirsə, mürtəddir və başqalarına vacibdir ki, ona nəhy əz münkər etsinlər.

Əsəbiləşərkən küfr qarışığı olan sözləri dilə gətirmək [Mürtəd]

QuestionƏgər bir şəxs azacıq narahatçılığa (əsəbiliyə) görə irtidada oxşayan sözlər danışsa, məs: Allah-taalanın və məsumların (əleyhimus-səlam) uca məqamlarına hörmətsizlik etsə, nalayiq sözlər desə, halbuki, bir azdan onun dəstəmaz alıb namaz qılacağını və digər ibadətləri yerinə yetirəcəyini biliriksə, belə fərdlərlə necə rəftar olunmalıdır?
Answer: Əgər (əsəbilik nəticəsində) özündən çıxıb küfrə qarışmış sözlər danışırsa, mürtəd olmur. Əks halda mürtəddir.

Narkotik maddələrin alveri [Narkotik maddələr]

Question“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Answer: Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.

Yaşları ötmüş narkoman şəxslərin narkotik maddələrdən istifadə etməsi [Narkotik maddələr]

QuestionBuyurmuşsunuz ki, narkotik maddələrdən istifadə etmək haramdır. 20 il və daha çox müddətdə tiryəkdən istifadə edən və yaşları ötmüş şəxslərə də haramdırmı?
Answer: Narkotik maddələrdən istifadə etmək heç bir kəsə caiz deyil. Yalnız onu atmaq istədiyi təqdirdə canı təhlükəyə düşən şəxslər müstəsnadır.

Vətəndən imtina etməkdə qadının ərinə tabe olması [Vətən fikrindən dönmək]

QuestionVətəndən imtina etməkdə qadının ərinə tabe olması
Answer: Qadının öz qəsd və niyyətinə bağlıdır. Belə ki, ərini qaytaracağına ümidi varsa, imtina etmək sayılmır. Əgər ümidi olmasa, məcburi imtina sayılır.

Vətəndən məcburi imtina etmək [Vətən fikrindən dönmək]

QuestionHəyat yoldaşından talaq almaq və ayrılmaq qəsdi olmayan bir qadının əri, yoldaşının vətəninə müvəqqəti yaşamaq üçün belə getməyəcəyini açıq söyləyirsə, bu, qadın üçün vətənindən məcburi çıxmaq, sayılırmı? Yoxsa ora onun vətəni olaraq qalacaq? Onların övladlarının vəzifələri nədir?
Answer: Bu, vətənindən məcburi çıxmaq hallarından biri sayılır. Habelə övladları nə qədər ki, onlarla bir yerdə yaşayırlar, bu hökmə aiddirlər

İbadətlərin təqlidsiz yerinə yetirilməsi [Təqlidsiz əməl]

QuestionBir şəxs on il təqlidsiz ibadət edərsə, onun ibadəti necədir?
Answer: Yubanmadan təqlid etməlidir. Əməllərindən hal-hazırkı mərcəyi-təqlidinin buyruqlarına uyğun olanlar səhihdir. Bundan qeyrisini yenidən yerinə yetirməlidir.

Üzərində mübarək adlar olan kağızların qablaşdırmaq üçün satışı [Ətraf mühit]

QuestionÜzərində Allahın, məsumların adı və Quran ayələri dərc olunmuş qəzetləri, ondan qablaşdırma üçün istifadə edən mağazaçılara satmaq caizdirmi?
Answer: Əgər hörmətsizliyə səbəb olarsa, işkalı var.

Kafir ölkələrində tapılan qiymətli əşyalar [Ətraf mühit]

QuestionQeyri-müsəlman ölkələrdə tapılan qiymətli mal və əşyaların hökmü nədir?
Answer: Heç bir əlaməti yoxdursa, onları öz mülkiyyətinə keçirmək olar. Əlaməti varsa və sahibini tapması mümkündürsə, ona qaytarmalıdır. Lakin İslamla müharibədə olan ölkələrdə tapılana sahib çıxmağın bütün hallarda eybi yoxdur.

Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) salavatın müstəhəbliyi [Salavat]

QuestionPeyğəmbəri-əkrəmə (səlləllahu əleyhi və alihi və səlləm) salavat göndərməyin hökmü nədir?
Answer: Təkid olunmuş müstəhəbdir.

Dəstəmaz üzvlərinə xal döydürmək [Xal döydürmə]

QuestionXal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Answer: Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.

Kafirlərdən alınan yeyinti məhsulları [Qərbdə yaşayanlar]

QuestionKafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Answer: Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.

Azyaşlı (səğir) uşaqlara qonaq olmaq [Davranış]

QuestionƏgər bir ailə öz atalarını itirmişsə və onların başçılığını anaları öhdəsinə götürmüşsə, azyaşlı (səğir) uşağı da varsa, belə ki, dövlət tərəfindən ailənin bütün üzvləri üçün, hətta xırda uşaq üçün mütəmadi pensiya (sosial yardım) ayrılırsa, bu ailənin qonağı olmağın hökmü nədir?
Answer: Əgər xırda uşaqların şəri hakim tərəfindən təyin olunmuş himayəçisinin icazəsi ilə olsa, maneəsi yoxdur, lakin adi və camaat içində qəbul olunan həddən artıq olmamalıdır. Habelə azyaşlı uşağa mənfəəti olmalı, ya da azyaşlı uşağın haqqının əvəzini ödəməlidir.

