SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Quranın təhrifinə etiqad bəsləmək [Mürtəd]

QuestionƏgər bir müsəlman Quranın təhrif olunduğuna etiqad bəsləsə hökmü nədir? Təhrifə etiqad bəsləmək dinin zərurətlərini inkar etmək sayılırmı?
Answer: Müxtəlif İslam firqələrinin alimlərinin cüzi bir hissəsi Quranın təhrif olunduğuna etiqad bəslədiklərini nəzərə almaqla (hərçənd təhqiqatçılar heç bir vəchlə Quran təhrifini qəbul etməmişlər) belə şəxslərə irtidad hökmü verilmir. Amma belə bir şəxs böyük bir səhvə yol vermişdir.

Quran ayələrinin peyğəmbərin (sallallahu əleyhi və alih) sözləri olduğuna etiqad bəsləmək [Mürtəd]

QuestionƏgər bir şəxs Quranın (kəlmələrinin deyil) mənasının Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mübarək qəlbinə nazil olduğuna və Peyğəmbərin də həmin mənaları öz sözləri və ifadələrilə bəyan etdiyinə, yəni hazırkı kəlmələrin Allaha deyil, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) məxsus olduğuna etiqad bəsləyərsə, bu etiqad onun mürtəd olmasına gətirib çıxarırmı? Belə bir şəxsin müqabilində bizim vəzifəmiz nədir?
Answer: Bu etiqad xəta və səhvdir. Ona yol göstərmək lazımdır. Amma küfrə səbəb olmur.

Qadının öz mürtəd olmuş ərindən ayrılması [Mürtəd]

QuestionƏr mürtəd olubsa, yəni, dinə etiqad bəsləməməkdən əlavə dinin əleyhinə danışırsa, həyat yoldaşının onunla birgə yaşamasının hökmü nədir? Qeyd etmək lazımdır ki, əmr be məruf və nəhy əz münkər də onda heç bir təsir buraxmır.
Answer: Həyat yoldaşı ona haramdır və ondan ayrılmalıdır. Talağa da ehtiyac yoxdur.

Qurana qarşı həqarət [Mürtəd]

QuestionQurana nalayiq sözlər demək (hörmətsizlik etmək) və onu söymək (nəuzu billah) mürtədliyə səbəb olurmu? Bu hadisənin şahidi olan şəxslərin dini vəzifələri nədir?
Answer: Əgər agahlıqla və qəsdən bunu edirsə, mürtəddir və başqalarına vacibdir ki, ona nəhy əz münkər etsinlər.

Əsəbiləşərkən küfr qarışığı olan sözləri dilə gətirmək [Mürtəd]

QuestionƏgər bir şəxs azacıq narahatçılığa (əsəbiliyə) görə irtidada oxşayan sözlər danışsa, məs: Allah-taalanın və məsumların (əleyhimus-səlam) uca məqamlarına hörmətsizlik etsə, nalayiq sözlər desə, halbuki, bir azdan onun dəstəmaz alıb namaz qılacağını və digər ibadətləri yerinə yetirəcəyini biliriksə, belə fərdlərlə necə rəftar olunmalıdır?
Answer: Əgər (əsəbilik nəticəsində) özündən çıxıb küfrə qarışmış sözlər danışırsa, mürtəd olmur. Əks halda mürtəddir.

Peyğəmbərə həqarət edən müsəlman [Mürtəd]

QuestionMüsəlman bir şəxs əsəbiləşərkən dəfələrlə peyğəmbər-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və məsum imamlara (əleyhimus-səlam) təhqiramiz sözlər demişdir. Halbuki, öz gümanına görə Həzrət Əbülfəzə (səlamullah əleyh) etiqad və məhəbbət bəsləyir. Onun həyat yoldaşının, övladlarının və qohumlarının vəzifələrini bəyan edin.
Answer: Əgər onun halı adi haldırsa (anormal adam deyilsə), İslamdan çıxmışdır. Həyat yoldaşı ondan ayrılmalıdır. Amma əgər təbii haldan çıxmışdırsa və yaxud təbii haldan çıxıb-çıxmamağı şübhəlidirsə, İslam dinində qalır. Birinci surətdə tövbə etsə və keçmiş arvadı yenidən onun əqdinə keçsə, nikahları səhihdir.
TotalPages : 1