SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Küfr ölkələrinə mühacirətlə bağlı ərlə arvadın ixtilafı [Ətraf mühit]

QuestionQadın öz ərinin kafir ölkələrə getməklə bağlı sözünə baxmaya bilərmi?
Answer: Əgər ora getmək dininə, etiqadına və əxlaqına ziyan vuracaqsa, onun sözünə baxmamaq (onunla müxalifət etmək) caizdir.

Dini təbliğatçının küfr ölkələrinə səfəri [Ətraf mühit]

QuestionDin təbliğatçısı öz həyat yoldaşı və övladlarının dininin zəifləyəcəyinə ehtimal edirsə, təbliğ üçün küfr ölkələrinə səfər edə bilərmi?
Answer: Sadəcə ehtimal etmək kifayət deyil, ehtimal güclü olmalıdır. İslam təbliğinə aid olan belə məsələlərdə vasvasılığa yol verilməməlidir.

Kəbin oxunmadan nişanlı ilə cinsi əlaqə [Zinanın cəzası]

QuestionŞərət yolu ilə nikah (kəbin) oxunmazdan öncə nişanlı ilə arxadan yaxınlıq etməyin hökmü nədir?
Answer: Əgər düxul (dəllək kəsən yerə qədər daxil olma) gerçəkləşərsə, onun haqqında zina cəsazı tətbiq olunmalıdır.

Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək

QuestionBir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?
Answer: Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.

Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək [İnsanın zövcəsi ilə zina edəni öldürmək]

QuestionBir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?
Answer: Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.

Daimi nikahdan sonra qızın zinası [Zina]

QuestionBir qız bir oğlanla ailə həyatı qurub. Onların arasında daimi nikah siğəsi oxunsa da toy mərasimləri hələ təşkil olunmayıb. Əgər qız atasının evində zina etsə, bu zina möhsinədir, yoxsa qeyri-möhsinə?
Answer: Möhsinə zina deyil.

Zinanı sübut etmək üçün tibbi ekspertizanın rəyi [Zina]

QuestionŞəriət hakimi zinanı və yaxud livatı sübuta yetirmək üçün ekspert həkimin verdiyi qərara əsaslana bilərmi? Yəni, dəqiq elmi analiz üçün müttəhimləri ekspert həkimin müayinəsinə göndərə bilər, yoxsa belə hallarda cəzanı tətbiq etmək üçün dəlilləri şəxsən özünün görməsi lazımdır?
Answer: Ekspertizanın qərarı təklikdə kifayət deyil.

Daimi nikahdan sonra zina [Zina]

QuestionBir qızla bir oğlan zina etmişlər. Oğlan bu əməldən sonra başqa bir qızla evlənmişdir. Amma evləndikdən sonra da bu əməli (zinanı) həmin qızla təkrar etmişdir. Oğlanın ikinci qızla evlənəndən sonra etdiyi bu zina, möhsinə zina sayılırmı?
Answer: Evlənəndən sonra əlaqədə olmuşdursa və bu əməli birinci qızla davam edirsə, möhsinə zina sayılır.

Möhsünə zinasının cəzası [Zinanın cəzası]

QuestionMöhsinə zinanın cəzası nədir?
Answer: Möhsinə zinanın cəzası daşqalaqdır. Lakin bu iş böyük fəsadlara gətirib çıxararsa, edamı başqa metodla da həyata keçirmək olar. İqrar halında hufeyrədən (daşqalaq çalasından) qaçmaq hökmünə oxşar hökm burada da icra olunur.

Zina cəzasının icra olunduğu yer [Zinanın cəzası]

QuestionZinanın cəzası bu əməl baş verən yerdə tətbiq olunmalıdır, yoxsa onu başqa yerdə də tətbiq etmək olar?
Answer: Zinanın cəzasında məkan şərt deyil.

Zina edən kişi və qadını sürgün etmək [Cəzaların müxtəlif məsələləri]

QuestionZinakar qız və oğlanın öz yaşadıqları məkana qayıtması oranın əhalisi arasında fəsad və mübahisəyə səbəb olarsa, onları başqa bir yerə sürgün etmək olarmı?
Answer: Onların öz məntəqəsində qalmaları fəsada səbəb olacaqsa, digər məntəqələrə göndərmək olar.

Toydan öncə baş vermiş zinanın cəzası [Zinanın cəzası]

QuestionƏgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?
Answer: Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.

