4-MƏDƏNİ DƏYƏRLƏR BARƏDƏ AGAHLIĞIN OLMAMASI İSLAM TARİXİNİN ƏN DƏYƏRLİ ƏSƏRLƏRİNİN MƏHV EDİLMƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
İFRATÇI VƏ ŞİDDƏTLİ TƏƏSSÜBDİGƏR BİR TƏZAD: NƏ ÜÇÜN PEYĞƏMBƏRİN MÜBARƏK QƏBRİ HƏLƏ DƏ QALIR?!


Çox az ölkələrdə Hicaz qədər İslamın əvvəllərinə aid olan tarixi əsərlər vardır, çünki İslamın əsl vətəni oradır və İslam rəhbərlərinin nəfis və dəyərli əsərləri bu ölkənin müxtəlif yerlərində gözə dəyir. Onların qəbir və məqbərələri, doğum yerləri, səhabələrin, tabeinin və Əhli-beyt (əleyhis-salam) imamlarının dəyərli əsərləri, İslam alimləri, fəqihləri, hətta sultanların və onların hökumət mərkəzləri, incəsənət, me`marlıq abidələri və s. mövcud idi. Lakin kobud sifətli və təəssüblü vəhhabilər əksər hallarda onlara şirk damğası vuraraq aradan aparmışlar və onların çox az hissəsi qalmışdır. Yaxşı olar ki, müsəlmanlar bu dəyərli əsərlərin məhv olunması üçün qan ağlasınlar.
Müasir dövrdə hamının bildiyi kimi, hər bir xalq öz əsalət və vücudunu isbat etmək üçün öz tarixi keçmişinə əsaslanır, keçmişdən qalan mühüm tarixi əsər və abidələri öz müddəalarına dəlil gətirir və buna görə də öz tarixi əsərlərini diqqətlə, göz-bəbəyi kimi qoruyub saxlayırlar.
Amma vəhhabilər bu müqəddəs diyarda İslam tari­xinin əsərlərindən təqribən heç nəyi saxla­mamış, hamısını dağıtmış və aradan qaldır­mışdır. Halbuki, bu əsərlərə dəyər baxımından qiymət qoyula bilməzdi!
Onun ən bariz nümunələrindən biri İslamda ən mühüm abidələrdən sayılan «Bəqi» qəbiristan­lığı­dır. Bu qəbiristan İslam tarixinin mühüm bir bölmə­sinə özündə yer vermişdi və biz müsəlman­la­rın tarixində yazılı və natiq bir əsər sayılırdı.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in həyat yoldaşları və övladları, Əhli-beyt imamları, böyük alimlər və fəqihlər, yüksək məqamlı səhabələr, dəyərli şəhidlər, İslamın fədakar sərdarları və s. bütün bunların məqbərəsi orada yerləşir. Bəlkə də orada on mindən artıq səhabə dəfn olunmuşdur. Bir sözlə, İslam tarixinin böyük bir qismi «Bəqi»nin daxilində yerləşir.
Lakin hal-hazırda «Bəqi»yə daxil olduqda çox çirkin, viran olunmuş və ürəkbulandırıcı bir mənzərənin şahidi oluruq. Orada bunlardan heç bir əsər-əlamət qalmamışdır, insan göz yaşları axıtmaqdan başqa bir yol görmür.
Bu quru təəssübçülər çox dərin təəssüflə, bu böyük və qiymətli tarixi əsərləri «şirklə mübarizə» kimi puç bəhanələrlə aradan götürməklə, İslam dünyasına yeri heç vaxt cübran oluna bilməyən, bərpaolunmaz xəsarət vurmuşdur.
Doğrusu, təəssübkeş insan nə qədər xətərlidir! Belə bir adam öz ölkəsinin bütün insanlara məxsus olan, insanın bu günü, keçmişi və gələcəyinə aid olan dəyərli əsərlərini məhv edib aradan aparır!

 

 

İFRATÇI VƏ ŞİDDƏTLİ TƏƏSSÜBDİGƏR BİR TƏZAD: NƏ ÜÇÜN PEYĞƏMBƏRİN MÜBARƏK QƏBRİ HƏLƏ DƏ QALIR?!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma