Allahın köməyi ilə, bu il İmam Hüseyn (əleyhis-salam) üçün qurulan məclislər və təşkil olunan dini heyətlər həmişəkindən daha fəal olsunlar və bu ayinlərə ehtiram göstərməklə düşmənin müxtəlif fitnələrini dəf etsinlər... İnşallah!
Beytullahil-haramın hacılarına aid şəri məsələləri həll etmək və şəri suallara cavab vermək üçün bu gün səhər müqəddəs Mədinə şəhərində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanası öz işinə başladı.
Quranın düşmənləri bilsinlər ki, öz bu çirkin əməlləri ilə Qurani-kərimin əzəmətindən nəyisə azalda bilməzlər, əksinə bu əməllə öz vəhşiliklərini sübut etmiş olurlar.
Təbii fəlakətdən zərər çəkmiş Pakistan xalqının köməyinə tələsmək və bu ölkədə olan qardaş və bacılara yardım göstərmək bütün dünya müsəlmanlarının və azad fikirli insanların borcudur.
İlahi ziyafət olan bu ayın yetişməsi səbəb olur ki, hamı tövbə suyu ilə ürək və canlarını yusun, təqva və pəhrizkarlıq libası geysin və özlərini gözəl davranış və əxlaqla bəzəsinlər.
Əhli-beyt (əleyhimus-səlam) məzhəbinin və haqq maarifin yayılması istiqamətində və müxtəlif ölkələrdən böyük ehtiyac duyulduğunu göstərən çoxsaylı xahişlərə cavab olaraq, həzrət ustadın dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə start verdi.