SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN (s) GECƏ DƏFN OLUNMASI İLƏ BAĞLI VƏSİYYƏTİNƏ ETİRAZI

Question İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?
AnswerSmall:

İbn Teymiyyə yazır ki, Hillinin nəqlinə görə Fatimə vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və heç kəs ona namaz qılmasın. Bu məsələni heç kəs Fatimədən nəql etməyib və cahil insanlardan başqa heç kəs ona istinad etməyib. O, Fatimənin adından əsla ona layiq olmayan sözlər yazır. Lakin bu məsələ əhli-sünnə kitablarında öz əksini tapıb. Buxarı nəql edir: “Fatimə Əbubəkrdən incidi və ömrünün sonunadək onunla danışmadı.” Müslim də nəql edir: “Əli (ə) Həzrət Fatimənin (s) ölümü ilə bağlı Əbubəkrə heç nə demədi və özü ona cənazə namazı qıldı.”

 

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZI

Question İbn Teymiyyənin Həzrət Zəhranın (s) Əbubəkrdən küsməsinə etirazı nə dərəcədə doğrudur?
AnswerSmall:

İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Lakin diqqət etmək lazımdır ki, bir çox əhli-sünnə kitablarına görə məsum insandır və onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir.

PEYĞƏMBƏRİN QIZI GECƏ DƏFN OLUNDU

Question Həzrət Zəhra (ə) nə üçün gecə dəfn olundu?
AnswerSmall:

Həzrət Fatimənin (s) gecə dəfni ilə bağlı əhli-sünnət hədislərində və imamiyyə hədislərində sitatlar var. Mərhum Şeyx Səduqun “İləluş-şəraye” kitabında, eləcə də Məhəmməd ibn İsmayıl Buxari,  İbn Quteybə Deynəvəri, Əbdürrəzzaq Sənani, İbn Bəttal və İbn Əbul-hədid kimi məşhur hədisçilərin kitablarında bu hadisə öz əksini tapıb.

 

“Cin” surəsində Qiyamətin baş vermə tarixi

Question Qiyamət günü nə vaxt baş verəcək?
AnswerSmall:

Quran ayəsindən və hədislərdən məlum olur ki, bu barədə məlumat Allahın pak zatına məxsusdur. Hətta peyğəmbər belə onun vaxtından xəbər verə bilməz. Allah bunun kamil bir imtahan olması üçün bəndələrdən gizli qalmasını istəmişdir. Çünki, insanlar Qiyamətin nə qədər yaxın və ya uzaq olduğunu bilsələr, hər halda imtahanın təsiri azalacaq.

 

Qiyamətin xüsusiyyətləri

Question Dünya həyatının necəlik baxımından axirət aləmi ilə nə kimi fərqləri var?
AnswerSmall:

İki dünya arasında həm keyfiyyət və həm də kəmiyyət baxımından böyük fərqlər olmasına dair əlimizdə çoxlu dəlillər vardır. Aydın şəkildə bəzi ayə və hədislərdə orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta insanın zehnindən belə keçməyən nemətlərin olacağından xəbər verilir.

 

Qiyamət günü müşrik məbudlarının onlarla rəftarı

Question Müşriklərin məbudlarının onlarla davranışı necə olacaq?
AnswerSmall:

Qiyamət günü məbudlar onlara ibadət edənlərin ibadətlərini inkar edəcək, onlara nifrətlərini göstərəcək və əleyhdarları olacaqlar. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə bu məsələyə belə aydınlıq gətirilir: “İbadət (yalnız) rüku və səcdələrdən ibarət deyil. İbadətin həqiqəti bir şeyə itaət etməkdir. Hər kəs Allahın günah buyurduğu işlərdə məxluqa itaət edərsə, həqiqətdə ona pərəstiş etmişdir.”

Ölüm ayağında iman gətirmək və saleh əməllər görmək

Question Ölüm ayağında iman gətirmək və yaxşı işlər görmək qəbul olunarmı?
AnswerSmall:

Ayələrə görə o gün nəinki, iman gətirmək mənasızdır, eləcə də iman gətirib saleh əməllər görməyən şəxslərin, həmin gün saleh əməllər görməsi də faydasızdır. Çünki oraya hakim vəziyyətin təsiri altında hamı qeyri-ixtiyari olaraq günah işlərdən çəkinir, məcburi olaraq saleh işlərə üz gətirir.

 

Qiyamət günü əməlləri gözlə görmək

Question Qiyamət günü əməlləri gözlə görmək nə deməkdir?
AnswerSmall:

“Əməllərin göstərilməsi” ayələri üçün müxtəlif təfsirlər var. Onların zahiri mənası Qiyamət günü yaxşı və pis əməllərin təcəssümü və əməlin özünü görmək məsələsinə yeni bir təkiddir. Hətta əgər zərrə qədər yaxşı və ya pis əməl olsa, sahibinin qarşısında maddi formada təzahür edəcək və sahibi onu görəcəkdir.

