Yuxarıda qeyd olunanlardan anlamaq olar ki, nə üçün taliban, əl-qaidə və sair təəssübkeş vəhhabilər dünyanın müxtəlif yerlərində müsəlmanların qanını asanlıqla tökür, onların mal-dövlətini qarət edirlər.
Talibanların Əfqanıstanda qırdıqları insanların əksəriyyəti (istər sünni, istərsə də şiə), eləcə də əl-qaidənin və vəhhabi təəssübkeşlərinin Pakistanda və İraqda terror nəticəsində öldürdükləri şəxslərin hamısı müsəlman idilər...
Bu qrupun bu qədər rəhmsiz, qansız olmasının əsl səbəbkarı kimdir? Cavab: Qeyri-vəhhabilərin hamısını müşrik sayan, onların mal-dövlətini, namusunu mübah hesab edənlərdir! Təəccüblü deyildir ki, bu məzhəb tərəfdarlarının axıtdığı qanlar, əsas e`tibarı ilə, müsəlman qanı, qarət olunan mal-dövlətin hamısı da müsəlman mal-dövləti olmuşdur.