SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Ərin razılığı arvadının cəzasının icrasında təsir qoymur [Zinanın cəzası]

QuestionƏrli qadın zina etdiyinə görə daşqalağa məhkum edilmişdir. Əri hökmün icrasından öncə ona talaq versə, talaq ona qarşı razılıq əlaməti kimi qələmə verilərək cəzanın icrasının qarşısını ala bilərmi?
Answer: Ərin razılığı və talaq verməsi sözü gedən cəzanın icrasına mane ola bilməz.

Möhsünə zinasının cəzası [Zinanın cəzası]

QuestionMöhsinə zinanın cəzası nədir?
Answer: Möhsinə zinanın cəzası daşqalaqdır. Lakin bu iş böyük fəsadlara gətirib çıxararsa, edamı başqa metodla da həyata keçirmək olar. İqrar halında hufeyrədən (daşqalaq çalasından) qaçmaq hökmünə oxşar hökm burada da icra olunur.

Kəbin oxunmadan nişanlı ilə cinsi əlaqə [Zinanın cəzası]

QuestionŞərət yolu ilə nikah (kəbin) oxunmazdan öncə nişanlı ilə arxadan yaxınlıq etməyin hökmü nədir?
Answer: Əgər düxul (dəllək kəsən yerə qədər daxil olma) gerçəkləşərsə, onun haqqında zina cəsazı tətbiq olunmalıdır.

Zina cəzasının icra olunduğu yer [Zinanın cəzası]

QuestionZinanın cəzası bu əməl baş verən yerdə tətbiq olunmalıdır, yoxsa onu başqa yerdə də tətbiq etmək olar?
Answer: Zinanın cəzasında məkan şərt deyil.

Toydan öncə baş vermiş zinanın cəzası [Zinanın cəzası]

QuestionƏgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?
Answer: Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.

Zina edən kişi ilə qadın bir-biri ilə evlənərsə, zinanın cəzası [Zinanın cəzası]

Question1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?
Answer: 1) Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 2) Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.

Kişini zinaya məcbur edən qadın [Zinanın cəzası]

QuestionƏgər bir qadın silahla və ya başqa formada bir kişini qorxudaraq onu özü ilə zina etməyə məcbur etsə, əks təqdirdə başına bəla gətirəcəyi ilə hədələsə, kişi də istəmədiyi bir halda bu işə məcbur olsa, bu vəziyyətdə “mükrəh” (məcbur edilmiş şəxs) hökmü qüvvədədirmi?
Answer: Sualda fərz olunanları nəzərə alsaq, cəzası edam olan məcburi zina və ya təcavüz hökmü qadın barəsində icra olunmayacaqdır. Yalnız hədd cəzası vardır. (Ayrı-ayrı hallarda daşqalaq və ya şallaq.)

Evli şəxsin zina məqsədi ilə səfər etməsi [Zinanın cəzası]

QuestionÖz vətənində evli olan kişi və ya qadın zina etmək üçün şəri məsafədən uzaq olan başqa bir şəhərə səfər edir. O şəhərdə – nəuzu billah – zinaya batır. Onun cəzası möhsinə zinasının cəzasıdırmi?
Answer: Əgər həyat yoldaşından nəzərə çarpacaq qədər çox uzaqlaşmışdırsa, və “yəğdu və yəruh”– un nümunəsi deyilsə, yəni həyat yoldaşı praktik olaraq onun yanında və ixtiyarında deyilsə, möhsinə zina sayılmır.

Qəyyumun razılığı cəzanın icrasına təsir etmir [Zinanın cəzası]

QuestionƏgər həddi-buluğa çatmış qardaş öz həddi-buluğa çatmış bacısı ilə (nəuzu billah) zina edərsə, onların hər ikisi edama məhkumdurlarmı? Habelə, əgər qanuni yaşa (18 yaş) çatmış qardaş yetkin olan və yetkin olmayan (18 yaşa çatmamış) bacısı ilə zina edərsə, qızın qəyyumunun və ya vəlisinin razılıq verməsi (şikayəti geri götürməsi) zina edənin edamının qarşısını alırmı?
Answer: Zina edən oğlan və qız şəri baxımdan həddi-buluğa çatmışlarsa, hökm (cəza) onların barəsində icra olunmalıdır. İstər qəyyum razı olsun, istərsə də olmasın. Bu şərtlə ki, cinayət şəri hakim üçün kafi dəlillərlə sübuta yetmiş olsun.

Edamın növünü dəyişdirmək [Zinanın cəzası]

QuestionLivat ittihamı ilə fiqhdə mövcud məşhur cəzalardan birinə məhkum olunmuş şəxsi dar ağacından asmaqla və ya odlu silahla vurmaqla edam etmək olarmı?
Answer: Məsləhət tələb edən yerlərdə edam növünün dəyişdirilməsinin maneəsi yoxdur.

Süd bacısı və ya qayınana ilə zina etmək [Zinanın cəzası]

QuestionSüd bacısı ilə, yaxud da qayınana ilə zina etmək cəza baxımından doğma ana və bacı ilə zina etmək kimidirmi?
Answer: Bu ikisi ilə zina etmək nəsəbi məhrəmlə zina etmək hökmündə deyildir. Lakin zinanın cəzası qüvvədədir.
TotalPages : 1