İki nəfərin bir yorğan altında yatması [Təzirlər]

QuestionHədislərin birində deyilir ki, əgər iki kişi, yaxud bir qadınla bir kişi bir yorğan altında görünsələr, cəzalandırılmalıdır. Sual budur: Bu iş öz-özlüyündə onların pis (əxlaqsız) fikirdə olduqlarına sübutdurmu? Bu işə cəza düşürmü? Yoxsa onların pis fikirdə olmaları sübuta yetməlidir?
Answer: Onların pis (əxlaqsız) fikirdə olmalarına əmin olmaq lazımdır.

Kişini zinaya məcbur edən qadın [Zinanın cəzası]

QuestionƏgər bir qadın silahla və ya başqa formada bir kişini qorxudaraq onu özü ilə zina etməyə məcbur etsə, əks təqdirdə başına bəla gətirəcəyi ilə hədələsə, kişi də istəmədiyi bir halda bu işə məcbur olsa, bu vəziyyətdə “mükrəh” (məcbur edilmiş şəxs) hökmü qüvvədədirmi?
Answer: Sualda fərz olunanları nəzərə alsaq, cəzası edam olan məcburi zina və ya təcavüz hökmü qadın barəsində icra olunmayacaqdır. Yalnız hədd cəzası vardır. (Ayrı-ayrı hallarda daşqalaq və ya şallaq.)

Zina edən kişi ilə qadın bir-biri ilə evlənərsə, zinanın cəzası [Zinanın cəzası]

Question1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?
Answer: 1) Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 2) Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.

Zina edənin məhkəməyə etiraf üçün çağırılması [Qəzavət]

QuestionXahiş edirik, aşağıdakı suallara cavab verəsiniz: 1) Zina etməkdə müttəhim olunan kişini etiraf etmək üçün məhkəməyə gətirmək caizdirmi? 2) Caiz olduğu təqdirdə, qazi müttəhimə onun günahının nədən ibarət olduğunu başa sala bilərmi? 3) İkinci sualda deyilənlərin caiz olduğu və müttəhimin qəbul etdiyi təqdirdə izah edilmiş ittihamı qəbul etmək iqrar sayılır, yoxsa iqrar etməlidir? Öz əməlini aydın şəkildə boynuna almaq hökmdə əsas sayılırmı? Bir dəfə iqrar etdiyi təqdirdə sualın dəfələrlə və ya müxtəlif iclaslarda təkrarı vacib və ya caizdirmi?
Answer: 1) Zinada müttəhim olunan şəxsi məhkəməyə çağırmaq olmaz. Amma şahidlər öncə gedib şəhadət versələr və ya zina zorakılıqla baş verərsə və zinaya məruz qalmış qadın şikayət edərsə və yaxud da müttəhim məsələn, naməhrəm qadınla xəlvətdə bir yerdə olmaq kimi digər cinayətlər etmişdirsə, bu işlərə görə məsuliyyətə cəlb oluna (məhkəməyə çağırıla) bilər. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) İqrar aydın şəkildə olmalıdır. Qazının iqrar almaq üçün israr etməsinin heç bir əsası yoxdur. 4) Sükutla heç nə sübuta yetmir. Belə yerdə inkar lazım deyil əksinə iqrarın təsiri var.

Evli şəxsin zina məqsədi ilə səfər etməsi [Zinanın cəzası]

QuestionÖz vətənində evli olan kişi və ya qadın zina etmək üçün şəri məsafədən uzaq olan başqa bir şəhərə səfər edir. O şəhərdə – nəuzu billah – zinaya batır. Onun cəzası möhsinə zinasının cəzasıdırmi?
Answer: Əgər həyat yoldaşından nəzərə çarpacaq qədər çox uzaqlaşmışdırsa, və “yəğdu və yəruh”– un nümunəsi deyilsə, yəni həyat yoldaşı praktik olaraq onun yanında və ixtiyarında deyilsə, möhsinə zina sayılmır.

Qəyyumun razılığı cəzanın icrasına təsir etmir [Zinanın cəzası]

QuestionƏgər həddi-buluğa çatmış qardaş öz həddi-buluğa çatmış bacısı ilə (nəuzu billah) zina edərsə, onların hər ikisi edama məhkumdurlarmı? Habelə, əgər qanuni yaşa (18 yaş) çatmış qardaş yetkin olan və yetkin olmayan (18 yaşa çatmamış) bacısı ilə zina edərsə, qızın qəyyumunun və ya vəlisinin razılıq verməsi (şikayəti geri götürməsi) zina edənin edamının qarşısını alırmı?
Answer: Zina edən oğlan və qız şəri baxımdan həddi-buluğa çatmışlarsa, hökm (cəza) onların barəsində icra olunmalıdır. İstər qəyyum razı olsun, istərsə də olmasın. Bu şərtlə ki, cinayət şəri hakim üçün kafi dəlillərlə sübuta yetmiş olsun.

Süd bacısı və ya qayınana ilə zina etmək [Zinanın cəzası]

QuestionSüd bacısı ilə, yaxud da qayınana ilə zina etmək cəza baxımından doğma ana və bacı ilə zina etmək kimidirmi?
Answer: Bu ikisi ilə zina etmək nəsəbi məhrəmlə zina etmək hökmündə deyildir. Lakin zinanın cəzası qüvvədədir.

Zinanın haramlığının zati və yaxud ərəzi olması [Zina]

QuestionZinanın haramlığı zatidir yoxsa ərəzi?
Answer: Əgər “zati” dedikdə məqsədiniz zinanın haramlığının onun ziyanlı nəticələri ilə heç bir əlaqəsi olmamağıdırsa, (yəni zina ziyanlı nəticə versə də, verməsə də haramdır) cavab budur ki, bəli, zinanın haramlığı zatidir.

Livatda evlilik [Livat]

QuestionLivat edən şəxsin (cəzalandırılmasında) evli (cinsi yaxınlıq üçün imkanlı) olmasını şərt bilirsinizmi?
Answer: Livatda evli və subay arasında fərq yoxdur.

Edamın növünü dəyişdirmək [Zinanın cəzası]

QuestionLivat ittihamı ilə fiqhdə mövcud məşhur cəzalardan birinə məhkum olunmuş şəxsi dar ağacından asmaqla və ya odlu silahla vurmaqla edam etmək olarmı?
Answer: Məsləhət tələb edən yerlərdə edam növünün dəyişdirilməsinin maneəsi yoxdur.

Qəzf halları [Əxlaqsızlıq böhtanı]

QuestionBir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı? 2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır? 3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?
Answer: 1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

Küfr və mürtədlik ittihamı [Təzirlər]

QuestionBir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı? 2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır? 3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?
Answer: 1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

Cəzanın böhtan atan şəxin həyatı üçün təhlükəli olması [Böhtan atmağın cəzası]

Question75 yaşlı qadın qəzf cəzasına məhkum edilmişdir. Lakin ekspert həkimin qənaətinə görə qadın xəstədir və ona şallaq vurmaq (sağlamlığı üçün) təhlükəlidir. Ziğs (80 çubuğu dəstə şəklində vurmaq) və yaxud xəstə sağalana qədər gözləmək qəzf cəzasında da mövcuddurmu? Əgər xəstə heç vaxt sağalmasa, vəzifə nədir?
Answer: Əgər cəzanın tətbiq edilməsində təhlükə yaranarsa, cəza icra olunmamalı və təhlükə aradan qalxana qədər təxirə salınmalıdır. Əgər xəstənin sağalmasına ümid yoxdursa, ziğsdən istifadə olunmalıdır.

Peyğəmbərə həqarət edən müsəlman [Mürtəd]

QuestionMüsəlman bir şəxs əsəbiləşərkən dəfələrlə peyğəmbər-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və məsum imamlara (əleyhimus-səlam) təhqiramiz sözlər demişdir. Halbuki, öz gümanına görə Həzrət Əbülfəzə (səlamullah əleyh) etiqad və məhəbbət bəsləyir. Onun həyat yoldaşının, övladlarının və qohumlarının vəzifələrini bəyan edin.
Answer: Əgər onun halı adi haldırsa (anormal adam deyilsə), İslamdan çıxmışdır. Həyat yoldaşı ondan ayrılmalıdır. Amma əgər təbii haldan çıxmışdırsa və yaxud təbii haldan çıxıb-çıxmamağı şübhəlidirsə, İslam dinində qalır. Birinci surətdə tövbə etsə və keçmiş arvadı yenidən onun əqdinə keçsə, nikahları səhihdir.

Başqalarına söyməyin cəzası [Böhtan atmağın cəzası]

QuestionArvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Answer: Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.

Şərab içənin cəzası [Spirtli içkilər (nəcislər)]

QuestionŞərab içən adamı lənətləmək caizdirmi? Onun cəzası nədir?
Answer: Aşkarda şərab içən şəxsi lənətləmək caizdir. Onun cəzası 80 şallaqdır.

Oğrunun kəsilmiş əlini yerinə tikmək [Oğurluğun cəzası]

QuestionOğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?
Answer: Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir: وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينه Bu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir: عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته (“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)
TotalPages : 52