 

Günahkarları cəzalandırılma səbəbləri

Question Allahın hər şeydən ehtiyacsız, heç bir gücə tabe olmadığı halda niyə günahkarları cəhənnəmə atır? Bu işdə hədəf nədir?
AnswerSmall:

Bəşərin dünyadakı əməllərinin bir sıra qaçılmaz və ayrılmaz təsirləri vardır. Cəza və mükafatlar bizim əməllərimizin yaratdığı nəticə, rəftarlarımızdan doğan bilavasitə təsirlərdir. Bu üzdən gileylənib etiraz etməyə heç bir haqqımız yoxdur. İkincisi, Qiyamət gününün mükafat və cəzaları səmavi qanunların icrasını gerçəkləşdirir. Allah-Taala öz qəti və dəyişməz vədləri ilə bəndələrini yaxşı və xeyirxah işlərə dəvət edir, onları pis işlərdən çəkindirir. Burada pozuntu və ləğv ehtimalı olarsa, öz tərbiyəvi təsirini tamamilə itirər.

Cəhənnəm odu

Question Cəhənnəm odu necədir?
AnswerSmall:

Qiyaməti təkzib edənlər üçün hazırlanmış od Quran ayələrdə belə öz əksini tapıb:

1. Ayədə onların cəhənnəm odunu uzaqdan görəcəkləri qeyd edilmir. Əksinə atəşin onları uzaqdan görəcəyi qeyd olunur. Sanki odun gözü, qulağı var, gözləri yoldadır və günahkarın gəlişini gözləyir.
2. Həyəcana gəlmək üçün onların oda yaxınlaşmasına ehtiyac yoxdur. Od uzaq məsafədən – bəzi hədislərdə deyildiyi kimi bir illik məsafədən nərə çəkər.
3. Bu yandıran oda “təğəyyüz” (qəzəb) də deyilir. Bu söz insanın qəzəblə nərə və fəryad çəkdiyi halına deyilir.
4. Ayədə cəhənnəm atəşinin “zəfiri” olmasından söz açılır. “Zəfir” insanın nəfəsini dərindən köksünə çəkdiyi və qabırğalarının yuxarı qalxdığı hala bənzəyir.

İlahi əzab və seyid günahkarlar

Question Peyğəmbərin (s) nəslindən olan günahkarlar ilahi əzabdan kənarda qalacaqlarmı?
AnswerSmall:

Hədislərin birində rəvayət olunur ki, Böyük Allah Həzrət Fatiməni və övladlarını Qiyamət günü cəhənnəm atəşindən saxlayacaq. Əgər bu hədisdə onların müxtəlif günahlara batdıqları halda, hətta kafir və müşrik olduqları halda Qiyamət günü ilahi əzabdan amanda qalacaqlarının nəzərdə tutulduğunu güman etsək, böyük səhvə yol vermişik. Bu tərzi-təfəkkür İslam dininin meyarlarına tamamilə ziddir.

Əzabın şiddəti

Question İlahi əzabın şiddəti Quran və hədislərdə necə təsvir olunur?
AnswerSmall:

Quran ayələrində həmin gün ilahi əzabın şiddəti iki qısa cümlə ilə ifadə olunur. Ayədə deyilir:

 “O gün pərvərdigar onu elə əzaba düçar edəcək ki, heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! Və heç kim Onun kimi zəncirləyə bilməz.”

Onun zəncir və bəndlərinin, əzab və cəzalarının misli bərabəri yoxdur. Çünki onlar bu dünyada Allahın məzlum bəndələrini bacardıqları qədər zəncirləyib çəkir, ən ağır işgəncələrə məruz qoyurdular.
 

Cəzanın ağırlığı

Question Cəhənnəm əzabı nə dərəcədə ağırdır?
AnswerSmall:

Quran ayəsindən aydın olur ki, haqq dəvəti müxalifətçilərinin və zülmkarların cəzası o qədər ağırdır ki, yer üzündə olan şeyləri hamısı və həmçinin onun misli onların olsa, hamısını özlərini xilas etmək üçün verməyə hazırdırlar.

İlahi əzabın mahiyyəti

Question Allah niyə insanları cəzalandırır?
AnswerSmall:

Sözsüz ki, təlim və tərbiyə üçün iki – həvəsləndirici və çəkindirici – amil olmalıdır.

Cənnət və cəhənnəm də həqiqətdə bu iki qüvvə hökmündədir. Cənnət haqq yolçularının özünə doğru səsləyir. Onları ibadət və itaətə sövq edir. Cəhənnəm onları düz yoldan azmaqdan, Allahın fərmanlarından boyun qaçırmaqdan saxlayır. Söz yox ki, onların hər ikisi zəruridir.
Əlbəttə, Allah-Taala mükafat və hərəkət verici qüvvəyə daha çox əhəmiyyət vermişdir. Belə ki, hər yaxşı iş üçün ən azı 10 bərabər mükafat verir. Amma pis işə görə bir dəfədən artıq cəzalandırmır.

