Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət tə’siridir!