SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Nalayiq işlərin islah olunması üçün münasibətləri kəsmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionAğılsız (səfeh) və ləyaqətsiz işlər görən şəxslərə xəbərdarlıq edəndən sonra öz əməllərindən əl çəkməsələr, onlarla münasibəti kəsmək olarmı?
Answer: Onlarla əlaqəni kəsmək münkərdən çəkinmələri ilə nəticələnəcəksə, bu iş lazımdır.

Qeybət məclisini tərk etmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionƏgər bir şəxs bir neçə nəfərin yanında (ictimai yerdə) qeybət etsə və əmr be məruf və nəhy əz münkərin onda heç bir təsir qoymayacağına əmin olsaq, bizim vəzifəmiz nədir?
Answer: Belə yerlərdə iştirak etməyin.

Pis işlərdən çəkindirmək üçün ailəvi münasibətlərdən çəkindirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionŞəri əməl və göstərişlərə laqeyd olan (məsələn, xüms, zəkat verməyən), şəriətə zidd işlər görən, habelə əmr be məruf və nəhy əz münkərə heç bir əhəmiyyət qohumlarla əlaqələri kəsmək caizdirmi?
Answer: Qohumluq əlaqələrini kəsmək onların ayılmalarına (bu işləri tərk etmələrinə) səbəb olacaqsa, vacibdir. Mənfi təsiri varsa, bu işi etməyin.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı varsa

QuestionƏgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Answer: Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı olarsa [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionƏgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Answer: Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.

Quranı səhv oxuyan adama səhvini bildirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionQuranı səhv oxuyan şəxsə səhvini başa salmaq vacibdirmi?
Answer: Yaxşı olar ki, xoş dillə xəbərdarlıq edilsin.

Texniki spirt ölümlə nəticələnərsə [Qisasın hökmləri]

QuestionBir əsgər hərbi hissəyə iki şüşə texniki spirt gətirir. Əvvəlcə onlar texniki spirtin təhlükəsini aradan qaldırmaq üçün əllərində olan avadanlıqla və digər əsgərlərin köməyi ilə onu distillə edirlər. Sonra o, və əsgərlərdən bir neçəsi sərxoş olmaq məqsədilə onu içirlər. Texniki spirt həyat üçün çox təhlükəli olduğundan, əsgərlərdən biri ondan çox qəbul edərək dünyasını dəyişir və qalanları baş gicəllənməsi və ürək bulanmasına düşür. Sual budur ki, öz şəxsi istəyi ilə onu qəbul edib dünyasını dəyişən əsgərin qanı qarşısında spirti hərbi hissəyə gətirən əsgər məsuliyyət daşıyırmı?
Answer: Əgər spirti qəbul edənlər onun ehtimal edilən təhlükəsindən xəbərdar idilərsə, qanı müqabilində kimsə məsuliyyət daşımır. Amma spirti gətirən şəxs onları aldadıb onu içməyin ziyansız olduğunu demişdirsə, bu halda məsuliyyət daşıyır və bu iş ehtiyatsızlıq üzündən adam öldürmə sayılır.
TotalPages : 52