ACI BİR XATİRƏ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
2-ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİALLAH EVİNİN İDARƏÇİLƏRİNİN ƏSL VƏZİFƏLƏRİ


Heç vaxt unutmaram: Allah Evinin ziyarətinə getdiyim ilk illərdə Mədinədə qəribə bir mübahi­sənin şahidi oldum və bu mübahisədən fikrə daldım. Uzun saqqallı və əmr be mə`ruf adlı bir qrup (vəhhabi təəssübkeşləri) Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in qəbrinin ətrafını tutmuşdular, hər birinin əlində də bir şallaq var idi. Hər kim Peyğəmbərin qəbrini öpmək məqsədi ilə yaxın­laşır­dısa, onun başına vurur və deyirdilər: «Bu dəmirdir, bu çubuqdan başqa bir şey deyildir, sizin bu işiniz şirkdir!»
Onlar bu məsələdən qafil idilər ki, heç bir ağıllı şəxs dəmiri, yaxud çubuğu sadəcə dəmir və çubuq olduğuna görə öpmür, əksinə bu iş o qəbrin sahibinə məhəbbət, eşq bəsləməyi izhar etmək üçün bir simvoldur; necə ki, bütün müsəlmanlar, hətta vəhhabilərin özləri belə Qur`anın cildini öpürlər. Qur`ana və Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ə eşq-məhəbbət izhar etmək şirkdirmi?! Heç bir ağıl və məntiq belə əqidə ilə müvafiq deyildir.
Bütün dünya xalqları öz ölkələrinin bayrağını öpür və ona ehtiram göstərirlər. Onların məqsədi dəyərsiz bir parçaya məhəbbət bəsləməkdirmi?! Bəlkə də hər hansı adi parçanın bir hissəsi olmuş, sonradan bayrağa çevrilmiş, onun digər hissələrindən isə köynək, şalvar tikilmişdir?
Şübhəsiz, bunların məqsədi ölkələrinin istiq­laliyyətinə ehtiram qoymaq və vətənlərinə məhəb­bəti aşkar etməkdir.[1]
Görəsən ağıllı bir kəs öz vətəninə, suyuna, torpağına məhəbbət bəsləyib ehtiram qoymağı şirk hesab edirmi?!
Maraqlıdır ki, bütün vəhhabilər Həcərül-əsvədə ehtiram qoyub, onu öpürlər, biz isə onlara «bu daşdır, heç bir faydası yoxdur, bizim həyatımız və taleyimiz onun əlində deyildir!» - dedikdə onlar cavab verib deyirlər ki, Peyğəmbər onu öpmüşdür,[2] biz də ona tabe olaraq bu daşı öpürük!
Biz deyirik ki, məqsədiniz Peyğəmbər (səlləllahu əleyhi və alih) -in sizə şirkə düçar olmağa icazə verməsidirmi və bu hal istisna və bir növ caiz olan şirkdir, yoxsa öpmək onun şirk olmadığına dəlildir?! Burada sükut edərək heç bir cavab vermirlər.
Bundan əlavə, deyirik ki, sizin hamınız Qur`anın cildini öpür və bu işi də caiz hesab edirsiniz. Bir dəri parçasının nə qədər dəyəri vardır ki, onu öpürsünüz?! Deyirlər ki, bizim bu işdə məqsədimiz Qur`ana məhəbbət və ehtiram göstərməkdir!
Biz deyirik: Bu iş şirk deyildirmi?!
Deyirlər: Peyğəmbər səhabələri Qur`anı öpürdülər.[3]
Biz deyirik ki, o həzrət sizin müşrik olma­ğı­nı­za icazə veribdirmi? Halbuki, şirkin dəlili heç bir vəchlə təxsis oluna (müəyyən halların istis­na edilə) bilməz!
إِنَّ اللّهَ لاَ یَغْفِرُ أَن یُشْرَکَ بِهِ وَیَغْفِرُ مَا دُونَ ذَلِکَ لِمَن یَشَاء وَمَن یُشْرِکْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِیمًا
“Allah-taala heç vaxt şirki bağışlamır, ondan aşağı olan günahları isə istədiyi şəxslər üçün (la­yiq­li bildiyi halda) bağışlayır. Hər kəs Allaha şərik qərar versə, böyük bir günaha mürtəkib olmuşdur.”[4]
Şübhəsiz, şirkin batil olması qəti əqli hökm ilə sübuta yetmişdir, əqli hökmlərdə isə istisnaya yol verilmir.
Onlar burada da cavab verməyib sükut edirlər.
Qısa sözlə, onlar təzad və ziddiyyətlər dəryasında üzür, özləri də az-çox bilirlər, amma üzə gətirmirlər.
[1] Vəhhabiyyətin macəra dolu əqidə və tarixi barəsində yazılan aşağıdakı kitablara müraciət edə bilərsiniz: «Əl-islam fi qərnil-işrin», «Cəzirətul-ərəb fi qərnil-işrin, «Tarixul-Ərəbiyyətis-Səudiyyə», «Tarixun-Nəcd» (Alusi), «Kəşful-irtiyab», Tarixi vəhhabiyyun (Mərhum Fəqihi.)
[2] Bu proşuranı şərh edənlərdən biri Məhhəmməd ibni Saleh Əsimindir ki, o, nisbətən mö`tədil və savadlı olmuşdur, lakin çox təəssüflə, ya öz məqamını əldən vermək qorxusundan, yaxud da təqiyyə üzündən çalışmışdır ki, Məhəmməd ibni Əbdül Vəhhabın sözlərini (çox az hallar istisna olmaqla) yozsun. Bizim nəql etdiklərimiz də bu kitabın mətnindəndir. 
 

[1] «Səfinətul-bihar», vətən maddəsi.
İmam Əli (əleyhis-salam) nəql olunan hədisdə deyilir:
عُمِرَتِ الْبُلْدَانُ بِحُبِّ الْاَوْطَانِ
Ölkələr vətən məhəbbəti ilə abad olunmuşdur.
«Mizanul-hikmə», 4-cü cild səh. 3566. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in Məkkədən hicrəti ilə əlaqədar münasib bir hədis «Dürrul-mənsur» kitabından nəql olunmuşdur: 1-ci cild, səh. 300.
[2] «Səhihi Buxari», 2-ci cild, səh. 159.
[3] Küveytinin «Dairətul-məarif» kitabının (təqbil) maddəsində oxuyuruq: Hənbəlilərin və hənəfilərin arasında məşhur bir məsələdir ki, Qur`nı öpmək caizdir. Ömərdən nəql olunmuşdur ki, hər gün sübh Qur`anı öpürdü. Osmandan da nəql olunmuşdur ki, Qur`anı öpüb öz üzünə çəkirdi.
[4] «Nisa» surəsi, ayə:48.

2-ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİALLAH EVİNİN İDARƏÇİLƏRİNİN ƏSL VƏZİFƏLƏRİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma