O, öz kəlamının bu hissəsində Qur`an ayələri və İslam rəvayətlərinə əsasən, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in yüksək məqamını aydınlaşdırır, sonra o həzrətin əsərlərinə təbərrük etməyin məfhumunu, onun şirklə heç bir əlaqəsi olmamasını bəyan edir, daha sonra rəvayətlərdən və alimlərin sözlərindən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əlini öpmək, o həzrətin su içdiyi qabdan təbərrük olaraq su içmək, o həzrətin evinə, şərif minbərinə və qəbrinə eləcə də əvvəlki saleh şəxsiyyətlərin və peyğəmbərlərin əsərlərinə təbərrük etməyin caiz olduğu halları sadalayır, bu barədə məşhur sünnü kitablarından o qədər mənbə qeyd edir ki, heç bir şəxs üçün şübhəyə yer qalmasın. Eləcə də səhabələrdən bir çoxunun Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsərlərinə təbərrük etməsini dəlil olaraq gətirir.
O, təəccüblə deyir ki, bu qədər aydın rəvayət və mö`təbər mənbə ilə yanaşı, nə üçün bə`ziləri onlara göz yumaraq bu mövzunu inkar və onu nadanlıq, yaxud avam camaatı aldatmaq hesab edirlər?![1]
[1] «Məfahimu yəcibu ən tusəhhəhə» kitabının xülasəsi, 194 – 240-cı səhifələr.