MƏSUMLARIN KƏLAMLARINDA MÜLAYİM RƏFTAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İlahi bəndələrin səciyyələri
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsanların ən ağıllısı camaatla ən yaxşı rəftar edənidir.”
Bu müasir dövrümüzdə belə insanlar sadə bir sözə, yaxud kiçik bir hadisəyə görə tez narahat olur, dərhal əsəbiləşir, necə deyərlər, özlərindən çıxır və başqaları ilə təmkinlə davrana bilmirlər. İslam göstəriş verir ki, ağıllı müsəlman camaatla gözəl davranmalıdır. Rəftarın yaxşısı ağılın üstünlüyünə dəlalət edir.
2. Başqa bir hədisdə buyurmuşdur: “Biz peyğəmbərlər vacibləri yerinə yetirməyə məmur olunduğumuz kimi, insanlarla yaxşı rəftar etməyə də məmur olunmuşuq.”
“Yaxşı rəftar”ın “vacib əməllər”lə yanaşı qeyd edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki peyğəmbərlər, imamlar, alimlər, tərbiyəçilər, müəllimlər, bir sözlə, təlim-tərbiyə sahəsində fəaliyyət göstərənlər yaxşı rəftarsız vəzifələrini layiqincə yerinə yetirə bilməzlər.
3. O həzrət daha başqa bir hədisdə buyurmuşdur: “Camaatla gözəl rəftar imanın yarısıdır.”
İman yalnız namaz, oruc, həcc, zəkat və bu kimi əməllərlə yekunlaşmır və xoşəxlaqlı olmaq və camaatla mehriban davranmaq da ondan ayrı deyil.
Təəssüflər olsun ki, bəzən vacib əməllərini vaxtlı-vaxtında yerinə yetirənlərin arasında hövsələsizlərinə, camaatla birgə keçinə bilməyənlərinə, kiçik bir hadisə ilə tez narahat olub əsəbiləşən, özlərindən çıxanlara rast gəlinir. Bilməliyik ki, əksər qalmaqallar və çəkişmələr xoşəxlaqlılıq və mehriban rəftarın tərki nəticəsində baş verir. Hədislərin birində belə deyilir: “(Bəzən) müharibələrin mənşəyi bir şillədir.”
Bəzən, əsəbi halda biri başqasına bir şillə vurduqda, qarşı tərəf özündən çıxaraq ikisini qaytarır və beləcə, ixtilaf yaranır, qısa müddət ərzində iki tayfa arasında münaqişə baş qaldırır. Halbuki elə əvvəldən azacıq mülayimliklə, qəzəbi udmaqla və məsələnin üstündən alicənablıqla keçməklə dava-dalaşdan uzaq qalmaq olardı!

 . “Təfsiri-nümunə”, 7-ci cild, səh.64.
 . “Səfinətül-bihar”, 3-cü cild, səh.30.
 . “Səfinətül-bihar”, 3-cü cild, səh.31.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma