Ayaqyolunda bəyənilən (müstəhəb) və bəyənilməyən (məkruh) əməllər

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Şəriət hökmlərinin izahı
İstibra (sidik kanalının şər’i qaydada təmizlənməsi) Murdar şeylər

 


Məsələ 84:
İnsanın sidiyə gedərkən və ya bayıra çıxarkən kimsə tərəfindən qətiyyən görünməyən bir yerdə oturması müstəhəbdir. Sidiyə gedərkən və ya bayıra çıxarkən başı örtmək müstəhəbdir.


Məsələ 85: Sidiyə gedərkən və ya bayıra çıxarkən aşağıdakı hallar bəyənilmir (məkruhdur):
1. Meyvə ağaclarının altında oturmaq;
2. İnsanların gediş-gəliş məhəllində oturmaq (kimsə görməsə belə);
3. Evlərin ətrafında oturmaq;
4. Günəş və ayla üzbəüz oturmaq (ayıb yerini örtsə məruh deyil);
5. Çox oturmaq;
6. Zərurət olmadığı halda danışmaq (amma bütün hallarda Allah zikri yaxşı sayılır) ;
7. Ayaq üstə sidiyə getmək;
8. Suya, xüsusilə hərəkətsiz suya sidiyə getmək;
9. Heyvanların yuvasına sidiyə getmək;
10. Sidiyi sıçradacaq bərk yerə və külək qarşısında sidiyə getmək.


Məsələ 86:
Sidiyə getmək və bayıra çıxmaq lazım gəldikdə bunun qarşısını almaq bəyənilmir. Bu işin zərəri olsa, insan üçün nöqsanı var.


Məsələ 87: Yuxudan və namazdan qabaq, sperma xaric olduqdan sonra sidiyə getmək bəyənilən işdir.

İstibra (sidik kanalının şər’i qaydada təmizlənməsi) Murdar şeylər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma