SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Diyə artımı hallarında diyə növünün təyini [Diyə ödəməyin metodu]

QuestionCan qisasına məhkum olunmuş şəxs diyənin artıq hissəsini almalı və bundan sonra edam olmalıdırsa, diyənin növünü müəyyən etmək onun öz ixtiyarındadır, yoxsa diyə ödəməli olan şəxsin ixtiyarındadır?
Answer: Diyə verən şəxsin ixtiyarındadır.

Haram aylarda qətlin diyəsi [Can (ölüm) diyəsi]

QuestionEhtiyatsızlıq üzündən baş verən qətl hadisəsində diyə hansı şəkildə ödənilmədir? Qəsdən adam öldürmə hadisəsi Məhərrəm ayında baş versə və ölənin vəlisi (qan sahibi) qisasın ləğv olunmasına və yerinə diyə verilməsinə razılıq versə, diyə necə ödənilməlidir?
Answer: Haram aylarda ehtiyatsızlıq üzündən adam öldürmə hadisəsində diyənin üçdə biri ona əlavə olunur. Lakin qəsdən adam öldürmə hadisəsində isə tərəflərin razılaşdığı məbləğ meyar tutulmalıdır.

Müqəssir sürücünün və sərnişininin diyəsi [Can (ölüm) diyəsi]

QuestionAvtobusun peykan markalı yükdaşıyan avtomobil ilə toqquşması nəticəsində avtomobilinin sürücüsü və onun yanında oturan şəxs həlak olur. Yol polisi yükdaşıyan avtomobilinin sürücüsünü hadisədə təqsirli bilirsə, hökm necə olacaqdır?
Answer: Əgər yükdaşıyan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını öz ölümündə özü təqsirli bilinəcək bir şəkildə pozmuşdursa, qanı hədərdir. Onunla birlikdə həlak olmuş şəxsin diyəsi də onun əmlakından verilməlidir. Əgər o, yol hərəkəti qaydalarını ölüm hadisəsində təqsirli bilinəcəyi bir formada pozmamışdırsa, yəni hər iki tərəf təqsirli bilinirsə, hər ikisinin diyəsinin yarısını avtobus sürücüsü ödəməlidir və ölən ikinci şəxsin diyəsinin yarısı yükdaşıyan peykan avtomobilinin sürücüsünün malından götürülməlidir. Belə hallarda məlumatı olan insanların sözləri - onların etibarlı şəxs olduqları surətdə, sübut sayılır.

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm [Qisasın hökmləri]

QuestionÜrəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?
Answer: Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

İki nəfər arasında qətl şübhəsi [Diyə ödəməyin metodu]

Questionİki nəfər qəsdən adam öldürmək məqsədi ilə üçüncü şəxsə tərəf atəş açırlar. Güllələrin biri hədəfə dəyir və həmin şəxs vəfat edir. Lakin bu güllənin onların hansı birinin tüfəngindən açıldığı məlum deyil. Buna görə də onların ikisindən biri mütləq qatildir və hər ikisindən qisas almaq mümkün deyil. Püşkatma metodundan da istifadə etmək olmur. Çünki hadisə “dəry” qaydasının icra olunduğu yerdir və “püşkatma” belə yerdə çətin məsələdir. (Necə ki, əmlak məsələlərində də icra olunmur.) Çünki burada “ədl və insaf” qaydası hakimdir. Xahiş edirik ki, şəri hökmü bəyan edəsiniz.
Answer: Burada diyə münasəfə ilə (yarı-yarı) bölünməlidir.

Yol qəzasında təqsirli bilinənlər arasında diyənin bölüşdürülməsi [Diyə ödəməyin metodu]

QuestionYol qəza hadisələrinin birində minik avtomobili yük maşını ilə toqquşaraq yolun ortasında dayanır. Arxadan gələn avtobus da minik avtomobili ilə toqquşur. Birinci hadisədə minik avtomobilinin sürücüsü, ikinci hadisədə isə avtobus sürücüsü təqsirli bilinir. Qeyd etmək lazımdır ki, minik avtomobilinin sərnişinlərinin hamısı bu hadisədə dünyasını dəyişir. Onların ölümlərinin əsas səbəbinin birinci, yoxsa ikinci yol qəzasının olması dəqiq məlum deyil. Belə halda hökm necə olacaqdır?
Answer: Minik avtomobilinin sərnişinlərinin diyəsi avtobus sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında bölünməlidir. Yəni, onun əlli faizi minik avtomobilinin qalan əmlakından götürülməlidir, digər əlli faizini də avtobus sürücüsü ödəməlidir.

Başqa uşaq tərəfindən kor edilən uşağın diyəsi [Aqilə]

QuestionTəxminən dörd il bundan qabaq mənim Mehdi adında oğlum (o zaman onun üç yaşı var idi) anası ilə birlikdə qonaqlığa dəvət olunmuşdu. Qonaqlıqda meyvə yeyilən zaman Mehdi – anasının və başqalarının dediklərinə əsasən – əlindəki bıçağı tullayır. Bıçaq oynamaqda olan digər uşağın bir gözünə dəyib kor edir. Mübarək nəzərinizə çatdırıram ki, böyüklərin bu işdə əsla müdaxilələri olmamışdır. Uşaqlar isə bir-birləri ilə oynayırmışlar. Digər tərəfdən, zərərçəkən uşaq bacımın uşağıdır. Hadisədən üç il keçəndən sonra bacım bizim əleyhimizə şikayət etmişdir. Mənim maddi imkan baxımından bir yığın borclardan savayı heç nəyim yoxdur. Maddi vəziyyətimi nəzərə almaqla diyənin kim tərəfindən ödənilməli olduğunu deyin.
Answer: Diyə mütləq ödənilməlidir, lakin sizin öhdənizdə deyil. Ata tərəfindən olan kişi qohumlarınızın öhdəsindədir və onlar arasında bölünməlidir. Onların hər biri imkanları çatan miqdarda onun bir hissəsini ödəməlidirlər.

Yol qəzasında iki tərəfin təqsirli olduğu halda diyənin bölünməsi [Diyə ödəməyin metodu]

QuestionGecə vaxtı avtomobil ilə motosikletin toqquşması nəticəsində baş verən qəza hadisəsində motosiklet sürücüsü dünyasını dəyişir. Yol polisi hər iki tərəfin hadisədə 50 faiz təqsirli olduğunu təsdiqləyir. Çünki, motosikletin işığı olmamış və sürücü yol hərəkəti qaydalarına riayət etmədən, ehtiyatsızlıqla sürücülük etmişdir. Avtomobil sürücüsü də qabağa diqqətlə baxmamaqda və sürətinin yuxarı olmasında təqsirləndirilir. Fərz edək ki, o iki nəfərdən birinin təqsiri digərindən çoxdur, həmçinin hadisədə tərəflərin hər ikisinin təqsirli olduğuna görə onların hansı birinin qəza hadisəsinin gerçək amili olmasını təyin etmək mümkün deyil. Belə olduqda hökm necə olmalıdır?
Answer: Onların hər ikisi bərabər şəkildə ölüm hadisəsinin amilidirlərsə, diyə bölünməlidir. İkinci surətdə ehtiyat budur ki, hər birinə mütənasib olaraq diyə hesablansın.

Əmanəti qorumaqda səhlənkarlıq [Əmanətin hökmləri]

QuestionMən bir müddət öncə təmir işləri aparılan evimə baş çəkmək üçün oraya getdim. Əlimdə xeyli miqdarda pul, xarici valyuta və çek olan paket də var idi. Bu zaman dostum (həm də qohumum) evə daxil oldu və mən paketi ona tapşırdım. Çünki paket ilə əlaqədar nigarançılığım var idi və başımın qarışıq olduğuna görə onun içindəkilərə bir zərər dəyəcəyindən qorxurdum. Amma paketi verərkən iki səbəbdən onun içində pul olduğunu dostuma demədim: Birincisi, orada podratçı və adi işçilər olduğuna görə. İkincisi də o məntəqədə pulu adi kağız paketə qoymaq bir adət halını aldığına görə. Buna görə də o, paketin içində pul olduğunu bilirdi. Təəssüflər olsun ki, oradan çıxarkən paketi ondan almağı unutdum. Bir neçə dəqiqədən sonra paketi ona tapşırmağım yadıma düşdü. Ondan bu haqda soruşanda isə paketin yadından çıxıb həmin yerdə qaldığını bildirdi. Dərhal ora getdim, amma nə qədər axtarsam da paketi tapmadım və onun oğurlandığını başa düşdüm. Dostum buna görə zamindirmi?
Answer: O, paketdə pul olduğunu bilir və ya buna güclü ehtimal verirdisə, eyni halda belə səhlənkarlığa yol vermişdirsə, zamindir. Əgər iki tərəf arasında mübahisə yaranarsa, şəri hakimə müraciət etməlisiniz.

Zavod tullantıları nəticəsində həyatlarını itirən uşaqların diyələri [Diyə ödəməyin metodu]

QuestionNeft-kimya zavodu öz xərclərinə qənaət etmək üçün zəhərli tullantıları gigiyenik və təhlükəsizlik qaydalarına riayət etmədən zavod yaxınlığındakı su hovuzuna axıdır. Bundan xəbəri olmayan bir neçə uşaq həmin sularda çimir və zəhərlənərək bir müddət sonra vəfat edirlər. Zavod buna görə məsuliyyət daşıyırmı? Xahiş edirik, suala cavab verərkən iki variantı su hovuzunun zavod ərazisinə aid olduğu və olmadığı hallarını nəzərə alasınız.
Answer: Əgər su hovuzu uşaqların mütəmadi şəkildə getdikləri (çimdikləri) bir yerdirsə, suyu çirkləndirən şəxslər diyə ilə bağlı məsuliyyət daşıyırlar. Əks halda, heç bir məsuliyyət daşımırlar.

Xəstəliyi ucbatından iş yerində vəfat edən işçi [Diyə ödəməyin metodu]

QuestionEmalatxanada çalışan mexanik tibbi ekspertizanın verdiyi rəyə görə ağ ciyər xəstəsi imiş. O, emalatxanada təmizlik işləri apararkən ciyərlərinin xəstəliyinə görə dünyasını dəyişib. Emalatxana sahibi onun ciyərlərinin xəstə olduğunu bilmirmişsə, zamindirmi?
Answer: Sualda fərz olunanlara əsasən, zamin deyil. Amma əmək-qanun məcəlləsində onun zəmanəti nəzərdə tutulmuşsa və emalatxana sahibi bu barədə məlumatı ola-ola onu işə götürmüşsə, zamindir.

Fəhlənin ehtiyatsızlıq üzündən həyatını itirməsi [Diyəyə aid müxtəlif məsələlər]

QuestionSahibkar işində kifayət qədər peşəkar və təcrübəli olan 50 yaşlı qazmaçı ustanı quyu qazmaq üçün işə götürür. O da quyu qazarkən quyunun içinə girən zaman ayağı sürüşərək quyuya düşüb dünyasını dəyişir. Sual budur ki, vəfat etmiş şəxsin varisləri yer sahibindən haqq tələb edə bilərlərmi?
Answer: Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.

İş yerində üzvlərini itirən fəhlələr [Diyə ödəməyin metodu]

QuestionDaş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?
Answer: Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək əmək qanunu məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Şərab içən şəxsin əməlləri [Diyə ödəməyin metodu]

QuestionSpirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Answer: Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.

Ölümlə nəticələnən yol qəzasında azyaşlının diyəsi [Can (ölüm) diyəsi]

QuestionBir gün atam, anam və ailəmizin digər üzvləri səfərə gedərkən xalam oğlunu da ata-anasının icazəsi ilə özləri ilə apardılar. Səfər əsnasında qəza baş verir və maşında olan bütün sərnişinlər, o cümlədən xalam oğlu vəfat edir. Sığorta idarəsi hadisədə dünyasını dəyişmiş fərdlərin hamısı üçün nəzərdə tutulan məbləği ödəməyə hazırdır. Sualımız budur: Xalam oğlunun ata-anasının valideynlərimin varislərindən diyə tələb etməyə haqları varmı?
Answer: Əgər atası icazə vermişdirsə, sizin ata və ananızın öhdəsində heç bir məsuliyyət (diyə) yoxdur.

Təmirçinin təhlükəsizlik qaydalarına diqqətsizliyi nəticəsində bir ailənin ölümü [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionTəmirçi və ya şirkətin qanuni nümayəndəsi qaz sobasını bir şəxsin mənzilində təhlükəsizlik qaydalarına əhəmiyyət vermədən və ya texniki səhvə yol verməklə, yaxud da borudan istifadə etmədən quraşdırır. Nəticədə ailə üzvlərinin hamısı qazdan boğularaq vəfat edirlər. Qan sahibləri təqsirli bilinən şəxsin əleyhinə şikayət edirlər. Sual budur: Şirkət nümayəndəsinin və ya təmirçinin texniki nasazlığa və yaxud təhlükəsizlik qaydalarına riayət olunmaması barədə ev sahibinə məlumat verməsi və ya verməməsi hallarında kim məsuliyyət daşıyır və hansı növ qətl baş vermişdir?
Answer: Əgər bu barədə onlara məlumat vermişdirsə, məsuliyyət daşımır. Vəziyyətin təhlükəli olmasına baxmayaraq xəbər verməmişdirsə, ehtiyatsızlıq üzündən qətl sayılır və öz əmlakından diyə verməlidir.

Həkimin müalicə zamanı səhlənkarlığı [Təzirlər]

QuestionBir şəxs bədəninin yanmasına görə xəstəxanaya köçürülür və həkimin müalicə zamanı yol verdiyi səhlənkarlıq ucbatından vəfat edir. Tibbi ekspertizanın verdiyi məlumata əsasən yanığın dərəcəsinin böyüklüyü xəstənin ölümünün əsas amilidir. Həkimin səhlənkarlığı isə xəstənin ölümünün tezləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə həkim məsuliyyət daşıyırmı?
Answer: Həkim günaha yol vermişdir və təzir olunmalıdır.

Xilas edicinin xilas etməkdən imtina etməsi [Diyə ödəməyin metodu]

QuestionVəzifəsi suda batan şəxsi xilas etmək olan bir şəxs öz işindən imtina edərsə və həmin şəxs suda batarsa, o, bu işə görə məsuliyyət daşıyırmı?
Answer: Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.

Mağaza sahibinin yanında əmanətin tələf olması [Əmanətin hökmləri]

QuestionƏgər bir şəxs müəyyən bir şeyi, məsələn, paltarı mağazada qoyub: “Bu paltar sizin mağazanızda qalsın, mən onu sonra aparacağam” – deyə xahiş etsə və mağaza sahibi də bunu qəbul etsə, həmin şəxs bir müddətdən sonra öz malını aparmaq üçün gələndə mağazaçı başqasının o malı apardığını söyləsə, mal sahibinin şikayət etməyə və malı tələb etməyə haqqı varmı?
Answer: Əgər mağaza sahibi kifayət qədər araşdırmamış paltarı başqasına versə, zamindir.

Çobanın uşaq olduğu təqdirdə sürüyə dəyən zərər [Diyə ödəməyin metodu]

QuestionBəzi məntəqələrdə adət belədir ki, hər ev kəndin qoyunlarını növbə ilə otarmağa aparır. Bəzi ailələr öz növbələri çatanda kiçik uşaqlarını qoyunları otarmağa göndərirlər və canavar qoyunların bəzilərini parçalayır. Belə olduqda dəymiş zərəri kim ödəməlidir?
Answer: Əgər bu barədə müqavilə bağlamışlarsa və yaxud yerli əhali adət üzrə qoyunları otarmağa onları canavardan qoruya biləcək adamlar göndərirlərsə, dəyən zərəri ödəmək müqaviləyə və ya yerli adətə zidd hərəkət edən adamın öhdəsinədir.

Torpağa gübrə tökülməsi nəticəsində qonşunun heyvanlarının tələf olması [Diyə ödəməyin metodu]

QuestionKənd toyuqları əkinçinin əkin sahəsinə səpdiyi toxumları dənləyir və əkin sahəsini tapdalayıb xarab edirlər. Əgər əkin sahibi toyuqların qarşısını almaq üçün toxumlara zəhər qatıb səpsə, toyuqlar bu toxumları yeyib ölsələr, bu haqda toyuq sahiblərinə də xəbərdarlıq etdiyini nəzərə alsaq, əkin sahibi, gördüyü iş nəticəsində tələf olan toyuqlara görə zamindirmi?
Answer: Əgər toyuqların qarşısını almaq üçün bundan başqa yol olmasa və toyuq sahiblərinə də bu barədə xəbər vermişsə, eybi yoxdur və zamin deyil.

Həddi-buluğa çatmayan fəhlənin diyəsinin zamini [Diyə ödəməyin metodu]

QuestionXeyriyyə (faizsiz kredit) fondu öz işinə başlamazdan öncə müqaviləyə əsasən müəssisəyə nəzarəti inşaatçılardan birinin öhdəsinə qoyur. Fondun binasının tikinti işlərini başlayır. Binanın qaynaq işləri də digər müqavilə ilə qaynaqçılardan birinə həvalə edilir. Başqa bir şəxs isə işçi tapmaq və tikinti materiallarının tədarükünü öz öhdəsinə götürür. Bu şəxs 8 yaşlı bir uşağı fəhlə kimi işə götürür ki, qaynaq zamanı seyfin qapısı uşağın üstünə düşür və təəssüflər olsun ki, onun onurğa beyninin tamamilə kəsilməsinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alsaq, bu uşağın diyəsinə kim zamindir?
Answer: Uşağın işə götürülməsi onun vəlisinin (sahibi) icazəsi ilə və uşağın məsləhətinə, gücünə uyğun idisə, habelə uşağın təhlükəsizliyinin təmini istiqamətində heç bir qüsur və səhlənkarlığa yol verilməmişdirsə və hadisə təsadüfən baş vermişdirsə, bu halda heç kəs zamin deyil. Amma vəlisinin icazəsi olmadan işə götürülmüşdürsə və ya təhlükəsizliyinin təminində səhlənkarlığa yol verilmişdirsə, işə götürən şəxs onun diyəsi ilə bağlı zamindir.

Hadisə yerini tərk etdiyi təqdirdə qəzadan dəyən zərəri ödəmək [Diyə ödəməyin metodu]

QuestionYol-hərəkət qaydalarına əsasən sürücü hadisə yerindən qaçarsa, müqəssir sayılır. Sual budur: İslam şəriəti baxımından xəsarət vurduğuna göz yumub hadisə yerini tərk edən şəxs, şəriət baxımından başqasına xəsarət haqqı ödəməlidirmi?
Answer: Həqiqətən müqəssir deyilsə, Allah dərgahında məsuliyyət daşımır. Amma qanun onu zahirdə cavabdeh bilir və ondan dəyən zərəri alır. Hadisənin həqiqətdə necə baş verdiyindən xəbərdar olmayan ekspertlərin və qazının bu qanuna əməl etməsinin şəriətə uyğun olmasını ehtimal etmək olar.

Məscidin qab-qacağının təsadüfən sınması [Diyə ödəməyin metodu]

QuestionMəscidin qab-qacağının təsadüfən, məsələn, Məhərrəm günlərində əzadarlara xidmət edərkən sınması, zəmanətə səbəb olurmu?
Answer: Hər kəs sındırsa, zamindir. Yalnız qarşısını almaq mümkün olmayan zərərlər istisnadır.

Mal sahibinin razılığına əmin olmaq [Diyə ödəməyin metodu]

QuestionƏgər insan başqasının malına – onun olmadığı vaxtda qəsdən və ya səhvən ziyan vursa və bunu mal sahibinə bildirdiyi təqdirdə etiraz etməyəcəyinə və razılıq verəcəyinə əmindirsə, hökm nədir?
Answer: Əgər onun razı olacağına əmindirsə, ona bu barədə məlumat verməsi vacib deyil. Lakin onun zimməsi və öhdəliyi (ehtiyata əsasən) mal sahibi öz haqqımdan keçdim deməyincə öhdəsindən götürülməyəcəkdir.

Qonşunun su navalçasından zərər çəkməsi [Diyə ödəməyin metodu]

QuestionƏgər bir şəxsin evinin navalçasından su axması nəticəsində qonşuya ziyan dəysə, vurulan zərər navalça sahibinin öhdəsindədirmi? Əgər məsələni ayırd etmək üçün mütəxəssis gətirsələr, onun xərcini kim ödəməlidir?
Answer: Əgər hər iki nəfər mütəxəssisin gəlməsini təklif etmişlərsə, mütəxəssisin xərcləri onların arasında bölünməlidir. Dəyən zərər barəsində isə, hökm belədir: əgər navalça sahibinin evi (qonşusundan) öncə, adi qaydaya və adət-ənənəyə uyğun şəkildə tikilmişdirsə, dəyən ziyan onun boynuna deyil.

Maşının suda batmasına görə sürücünün zəmanəti [Diyə ödəməyin metodu]

QuestionCəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?
Answer: Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.

İki nəfərin malı tələf etməsi [Diyə ödəməyin metodu]

QuestionƏgər bir şəxs neft, yaxud digər yanacaq maddəsini özgəsinin əmlakının üstünə töksə və başqa birisi kibritlə onu yandırsa və mal tələf olsa, onların hər biri digərinin kibrit yandırdığını iddia etsə, vəzifə nədir?
Answer: O iki nəfərdən birinin bu işi gördüyü məlum ikən həqiqi müqəssiri aşkar edən bir dəlil-sübut mövcud olmasa, zəmanət (təzminat) onlar arasında bölünəcəkdir.

Varisi olmayan məqtul [Qan sahibləri]

QuestionVarisi olmayan şəxsin qatili (qəsdən adam öldürmə halında) edam olunmalıdır?
Answer: Belə hallarda qan sahibi İmam və şəri hakimdir.
TotalPages : 52