Gözbağlayıcılığı özünə peşə seçmək [Gözbağlayıcılıq]

QuestionGözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Answer: Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.

Taxta üzərinə şəkil həkk etmək [Heykəltəraşlıq]

QuestionMən bir müddət olar ki, bəzi şəkilləri taxtanın üzərində qabarıq şəkildə həkk edir və güzəranımı bu yolla təmin edirəm. Çünki bədən həcminin bir hissəsini, özü də taxta üzərində həkk etməyin deyil, ruhu olan kamil heykəl düzəltməyin haram olduğunu eşitmişdim, Mənin bu yolla güzəranımı təmin etməyim şəri cəhətdən caizdirmi?
Answer: Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.

Heykəltəraşlığın hökmü [Heykəltəraşlıq]

Questionİnsan və ya heyvan bədəninin yarımçıq və ya tamam heykəlini düzəltməyin hökmü nədir? Onların rəsmini çəkmək necə?
Answer: Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.

Oyuncaq olan heykəllər [Heykəltəraşlıq]

QuestionOyuncaq kimi və ya mənzillərdə saxlanılması üçün gəçdən (gipsdən) və digər maddələrdən hazırlanan (kiçik) heykəllərin alqı-satqısının hökmü nədir? Məsələn, gipsdən və digər maddələrdən düzəldilən gəlinciklər, itlər, pişiklər və toyuqlar kimi.
Answer: Oyuncaq şəklində olsa, eybi yoxdur. Lakin yaxşı olar ki, onlardan bəzəmək üçün istifadə olunmasın.

Mücəssəmə (heykəl, büst) alveri [Heykəltəraşlıq]

QuestionRəssamlığın və heykəltəraşlığın haram olması onlar barəsində şirklə bağlı görüşlərə və onun bütpərəstlik çöhrəsində görədirmi? Bu halda bu gün belə işlər camaat içində bütpərəstlik fikirlərini icad etmirsə və incəsənət adı ilə tanınaraq istifadə olunursa, bu işlə məşğul olmağın hökmü nədir?
Answer: Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.

Ali məktəblərdə heykəltəraşlığın tədrisi [Heykəltəraşlıq]

QuestionRəssamlıq və heykəltəraşlıq ixtisasları İslami İranın bir çox universitetlərində tədris olunduğunu nəzərə alsaq, bu ixtisasların hökmü nədir?
Answer: Rəssamlıq ixtisasının eybi yoxdur

Klassik və qeyri-klassik musiqi [Musiqi]

QuestionSünnəti (ənənəvi, klassik) və qeyri-sünnəti musiqinin hökmü nədir?
Answer: Ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun olan musiqilər haramdır, bundan qeyrisinin eybi yoxdur.

Televiziya və radiodan yayımlanan musiqilər [Musiqi]

QuestionRadio-Televiziyadakı mahnıların bəziləri qərb musiqisidir ki, yalnız avazı (sözləri) götürülmüşdür. Onu səsləndirmək və ona qulaq asmağın hökmü nədir?
Answer: Əgər bizim mühitimizdə də ləhv (kef, əyyaşlıq) və fəsad məclislərinə uyğun sayılarsa, haramdır.

Ney çalmaq [Musiqi]

QuestionNey çalmaq fəsadla nəticələnməsə, hökmü nədir?
Answer: Əgər ləhv (kef) və fəsad məclislərinə uyğun olan musiqilər qəbilindən olsa, haramdır.

Toy və digər məclislərdə ğina [Musiqi]

QuestionBəzi fəqihlərin dediklərinə görə toy məclislərində ğina istisna olunmuşdur. Həzrət ustadın mübarək rəyi nədir?
Answer: Toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyata görə) heç bir fərq yoxdur.

Hərbi marşlar [Musiqi]

QuestionHansı növ musiqi alətləri haramdır? Silahlı qüvvələrin paradında icra olunan musiqi və marşlar haramdırmı?
Answer: Elə alətlər nəzərdə tutulur ki, ondan adətən haram üçün istifadə olunur. Amma hərbi qüvvələrin paradında çalınan hərbi marşlar haram deyil.

Musiqi alət və vəsaitləri [Musiqi]

QuestionToy məclisləri kimi eyş-işrət məclislərində istifadə olunmayan setar, səntur və s. qəbildən olan musiqi alətlərinin şəri hökmü nədir?
Answer: Əksər hallarda haram məqsədlər üçün istifadə olunan hər bir aləti düzəltmək və alıb-satmaq haramdır. Əgər müştərək (haram-halal arasında) alət olsa, caizdir.

Naməhrəm qadının avaz səsinə qulaq asmaq [Musiqi]

QuestionNaməhrəm qadının avazına kişinin qulaq asmağının – dini şerlər oxuyarsa və fəsada da səbəb olmasa – hökmü nədir?
Answer: İşkalı var.
TotalPages : 52