İNSAN QANINA EHTİRAM

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin yeddinci səciyyəsi insanların canı və qanını möhtərəm saymalarıdır. Onlar heç vaxt nahaq qan tökməz və əllərini bu günaha batırmaz. Qurani-Kərimdə buyurulur:
وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ
“(Qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla (rəhman Allahın həqiqi bəndələri) Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürməzlər.”
Bu ayədə iki mühüm mətləb diqqəti cəlb edir:
1 Müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur:
Sual: Qeyri-müsəlmanın da qanı möhtərəmdirmi? Yaxud qeyri-müsəlmanlar arasında dindarla kafirin fərqi varmı?
Cavab: Məzmun etibarilə ayə mütləq şəkildə bəyan olunur və şəxslərin əqidə və ayininə toxunulmur. Bizim nəzərimizcə, bir qrup istisna olmaqla bütün kafirlərin qanı möhtərəmdir. “Fiqh” elmində qeyd olunduğu kimi, kafirlər dörd qrupa bölünür və onlardan üçünün qanı, malı və namusu möhtərəmdir. Həmin qruplar bunlardan ibarətdir:
1. “Zimmi” kafir: İslam ölkələrində müsəlmanlarla sülh şəraitində yaşayan və azlıq təşkil edən qeyri-müsəlmanlara deyilir. Onların canı, malı və namusu toxunulmazdır və bir çox hüquqları müsəlmanlarla bərabərdir. Onlar da cəmiyyətin bir üzvü kimi yaşadığı İslam ölkəsində vətəndaşlıq vəzifələrini yerinə yetirməli, hətta müharibə zamanı cəbhəyə qüvvə göndərməkdən imtina etməməlidirlər. Şübhəsiz, “zimmi kafir”in qanı və canı toxunulmazdır.
2. “Müahəd” kafir: Qeyri-İslam ölkələrində yaşayan və İslam ölkələri ilə siyasi, iqtisadi və ya mədəni əlaqələri olan kafirlərə “müahəd” deyilir. Hal-hazırda belə əhd-peymanlar səfirliklər vasitəsilə həyata keçir. Onların da qanı və canı toxunulmazdır və buna əks olan bir dəlil-sübut yoxdur.
3. “Mühadin” kafir: “Hüdnə” sözündən götürülmüş “mühadin” sözü “atəşkəs” mənasını verir. İslam ölkələri ilə heç bir rabitə və əlaqəsi olmayan və müharibə də aparmayan kafirlərə “mühadin” deyilir. Başqa sözlə, birinci və ikinci qrupdan olmayıb, nə bizim işimizə qarışır, nə də biz onlara mane oluruq. Qurani-Kərimin buyruğuna əsasən,  onların da qanı və canı möhtərəm və toxunulmazdır.
4. “Hərbi” kafir: Hər hansı yolla İslam ölkələri ilə döyüş aparanlara “hərbi” kafir deyilir və İslam baxımından belə kafirlərin qanı möhtərəm sayılmır. Necə ki, onlar da biz müsəlmanların qanını möhtərəm bilmirlər. Əlbəttə, İslamın müharibə prinsiplərinə əsasən, döyüş zamanı müsəlmanlar yalnız onların döyüşçülərinə hücum edə bilər, uşaq və qadınlara, qoca və xəstələrə toxuna bilməzlər.
Demək, ilk üç qrupun qanı və canı toxunulmaz, dördüncü qrupun qanı isə halaldır.
2. İslamda insanın dəyəri:
İslamda insana verilən dəyər barədə çox danışmaq olar, lakin kitabın həcmini nəzərə alaraq bir neçə məsələ ilə kifayətlənirik:
a) Adəmin yaranışı: İslam baxımından insanın əzəmətini açıqlayan ilk məsələ bəşərin atası həzrət Adəmin (ə) yaranışıdır. Bildiyimiz kimi, Adəmin (ə) vücudunun maddi hissəsini dəyərsiz palçıq, mənəvi hissəsini isə Allahın ruhu təşkil edir. Bəli, Allah-Taala insana ilahi, səmavi, yüksək ruh bağışlamışdır ki, elə buna görə də, digər varlıqlardan fərqlənir.
b) Mələklərin Adəmə (ə) səcdəsi: İblisdən başqa Allahın bütün “müqərrəb” (yaxın) mələkləri Adəmə (ə) səcdə etmişlər. İslam insanı mələklərin xüsusi ehtiramla səcdə qıldıqları ilahi ruhun sahibi, məxluqatın əşrəfi sandığı halda, insan hüquqlarından dəm vuranlar isə istənilən vaxt millət və ölkələri həmin bər-bəzəkli adlarla istismar edirlər.
c) Xilqətdə kamillik: Allah-Taala (Qurani-Kərimdə) “Təbarəkəllahu əhsənul-xaliqin” (Xilqətə ən gözəl surəti bəxş edən Allah çox ucadır!) – ibarəsini yalnız bir dəfə və o da insanın yaradılışından sonra işlədib. Bu tərifin yerin, göylərin, günəşin, ulduzların, ayın, kəhkəşanların və digər varlıqların xilqəti kənarında müstəsna yeri var. Allah tərəfindən Özü haqda deyilən bu tərif insanın yaradılanlar içərisində ən üstün məqama layiq olduğunu bildirir.
ç) Bütün varlıqlar insanın çevrəsində: Qurani-Kərimdə göstərilir ki, bütün varlıqlar insana ram edilib.
1. “Loğman” surəsinin 20-ci ayəsində buyurulur:
أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ
“Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətlərini sizə bol-bol bəxş etdiyini görmürsünüzmü?! İnsanların bəzisi elmi (və əqli dəlili), düz yol göstərən bir əsası və aydın bir (səmavi) kitabı olmadan Allah barəsində mücadilə və mübahisə edir.”
Bu ayə yerdə və göydəki dünyanın bütün varlıqların insana ram edildiyini göstərir.
2. Allah-Taala “İbrahim” surəsinin 32-33-cü ayələrində insana ram edilən bəzi varlıqların adını çəkərək buyurur:
وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ وَسَخَّرَ لَكُمُ الأَنْهَارَ. وَسَخَّر لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَآئِبَينَ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
“Onun iradəsi ilə dənizdə üzən gəmiləri sizə ram edib, axan çayları sizə ram edb, daim hərəkətdə olan günəş və ayı sizə ram edib. Gecə ilə gündüzü də sizə ram edib.”
Sual: Əgər gəmini düzəldən və onu sürən insanın özüdürsə, nə üçün Allah-Taala “Biz onu ram etdik!” – deyə buyurur?
Cavab: İnsanın hazırladığı bütün əşyaları, o cümlədən, gəmi və sairi təşkil edən ləvazimat və materiallar xilqətin bizə verilən töhfəsidir. Onları hər hansı hala və formaya salabilmə qabiliyyəti, bilik və sair istedadlar da bizə bəxş edilən məharətlərdir. İnsanın bacarığı daxilində təbiət və kainatda olan qanunauyğunluqları kəşf edərək əldə etdiyi nailiyyətləri yaradılış aləmində Xaliqin hikmət qələminin ssenarisi əsasında həyata keçir və buna Qurani-Kərimin dilində ram deyilir. Odur ki, bütün varlıqlar, o cümlədən, ayədə adı çəkilənlər insanın həyatı, asayişi və təkamülü prosesinin ayrı-ayrı komponentləridir. Bir sözlə, məxluqatın insana görə yaranması, ona ram edilməsi kimi anlayışlar daha dərin məna kəsb edir.
Sual: Xilqətdə tövhid anlayışı səbəb-nəticə qanunu ilə necə uzlaşır? Əgər varlıq aləmində Allahdan başqa təsir qüvvəsi yoxdursa, onda, varlıqlar arasındakı rabitə, təsir və əks-təsiri necə başa düşməliyik? Səbəb-nəticə qanunu tövhidə xələl gətirmirmi?
Cavab: Tövhid, onun dərəcələri və aləmdə vahid qüvvənin müstəqilliyi anlamı kimi bəhslər İslam fəlsəfəsinin ən dərin kateqoriyasını təşkil edir. Odur ki, səbəb-nəticə qanunu ilə də bağlı müxtəlif nəzəriyyələr mövcuddur:
1. Varlıq aləmində səbəb-nəticə prinsipi müstəqildir; yəni aləm Allah-Taala tərəfindən yaradılandan sonra tam özbaşına həyat sürür və bir növ avtomatik mexanizmə malikdir. Demək, odun yandırması, günəşin işıqlandırması, yaxud dərmanın şəfa verməsində heç kimin rolu yoxdur!
Bu təfəkkür tərzi “təfviz” əqidəsinə bənzədiyindən onun iradları da çoxdur.
2. Aləmdə səbəb-nəticə anlayışı məcazi məna daşıyır. Birincinə əks olaraq, bu nəzəriyyənin tərəfdarları Allahdan başqa heç bir məxluqu təsirəmalik bilmirlər! Onların əqidəsinə əsasən, odun yandırması, suyun söndürməsi, dərmanın sağaltması və s. birbaşa Allahın iradəsi nəticəsindəri.
İslam tarixində bu nəzəriyyəyə oxşar fakir cərəyanları çoxşaxəli olub, aralarında azğın firqələrə də rast gəlindiyindən hamısını birgə cavablandırmaq çətin məsələdir. Hələ çoxları da Quran ayələrinə əsaslandığından hər birini qane etmək üçün geniş səviyyədə elmi-fəlsəfi fakir mübadiləsinə ehtiyac vardır.
3. “Səbəblər təsirəmalik olsa da, müstəqil deyildir” nəzəriyyəsi verilən iki nəzəriyyə arasındakı “orta mövqe” tərəfdarlarının fikridir. Səbəblərin təsiri Allahın iradəsindən asılıdır. Buna əsasən, od yandırıb, su söndürüb, yaxud dərman şəfa verirsə, bu qabiliyyətlər onlara verilən qüvvə nəticəsindədir. Məsələn, “Ali-İmran” surəsinin 49-cu ayəsində həzrət İsanın (ə) dili ilə belə buyurulur:
أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
“Mənim Rəbbiniz tərəfindən əlimdə nişanə var: (məsələn,) mən sizin üçün gildən quş surətində bir şey düzəldir, sonra ona üfürməklə Allahın izni ilə quş olur; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldır, ölüləri dirildirəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verirəm. Həqiqətən, əgər mömin olsanız, sizə bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də, mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır.”
Bu nəzəriyyənin tərəfdarlarının da əsaslandığı ayə və hədislər çoxdur. Bütün cərəyanlar arasında bu nəzəriyyə daha çox qənaətbəxş olduğundan onu müsbət fikirlərin qovşağı saymaq olar.
Demək, “xilqətdə tövhid” anlayışı səbəb-təsir qanunauyğunluğuna əsla zidd çıxmır və onlar Allahın iradəsi ilə qeyri-müstəqil şəkildə qüvvəyə minirlər.
d) İnsan Allahın xəlifəsi: Quran insanı yer üzündə Allahın canişin və xəlifəsi sanır. Görəsən, bundan da böyük məqam təsəvvür olunurmu? Hətta Allah-Taalanın ən yaxın mələkləri belə, belə məqama malik deyillər! Onun yalnız insana verilməsi Allah dərgahındakı son dərəcə böyüklüyündən irəli gəlir.
e) Adəm mələklərin müəllimi: Qurani-Kərimə əsasən, həzrət Adəmin (ə) xilqəti zamanı mələklər arasında yaranan şübhəni aradan qaldıran elə onun özü olur və onlara bir sıra sirləri öyrətməklə müəllim adını qazanır.
Həqiqətdə, insanı olduğu kimi qiymətləndirən İslamdır! İnsana öz qiymətli vücudunu ucuz satmaq, şəxsiyyətini ötəri ehtiraslarla, mal-dövlət və vəzifə ilə dəyişmək yaraşmaz! Bunu alış-veriş zamanı satdığı malın qiymətini bilməyənlər edir. Həqiqi insanşünas imam Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuz satmayın!”  Yəni insanın qiyməti dünyada olan hər bir şeydən üstündür. İslam və Quran baxımından insanın dəyəri budur! Lakin İslam çərçivəsində haqlı olaraq bir qatil və cinayətkar edam olunduqda, dünya vurğunları, hamını insan hüquqları altında ram etmək istəyən riyakarlar, bəşəriyyətin azğın düşmənlərinin səsləri bütün dünyanı bürüyür, onun hər bir guşəsində törətdikləri faciəli cinayətlərə elə gözəl beynəlxalq don geyindirirlər ki, hamı mat qalır!...

 . “Furqan” surəsi, ayə 68.
 . “Mümtəhinə” surəsi, ayə 8; “Nisa” surəsi, ayə 90.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma