15- Peyğəmbərlər Allahın itaətkar bəndələridirlər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
14-Ənbiya (ə) həyatları boyu məsumdurlar16-Möcüzələr və elmi-qeybə olan agahlıq


İlahi peyğəmbərlərin ən böyük iftixarı, onların Allah-təalaya itaətkar, müti bir bəndə olmalarıdır. Elə bu səbəbdən də, hər gün öz namazlarımızda İslam peyğəmbərinə xitab olaraq, belə söyləyirik: “Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və elçisidir!”[3] Biz etidaq bəsləyirik ki, ilahi peyğəmbərlərdən heç biri Allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət etməyə çağırmamışdır. Qur`ani-kərim buyurur: “Heç bir bəşər övladına layiq deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verəndən sonra desin: “Allahın bəndələri deyil, mənim bəndələrim olun! (Mənə ibadət edin)” Halbuki, peyğəmbərlər Allahın kitabı Qur`andan öyrəndiyiniz və ondan oxuduğunuz kimi; “Yalnız Allaha pərəstiş edin!” deyirlər. (Ali-İmran, 79)
Hətta həzrət İsa (ə) da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır. Nisa surəsinin 172-ci ayəsində buyurulur: “Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də, Allah bəndəsi olmaqdan imtina etmirlər.”
Hazırkı xristianlığın tarixinə nəzər salsaq, “Təslis-müqəddəs üçlük əqiqəsi”nin[4] birinci əsrdə mövcud olmadığını, sonradan uydurularaq meydana gəldiyini görərik.

14-Ənbiya (ə) həyatları boyu məsumdurlar16-Möcüzələr və elmi-qeybə olan agahlıq
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma