SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Naməhrəm qadının avaz səsinə qulaq asmaq [Musiqi]

QuestionNaməhrəm qadının avazına kişinin qulaq asmağının – dini şerlər oxuyarsa və fəsada da səbəb olmasa – hökmü nədir?
Answer: İşkalı var.

Toy mərasimində dəf çalmaq [Musiqi]

QuestionToy və başqa məclislərdə dəf çalmağın hökmü nədir?
Answer: Dəf çalmağın hökmü sair musiqi alətlərinin hökmü kimidir və toy məclisləri ilə qeyri-toy məclisləri arasında (ehtiyat vacibə görə) heç bir fərq yoxdur.

Qadının qadın üçün avazla oxuması [Musiqi]

QuestionQadının qadınlar üçün və öz əri üçün oxumağının – istər qina şəklində olsun, istərsə də qinasız, hökmü nədir?
Answer: Öz əri üçün və digər qadınlar üçün, qinasız, ləhv (kef) və fəsada (məclislərinə) uyğun olan musiqilər olmadıqda, eybi yoxdur.

Quranın nəğmə ilə tilavəti [Musiqi]

QuestionQuranı nəğmə şəklində və musiqi sədaları altında tilavət etmək caizdirmi?
Answer: Caiz deyil.

Zənn, güman və vasvasılıq [Vasvasılıq]

QuestionVasvası olan şəxslər öz ehtimal və gümanlarına əməl etməlidirlərmi? (Bu ehtimal və gümanlar güclü olsa necə?)
Answer: Ehtimal və güman meydana gəlməsə də belə, adi camaatın əməl etdikləri miqdarla kifayətlənməlidirlər.

Vasvasının müalicəsi [Vasvasılıq]

QuestionMən vasvasılıq xəstəliyinə tutulmuşam. Təəssüf olsun ki, çox ağır və dözülməzdir. Məsələn, qüsl və paklamaq baxımından vasvasım çox şiddətlidir. Belə ki, bəzi vaxtlar gecə hamama girəndə gün çıxana yaxın paklayıb hamamdan çıxa bilirəm. İnanın ki, bu bir neçə il ərzində 20 illik su istifadə etmişəm. Sağalmaq üçün şəhərimizin bəzi alimlərinin yanına və Qumun müctəhidlərindən birinin yanına getdim. Onlar mənə zikr öyrətdilər. Lakin təsiri olmadı. Məşhədə, Həzrət Əli ibn Musa Ər-Rizanın (əleyhis-səlam) ziyarətinə getdim. Səfərdə və ziyarət vaxtı böyük çətinliklərlə üzləşdim. Çoxlu dua etdim və yalvarıb sızıldadım. Lakin təəssüflər olsun ki, şəfa tapmadım. Bu xəstəlik az qalıb canımı əlimdən alsın. Təkcə özümü yox, ailəmi də narahat edib əziyyətə salmışam. Bu iş bais olur ki, ibadətlərimi yerinə yetirməyim. Buna görə Ramazan ayında səfərə çıxıram ki, oruc tutmaq problemim olmasın. Hərçənd səfərdə də bir şey yemirəm. Xahiş edirəm mənə yol göstərəsiniz ki, bu acınacaqlı vəziyyətdən canımı qurtarım. Ətrafımda olanların tənə və dil yaralarından da asudə olum.
Answer: Probleminizin səbəbi siz özünüzsünüz. Əsil müqəssir də sizsiniz. Bu səbəbdən sizin duanız da qəbul olunmur. Bunu əsas səbəbi də hökmü bilməməyinizdir. Əsil məsələ budur ki, sizə təharət və qüsl kimi əməllərdə yəqin əldə etmək vacib deyil. Sizə şəri bir vəzifə kimi lazım olan budur ki, digər insanlar qədər su tökəsiniz. Qüsl və təharətinizdə şəkkiniz qalsa belə, həmin miqdarla da qənaətlənin. Biz bu işin şəri məsuliyyətini boynumuza götürürük. Siz bu gündən yalnız camaatın tökdüyü qədər su tökün və qənaət edin. Nəcis bədənlə və cənabət halı ilə (öz zənninizlə) namaz qılın. Heç bir eybi də yoxdur. Namaz və orucunuz da tam səhihdir. Biz bu yolla sizə və vasvası insanların hamısına höccəti tamamlayırıq. Bununla müxalifət etmək günahdır. Biz Allahdan istəyirik ki, sizə bu məsələyə diqqət yetirmək tovfiqini versin ki, şeytanın tələsindən xilas olasınız.

Qumar şübhəsi olan oyunlar [Qumar]

QuestionHansı oyunlar qumar sayılır? Son zamanlar bu məntəqələrdə “domino” adlı şübhəli görünən bir oyun yayılmışdır. Bu oyunu oynamaq olarmı?
Answer: Camaat arasında qumar kimi tanınmış şeylər haramdır və (haram olub-olmamağı) şübhəli olan halların eybi yoxdur. Bu şərtlə ki, pul və ya başqa bir şey udub-uduzmasınlar.

Kart oyunu [Qumar]

Question(Bir şeyi) udub-uduzmaq şərt edilmədən kart oynamaq caizdirmi?
Answer: Əgər kart ürf (camaat) arasında qumar aləti ünvanından xaric olmuşdursa və yalnız əyləncə kimi istifadə olunursa, mal (pul) udub-uduzmaq olmadan onunla oynamağın eybi yoxdur.

Qeybətin mənası [Qeybət]

QuestionQeybətin mənasını izah edin.
Answer: Qeybət odur ki, bir şəxsin gizli eybini onun arxasınca desinlər. Lakin əhəmiyyətli məsələlərin irəli çəkildiyi hallar, məsələn, məşvərət, (küsülü olan) iki tərəfin arasını düzəltmək və s. istisna olunmuşdur.

İdarənin məsul işçisinin qeybəti [Qeybət]

QuestionƏgər nəhy əz münkər məqsədi ilə edilsə və təsiri olsa lazımdır.
Answer:

Şəhər və qəbilələrin adət-ənənələri barəsində danışmaq [Qeybət]

Questionİranın və digər ölkələrin kəndlilərinin, şəhərlilərinin, müxtəlif tayfalarının adət-ənənələri, söz, hərəkət və geyim tərzləri, zahiri şəkilləri, ədalı hərəkətləri barəsində söhbət etmək qeybət sayılırmı?
Answer: Əgər eyib axtarmaq və ələ salmaq məqsədilə olmasa, eybi yoxdur.

Dövlət rəhbərliyinin işlərini araşdırmaq [Qeybət]

QuestionMüqəddəs İslam respublikasının məsul işçilərindən hər hansı birinin işlərini onun olmadığı yerdə araşdırmaq, کلکم راع و کلکم مسؤول عن رعیته “Kullukum raun və kullukum məs`ulun ən rəiyyətih” hədisində deyilənləri nəzərə almaqla, müqəddəs İslam şəriəti cəhətindən qeybət sayılırmı?
Answer: İctimai məsələləri araşdırmaq, müsbət və islahatçı tənqidlər qeybət sayılmır.

Saqqalını qırxan şəxsin qeybətini etmək [Qeybət]

QuestionBir müddət öncə cənab ustadın verdiyi hökmlərdə “saqqalını qırxan adamın dalınca (saqqalı qırxmaq barəsində) qeybət etməyin şəri baxımdan caiz olmamağı” – məsələsi barəsində maraqlandıq. Məsələnin məzmunu belə idi ki, bəzi alim və müctəhidlər saqqalı qırxmağı haram bilmədiklərinə görə saqqalını qırxan adamın bu əməllə bağlı qeybətini etmək caiz deyil. Buyurun ki, üləmalardan hansı biri bu işi caiz bilir?
Answer: İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.

Saqqalı qırxmağın bədən üzvlərini kəsmək olduğunu deyən hədislərin mənası [Saqqalı qırxmaq]

QuestionSaqqalı qırxmağın müslə – bədən üzvlərini kəsmək olduğunu bəyan edən bəzi rəvayətlər, saqqalı qırxmağın haram olmasını isbat etmirmi?
Answer: Bu hədislərin bir şəxsin zorla digər şəxsin saqqalını qırxdığı hallara məxsus olduğu ehtimalı var. Amma əgər onun razılığı ilə qırxarsa, hərçənd ehtiyat vacib bunu etməmək olsa da, “bədən üzvünü kəsmək” ünvanına daxil deyil.

Boğaz və yanaqların tüklərini qırxmaq [Saqqalı qırxmaq]

QuestionÜzün, boğazın və yanaqların tüklərini ülgüclə və ya elektrik maşınlarla qırxmağın hökmü nədir?
Answer: Üzün tüklərini (bu şəkildə) qırxmağın işkalı var. Lakin yanaq və boğazın tüklərini qırxmağın işkalı yoxdur.

Saqqalını qırxan şəxsin qeybətini etmək [Saqqalı qırxmaq]

QuestionBir müddət öncə cənab ustadın verdiyi hökmlərdə “saqqalını qırxan adamın dalınca (saqqalı qırxmaq barəsində) qeybət etməyin şəri baxımdan caiz olmamağı” – məsələsi barəsində maraqlandıq. Məsələnin məzmunu belə idi ki, bəzi alim və müctəhidlər saqqalı qırxmağı haram bilmədiklərinə görə saqqalını qırxan adamın bu əməllə bağlı qeybətini etmək caiz deyil. Buyurun ki, üləmalardan hansı biri bu işi caiz bilir?
Answer: İndi həyatda olmayan keçmiş müctəhidlərdən bəzisi və hal-hazırda sağ olan müctəhidlərdən bəzisi bunun haram olmasına hökm verməmişlər. Sözü gedən bu şəxs, onlardan birinin müqəllidi ola bilər.

Müalicə üçün falçıya və ya cadugərə müraciət etmək [Sehr və cadu]

QuestionMüalicə üçün falçılara, cadugərlərə müraciət etmək caizdirmi? Bir halda ki, onlar bəzən ağır xəstəlikləri müalicə edirlər.
Answer: Onlara müraciət etmək haramdır.

İşə girmək üçün rüşvət vermək [Rüşvət]

QuestionRüşvət vermədən işə götürülmə mümkün olmasa, hansısa bir müəssisədə işə götürülmək üçün rüşvət vermək caizdirmi?
Answer: Əgər pulu verməklə haqqı batil və batili haqq qələmə verməsə, kiminsə haqqını və ya növbəsini tapdalamasa, eybi yoxdur və rüşvət sayılmır. Lakin bu işi görmək, pulu alan adamın vəzifəsi olsa, (pulu almaq) haramdır.

Xəyali hekayələr [Yalan]

QuestionQuraşdırılan, kökündən yalan olan və heç bir həqiqəti olmayan (lakin müsbət təsir qoymaq üçün oxuculara və dinləyicilərə təqdim olunan) dastan və hekayələrin, müqəddəs İslam şəriəti baxımından hökmü nədir?
Answer: Onların xəyali olmalarına dair bir qərinə (nişanə) olsa, maneəsi yoxdur.

Həyat yoldaşının ürəyini ələ almaq üçün yalan danışmaq [Yalan]

QuestionQadının məhəbbətini qazanmaq üçün ona yalan deməyin hökmü nədir? Məsələn, desin ki, “Bu gün səhərdən bəri bir an belə fikrimdən çıxmamışsan”, halbuki, belə olmasın.
Answer: Yalan danışmaq zəruri hallardan başqa caiz deyil.

Həyat yoldaşına qeyri-qanuni əlaqədə olması barədə böhtan atmaq [Töhmət]

QuestionƏgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə:
1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi?
2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi?
3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?
Answer: 1) Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər.
2) Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır.
3) Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.

Evlənmək üçün istixarə açmaq [İstixarə]

QuestionQızın elçilərinə cavab vermək üçün istixarə etməyin bir eybi varmı?
Answer: Əgər lazımi araşdırma və məşvərətdən sonra problem həll olmasa, istixarədən istifadə etmək olar.

İstixarəyə əməl etməmək [İstixarə]

Questionİstixarə etdikdən sonra ona əməl etmək vacibdirmi?
Answer: İstixarəyə əməl etmək vacib deyil, lakin imkan daxilində əksinə əməl olunmasın. Amma (bu işi görmək istəsə) onu müəyyən bir müddət təxirə salsın, sonra ona əməl etsin.

Yenidən istixarə açmaq [İstixarə]

QuestionEvlənmə məsələsində təkrar istixarə etmək caizdirmi? Hansı metodla?
Answer: Heç bir məsələdə təkrar istixarə etmək düz deyil, yalnız bu halda düz olar ki, bir müddət keçsin və ya istixarənin şəraiti dəyişsin.

Qadınların Quran qiraət etmələrinə qulaq asmaq [Qurani-kərim]

QuestionƏgər bir qadın uca səslə Quran oxuyursa, kişi ona qulaq asa bilərmi? Belə hallarda lent yazısı ilə qeyrisinin arasında fərq varmı?
Answer: Qadın sadə şəkildə Quran oxuyarsa, maneəsi yoxdur. Lakin nəğmə ilə və ya gözəl səslə oxuyarsa, naməhrəm kişi üçün buna qulaq asmaq caiz deyil. Lent yazısı və qeyrisinin də (bu hökmdə) fərqi yoxdur.

Qəsb olunmuş məkanda Quran məclislərinin təşkil olunması [Qurani-kərim]

QuestionQəsb olunmuş məkanda Quran (tilavət) yığıncaqları təşkil etməyin hökmü nədir?
Answer: Haramdır.

Qəsb olunmuş Quranın üzündən tilavət etmək [Qurani-kərim]

QuestionƏgər bir şəxs sahibinin icazəsi olmadan bir Quranı götürüb istifadə etsə, tilavət etdiyi surətdə onun qiraətinə savab düşürmü?
Answer: Çətin məsələdir (savab qazanmasını demək olmaz).

Kafirlərə və əhli-kitaba Quran satmaq [Qurani-kərim]

QuestionKafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Answer: Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, caizdir.

Qadınların naməhrəm qarşısında Quran qiraət etmələri [Qurani-kərim]

QuestionQadının naməhrəm kişilərin yanında Quran oxumasının hökmü nədir? O, kişilər üçün təklikdə (solo şəklində) və qina haləti olmadan şer oxuya bilərmi?
Answer: Ahənglə (musiqi) ilə oxusa, işkalı var.
TotalPages : 52