SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Xarici banklarla nağd və nisyə alğı-satqı müqavilələri [Valyuta müamilələri]

QuestionBəzən İran bankları onlardan xaricdən tələb olunan borcları vaxtında ödəyə bilmədikləri üçün müxtəlif çıxış yollarına əl atırlar. O cümlədən: banklardan biri bəzi xarici banklarla belə bir müqavilə bağlamışdır ki, o müqaviləyə əsasən, xarici bank İran bankının tərəfindən müamilə pulunu həmin ölkədə vəd verilmiş vaxtda satıcıya ödəyir və bir ildən sonra onun pulunu 9% əlavə ilə İran bankından və 6 %-də satıcıdan vaxtında ödəniş üçün sığorta qiyməti olaraq alır. Yəni satıcıdan mal alınandan sonra xarici bank ilə İran bankı arasında bağlanan müqavilədən təxminən üç ay sonra xarici bank satıcının pulunu ona verir, lakin ödədiyi pulu bir il sonra İran bankından 9% gəlirlə təhvil alır. Bu iş üsuluna görə İran bankı alıcı tərəfindən müamilənin müqaviləsi bağlanan gün 100% müamilə məbləğini və bundan əlavə xarici bankla razılıq əldə olunmuş 9% gəliri alıcıdan alır, satıcı da pulunu vaxtında almağı öz təbii haqqı bilir və 6 % zəhmət haqqını vaxtında ödənişə görə “sığorta məbləği” ünvanında xarici banka ödəyir, həqiqətdə malın qiymətinə əlavə edir və onu istehlakçılardan alır. Satıcının alıcıdan əlavə bir şey almadığını nəzərə alsaq, alıcı üçün yuxarıda deyilən şəkildə müamilə səhihdirmi?
Answer: Əgər siz bu işin mahiyyətindən xəbərdarsınızsa və buna razılıq verirsinizsə, sizin üçün eybi yoxdur. Yəni siz öz pulunuzu banka &ldquogəlirsiz borc&rdquo kimi verirsiniz və bank malı sizin üçün nisyə şəklində və nağd qiymətindən baha qiymətə alır. Bu şərtlə ki, siz müvafiq sığorta qiymətini də ödəyəsiniz. Bu surətdə yuxarıda deyilən müamilələr şəriət baxımından sizin üçün səhih olacaqdır. Lakin bu iş banka o halda caizdir ki, İslam cəmiyyətinin məsləhəti xarici tərəflə bu şəkildə müamilə etməyi tələb etsin. Bundan qeyri halda caiz deyil.

Bankların şəri əqdlərinin xırdalıqları [Bank mənfəəti]

Questionİslam Respublikasında fəaliyyət göstərən banklar müzaribə, musaqat, müzariə, şirkət və cüalə kimi şəri ünvanlar altında öz müştəriləri ilə qarşılıqlı şəkildə müqavilə bağlayır və hər ay (avans olaraq) təxminən on dörd faiz və yaxud bundan çox və ya az müştərilərin istifadəsinə verir, müddətin sonunda isə hesabı qaydaya salırlar. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, adi camaat və müştərilər, adətən, blanklarda olan şərt və qeydləri mütaliə etmir və imzalamaqla kifayətlənirlər. Bununla da bütün şərt və qeydləri qəbul etməkdə öz razılıqlarını bildirirlər. Sual budur: şəri qanun-qaydalar, ünvan və xüsusiyyətlər barəsində məlumatı olmadan, sadəcə imza etmək və ya bütün şərtləri şifahi şəkildə qəbul etmək sözü gedən əqdlərin həyata keçməsinə və şəri baxımdan düzgün olmasına səbəb olurmu? Yoxsa banklar və ya əqd bağlayan şəxslər tərəfindən onları başa salmaq və izah etmək lazımdır? Əgər şəri baxımdan düzgün (qanuni) deyilsə, sizin mübarək nəzərinizdə bunun üçün başqa çıxış yolu varmı?
Answer: Əgər tam şəkildə banklara vəkalət versə ki, onun pulunu şəriət əqdlərinə müvafiq olaraq işlətsin, əldə olunan qazancı ona versin, bu halda eybi yoxdur. Tam vəkalət veriləndən sonra onun incəliklərini öyrənmək vacib deyil.

Yatırım pullarının artımı [Bank mənfəəti]

QuestionHazırda Allaha şükürlər olsun ki, İslam Respublikasının hakimiyyəti dövründə yaşayırıq. Şəhidlərin qanı, insanların fəaliyyətləri, Həzrət İmam Xomeyninin (r.ə) görüşləri və rəhbərliyinin xeyir-bərəkəti sayəsində tağut rejimi devrilmişdir. Belə bir zamanda banklara pul qoymağın hökmü nədir? Bankların hesablardakı pullar üçün nəzərdə tutduqları faizi almaq olarmı? Habelə, banklardan borc alıb əlavə faiz verməyin hökmü necədir?
Answer: Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.

Pul sahibinin şərt olmadan uzun müddətli yatırımları [Banka qoyulan pullar]

QuestionPul sahiblərinin şərt qoymadan banklara uzun müddətli yatırımlar etmələrinin hökmü nədir?
Answer:

Əgər şəri əqdlərə müvafiq şəkildə qoyularsa və ya pul sahibinin heç bir tələbi və umacağı olmadan bank öz tərəfindən hər hansı məbləği verərsə, eybi yoxdur. İkinci halın əlaməti budur ki, bankın ona heç nə vermədiyi təqdirdə heç nə tələb etməsin.

Diyə növünün cinayətkar tərəfindən dəyişdirilməsi

QuestionŞəriətə və qanuna əsasən diyənin ödənməsi caninin öhdəsinədir və diyənin növünün təyini də onun ixtiyarındadır. Bunları nəzərə alsaq, diyənin növünü təyin edərkən caninin diyə növlərinin qiyməti barəsində kifayət qədər məlumatı olmasa, yaxud düzgün şəkildə ona izah olunmasa, habelə məlumatsızlıq üzündən inək və ya qoyunu seçsə, seçimdən və hökm çıxarılandan sonra, ödəniş müddəti sona çatmazdan, habelə, onun icrasına başlanmazdan öncə “qoyun növündən olan diyəni ödəməyə qadir deyiləm, lakin dəvə növündən olan diyəni ödəyə bilərəm” deyə bildirsə, onun diyəni dəyişmək hüququ varmı? Məlumatı olduğu şəkildə diyə növünün dəyişdirilməsinin hökmü nədir?
Answer:

Maneəsi yoxdur. Hər bir halda onu dəyişə bilər.

Əlavə diyəni təyin etmək ixtiyarı

QuestionƏgər üç nəfər bir şəxsi qətlə yetirsələr və qan sahibi onların üçündən də qisas alınmasını tələb etsə, onun (qan sahibinin) ödəməli olduğu artıq diyənin növünü kim müəyyən etməlidir? Müəyyən etmək qan sahibinin əlindədir, yoxsa qisas alınan qatillərin qəyyumları bunu təyin etməlidirlər?
Answer: Seçim qan sahibinə aiddir.

Cinayətkar bir neçə nəfərdən biridir

QuestionBir neçə nəfər bir şəxsi atəşə tutmuş və həmin şəxs aldığı bir və ya bir neçə güllə yarasından dünyasını dəyişmişdir. Atəş açan şəxslərin hansının gülləsinin ona dəydiyi dəqiq məlum olmasa da, onun bu neçə nəfərdən birinin gülləsi olduğu dəqiq məlumdur. Hadisənin hökmü necə olacaqdır?
Answer: Əgər həmin şəxsin onların birinin vasitəsilə qətlə yetirildiyi sübuta yetsə və heç bir yolla qatili təyin etmək mümkün olmasa, diyə onların hamısının arasında bölünməlidir.

Diyənin günün qiyməti ilə ödənməsi [Xəsarəti ödəmək]

QuestionSəhvən adam öldürmə hadisəsi baş vermiş və hadisədən keçən bu müddət ərzində diyənin miqdarı dəyişmişdir. Diyəni verən şəxs onu hadisə zamanına uyğun ödəməlidir, yoxsa indiki zamana uyğun?
Answer: Əgər öncədən hansısa bir məbləğ haqqında razılığa gəlməyiblərsə, indiki zamana uyğun ödəməlidir.

Avtomobil qəzasında ölüm [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionQəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?
Answer: Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, &ldquoehtiyatsızlıq üzündən adam öldürmə&rdquo sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.

Diyənin hissə-hissə ödənilməsi [Diyə ödəməyin metodu]

QuestionÖtən il törətdiyim yol nəqliyyat hadisəsi xəsarət almış şəxsin ölümü ilə nəticələndiyinə görə müqəddəs şəriətin göstərişlərinə əsasən diyə ödəməyə məhkum olundum. Hal-hazırda hadisədən bir il keçməsinə baxmayaraq, borc almaqla və nəqliyyat vasitəsinin sığorta pulundan istifadə etməklə diyənin təxminən yarısını nağd ödəməyə qadirəm. Diyənin yerdə qalanını hissə-hissə ödəyə bilərəmmi?
Answer: Siz sözü gedən diyəni iki il ərzində &ndash hər il yarısını verməklə ödəyə bilərsiniz. Vəfat edənin varisləri ilə razılaşma yolu ilə bu müddəti artırmaq da mümkündür.

Dirhəm və dinar əvəzinə mal-qara [Diyə növləri]

QuestionEkspertlərə, habelə qızıl-gümüş alğı-satqısı ilə məşğul olanlara şəri dirhəm və dinar haqda müraciət etməklə onun qiyməti və dəyəri barəsində araşdırmalar heç bir nəticə vermədi. Sual budur ki, 1000 dinarı və ya 10000 dirhəmi 1000 baş qoyun və ya 200 baş qaramal, yaxud da 100 baş dəvə ilə müqayisəli şəkildə dəyərləndirib, onu mövcud vahidlə, məsələn, qoyun və ya dəvə ilə ödəmək caizdirmi?
Answer: Adi və orta səviyyəli 200 dəst paltarın qiymətini hesablayıb vermək olar. Çünki “hullə” libas mənasındadır və onun Yəmən malı olması da şərt deyil. Habelə, dirhəm və dinarın əvəzinə qoyun, inək və dəvədən də istifadə etmək olar.

Diyənin bölünmə üsulu [Diyəyə aid müxtəlif məsələlər]

QuestionBir şəxs başqasının arvadını qətlə yetirərsə və bu qadının da ərindən başqa varisi yoxdursa, qadının əri həyat yoldaşı ilə evlənərkən xərclədiyi vəsaiti qatildən tələb edə bilərmi? Yas mərasimi təşkil etmək və ehsan verməyin şəriət baxımından vacib olmadığını nəzərə alsaq, belə xərcləri də qatildən tələb edə bilərmi?
Answer: Təkcə diyə səhmini ala bilər və yuxarıda deyilən xərcləri tələb etməyə haqqı yoxdur.

Diyənin bölünmə üsulu [İrsə aid müxtəlif məsələlər]

QuestionQətlə yetirilmiş şəxsin diyəsi onun əmlakı və irsinin bir hissəsi sayılırmı? Onun varislər arasında bölünməsi irs qanunlarına tabedirmi?
Answer: Vəfat edənin nəsəbi və səbəbi varislərinin hamısına – ananın qohumları, məsələn, ana tərəfdən qardaş və bacı istisna olunmaqla – diyədən irs düşür.

Podratçı tərəfindən verilən diyə [Diyə ödəməyin metodu]

QuestionFars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Answer: Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

Azyaşlının qəyyumunun diyə ilə bağlı hüququ [Diyəyə aid müxtəlif məsələlər]

QuestionAzyaşlı uşağın qəhri (qeyri-ixtiyari) qəyyumunun səlahiyyətləri mal-əmlak çərçivəsindədir, yoxsa ümumidir (qeydsiz-şərtsizdir)? Başqa sözlə desək, qəhri qəyyum can və üzv qisası haqqında öz qəyyumluq səlahiyyətindən istifadə edərək qatil və ya canini bağışlaya bilərmi? Yoxsa azyaşlı uşağın məsləhəti diyənin alınmasını tələb edir və qəyyumun onu almadan əvf etməyə haqqı yoxdur? Əgər can və üzv diyəsini almaq uşağın məsləhətinə müvafiqdirsə, qəyyum onu canidən alarkən öz hüquqlarından istifadə etməklə uşağın əmlak səhmini hətta öz mənafeyinə sərf edə bilərmi?
Answer: Uşağın qəyyumunun səlahiyyətləri diyə və bu kimi hallara şamil olur. Amma uşağın məsləhətinə zidd olaraq diyə və sairi bağışlamağa, habelə ondan öz xeyrinə istifadə etməyə haqqı yoxdur.

Diyə ödənməmişdən cinayətkarın ölümü

QuestionBir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Answer: Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.

Diyə ödənməmişdən cinayətkarın ölümü [İrsə aid müxtəlif məsələlər]

QuestionBir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Answer: Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.

Öldürülənin qan pulu [Can (ölüm) diyəsi]

QuestionXahiş edirik, qətlə yetirilmiş şəxsin qan bahasını necə almaq lazım olduğunu izah edəsiniz.
Answer: Diyə İlahi haqlardan biridir və şəriətin icazə verdiyi hallarda onu almağın heç bir maneəsi yoxdur. Baxmayaraq ki, bəzi hallarda əfv etmək (almamaq) daha yaxşıdır.

Azyaşlı uşağa silah verməklə törədilən qətl [Xəsarəti ödəmək]

QuestionBizim yaşadığımız məntəqədə belə bir adət var ki, hər məhəllənin əhalisi istirahət və müxtəlif bayram günlərində istirahət etmək və təlim görmək üçün güllə atmaq yarışları təşkil edirlər. Təəssüflər olsun ki, bu yarışların birində bir şəxs başqasının “Kalaşnikov” avtomat silahını həddi-buluğa çatmayan bir (12-13 yaşında) oğlan uşağına tapşırır və ətrafda olanlar “silahdan və oğlandan muğayat ol!” – deyə xəbərdarlıq etsələr də, o, tamamilə gözü uşağın üstündə olduğunu deyib, ona təlim verməyə davam edir və “belə et, belə tut” – deyə göstərişlər verir. Oğlan uşağı da onun göstərişləri üzrə əməl edir. Lakin silah ”avtomat” düyməsinin üstündə olduğuna görə uşağın əlindən çıxaraq təlimçiyə dəyir və onu qətlə yetirir. Bu halda: 1) Uşağın valideyninin icazəsi olmadan qətlə yetirilmiş təlimçinin bu və ya digər şəkildə silahı ona tapşırmağa ixtiyarı var idimi? 2) Qətlə yetirilmiş şəxsin özü öz qətlində köməkçi və yaxud bilavasitə səbəbkar şəxs sayılır, yoxsa həm köməkçi və həm də bilavasitə səbəbkar (və yaxud da heç biri) sayılır? Qətlə yetirilmiş şəxsin diyəsi konkret kimin öhdəsindədir? 3) Əgər diyə ”aqilə”nin (oğlanın qohumlarının) üzərinə düşürsə, atanın varlığı ilə digər qohumlara da şamil olurmu? Bundan əlavə diyənin aqilə (qohumlar) arasında hansı formada bölünəcəyini də izah etməyinizi xahiş edirik.
Answer: 1) Onun belə bir iş görməyə haqqı yox idi. 2) Əgər silahı belə bir uşağa tapşırmaq ürf və cəmiyyət içində təhlükəli iş sayılırsa, təlim edən şəxs bu işi gördüyünə görə məsuliyyət daşıyır və ölən onun özüdürsə, diyəsi yoxdur. Əks halda isə diyə aqilənin öhdəsinə düşür. 3) Ehtiyat budur ki, diyəni ödəməkdə ata da iştirak etsin. Amma digərlərinin iştirak etmələri qəti və şübhəsizdir. Diyə məbləğinin onlar arasında bölünməsi onların imkanları əsasındadır. Diyə məbləğini özləri ödəməlidir, ixtilaflı hallarda isə şəri hakimin köməyi ilə öz aralarında bölməlidirlər.

Qan sahiblərinin qisas və diyədə payı [Qisasın müxtəlif məsələləri]

QuestionQəsdən adam öldürmə hallarında ata razılıq verib diyə tələb edirkən, babası bununla razılaşmasa və qisas alınmasını tələb etsə, onların hansının tələbinə üstünlük verilməlidir?
Answer: Ata varkən növbə babaya çatmır.

Diyə növünün təyini [Diyə ödəməyin metodu]

QuestionCinayətkar diyəni ödəyərkən, onun növünü müəyyən etmək diyə verənin öhdəsinədir, yoxsa diyə alanın?
Answer: Hökmün qisasa əsaslandığı hallarda diyənin növünü müəyyən etmək iki tərəfin razılığı ilə olmalıdır.

Diyə bütün insanlar üçün eynidir [Can (ölüm) diyəsi]

QuestionƏgər qətlə yetirilən şəxsin ölümü, onun evdə və ictimaiyyət içində olmaması ailəsindən əlavə, hansısa qrupa və ya sualda fərz olunduğu kimi bir cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurarsa, təkcə ailəsinin yanında olmadığına görə dəyən maddi zərəri ödəmək üçün öncədən təyin olunmuş diyənin miqdarına əlavə etmək olarmı? Çünki, ailəsindən başqa bir qrup insan və ya cəmiyyət də onun ölümündən zərər çəkmişdir.
Answer: Fərdlər arasında fərqlərin mövcud olmasına baxmayaraq müqəddəs şəriət hamı üçün eyni məbləğdə diyə nəzərdə tutmuşdur (qadın – kişi və bu kimi halları istisna etməklə). Səbəbi də bu ola bilər ki, aydın meyarlar olmadan, onların arasındakı fərqi qəbul etmək ictimaiyyət içində saysız-hesabsız çəkişmə və mübahisələrə səbəb ola bilər ki, bunun da ziyanı faydasından artıq olacaqdır.

Qadağan olunmuş güclü elektrik cərəyanından ölüm [Xəsarəti ödəmək]

QuestionPeşəsi qaynaqçılıq olan şəxs binanın qaynaq işlərini əvvəldən axıra kimi öz üzərinə götürərək sahibkarla müqavilə imzalasa və podratçı qaynaq işləri üçün istifadəsi işıq idarəsi tərəfindən qadağan olunmuş, küçədən keçən yüksək gərginlik naqilindən istifadə edərsə və bu da elektrik qəzası ilə nəticələnərək qaynaqçının ölümünə səbəb olarsa, bu halda sahibkar müqəssirdir, yoxsa eyni zamanda podratçı olan qaynaqçının özü?
Answer: Burada qaynaqçı təqsirkardır.

Diyənin hüquqi mahiyyəti [Diyəyə aid müxtəlif məsələlər]

QuestionDiyənin hüquqi mahiyyəti nədən ibarətdir? Diyə şəriətdə zərərçəkən şəxsə dəyən ziyanı ödəmək və ya canini cəzalandırmaq deməkdir? Dəyən xəsarət diyənin miqdarından artıq olarsa, onu cinayətkardan tələb etmək olarmı?
Answer: Diyə dəymiş maddi ziyanı bərpa etmək mənası daşıyır. Dəymiş ziyanı ödəyərkən müalicə üçün diyənin məbləğindən artıq xərcləməli olsa, yuxarıda deyildiyi kimi, ehtiyat vacib budur ki, cinayətkar şəxs əlavə xərci ödəsin. (Zərəri ödəmək üçün minimum məbləğdən artıq ödəməməlidir.)

Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması [Diyəyə aid müxtəlif məsələlər]

QuestionCinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Answer: Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.

Zərərçəkmiş şəxsin diyəni bağışlaması [Diyəni bağışlamaq]

QuestionZərər çəkən şəxs öz ölümündən qabaq diyəni tamamilə caniyə bağışlaya bilərmi?
Answer: Əfvin caiz olması istisna olunmur, lakin ehtiyat budur ki, müsalihə edib razılığa gəlsinlər.

Diyəni bağışlamaq [Diyəni bağışlamaq]

QuestionDiyəni almaq İlahi göstərişdir, yoxsa onun bir miqdarını bağışlamaq da olar?
Answer: Diyəni alan şəxs öz haqqının hamısını və ya onun bir hissəsini bağışlayıb güzəştə gedə bilər. Lakin şəri hakimin onda heç bir dəyişiklik etməyə haqqı yoxdur, habelə cani də belə bir haqqa malik deyil.

Qeyri-qanuni aborta görə diyə [Salınmış uşağın diyəsi]

QuestionQadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır: 1) Uşağın diyəsi varmı? 2) Diyəsi varsa, kimə çatmalıdır?
Answer: Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.
TotalPages : 52