Əbədi cəza

Question Məhdud günahın qarşılığında əbədi cəza necə ədalətli sayıla bilər?
AnswerSmall:

Zaman baxımından günahla cəza arasında heç bir mütənasiblik yoxdur. Əksinə, onlar keyfiyyət baxımından uyğun olmalıdır. Yəni, müddətinə görə cəza növü günahın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Məsələn, bir şəxs bir göz qırpımında bir insanı qətlə yetirə bilər. Belə bir şəxs bəzi ölkələrin qanunvericiliyinə görə ömürlük həbsə məhkumdur. Bu hadisədə günahın baş vermə müddətinin, yəni kəmiyyətinin bir neçə saniyəlik olduğunu görürük. Halbuki, onun cəzası bəzən 80 il həbslə yekunlaşa bilər.
 

Zəqqum

Question Zəqqum ağacı dedikdə nə nəzərdə tutulur?
AnswerSmall:

Bəzi təfsir alimlərinin nəzərinə əsasən, zəqqum Təhamə ərazisində bitən xırda yarpaqlı, acı və pis qoxulu bir bitkinin adıdır və müşriklər bu bitkini tanıyırdılar. Quran ayəsində deyilir ki, “O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.”
 

Mələklərin qınağı

Question Müşriklərin qarşılaşdığı ilk cəza nədir?
AnswerSmall:

Quran ayəsinə görə onlar ilk öncə canlarını almağa gələn mələklərin “haradadır Allahın yerinə pərəstiş etdikləriniz?” deyə suallarına tuş gələcəklər. İlk baxışda ayə mələklərlə kafirlərin sual-cavabından xəbər verir. Amma həqiqətdə bu onlar üçün mənəvi bir cəzadır.
 

Zəri

Question “Zəri” dedikdə nə nəzərdə tutulur?
AnswerSmall:

Zərinin həqiqəti barədə təfsir alimləri arasında müxtəlif fikirlər var. Bəzilərinə görə “zəri” yerə yapışan tikan növüdür. Lüğətçi Xəlil “zəri” barədə yazır: “Zəri dəniz dibində yetişən yaşıl və pis qoxulu yosundur.” Hədisdə isə deyilir: “Zəri cəhənnəm atəşində kol kimi bir şeydir.”

Allahın sükutu

Question Allahın susması günahkarlar üçün ağır əzabdır?
AnswerSmall:

Ayələrə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Çünki digər ayələrdən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir.

Böyük atəş

Question Böyük atəş nə deməkdir?
AnswerSmall:

Bəzi təfsirçilərə görə böyük atəş dedikdə cəhənnəmin ən aşağı mərtəbəsi, “əsfəlus-safilin” nəzərdə tutulur. Ora ən bədbəxt və ən inadkar insanların məkanıdır. Onların cəzaları ən ağır və ən dəhşətli əzab olmalıdır.

 

Pakların aqibəti

Question Qurani-kərim pak insanların Qiyamət günündəki taleyini necə bəyan edir?
AnswerSmall:

Qurani-Kərimin bir çox ayələrində pərhizkar insanların axirətdəki həyatı təsvirə çəkilir. Bəzi ayələrdə pərhizkarların daxil olacaqları əbədi cənnət bağlarından, orada ağacların altından axan çaylardan və orada onların istədikləri hər bir şeyin olmasından söhbət açılır. Digər ayədə bundan daha dolğun təsvirə rast gəlirik: “Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır.“

 

Şəfaətçilər

Question Qiyamət günü şəfaətçilər neçə qrupdur?
AnswerSmall:

Quran ayələrindən və çoxsaylı hədislərdən aydın olur ki, qiyamət günü şəfaət edənlər müxtəlif olacaqlar. Hədislərdə bu məsələyə geniş yer verilib. Sayca az olmayan bu hədislərə nəzər saldıqda şəfaətçilər arasında Məhəmməd peyğəmbəri (s), digər peyğəmbərləri, mələkləri, imamları və onların həqiqi davamçılarını, şəhidləri, alimləri, Quranı və ibadətləri onların arasında görə bilərik.

 

DİLİN ƏHƏMİYYƏTİ, QURAN AYƏLƏRİ VƏ HƏDİSLƏRDƏ ONUN İSLAHI

Question Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?
AnswerSmall:

Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.

 

İSLAM TƏLİMLƏRİNDƏ ELMİN ƏHƏMİYYƏTİ

Question İslam təlimlərində elmin nə kimi əhəmiyyəti vardır?
AnswerSmall:
İslam dini elmə, qələmə dəvətlə başladı. “Rəd” surəsində elmin nur olmasına işarə olunur, “Rum” surəsində isə varlığın sirlərinin dərki alimlərin xüsusiyyətlərindən sayılır. “Bəqərə” surəsində elm insanın digər varlıqlardan imtiyazı kimi göstərilir və buna görə də mələklərin səcdəsinə layiq görülür. Həmçinin, “Mucadilə” surəsinə əsasən, Allaha yaxınlıq dərəcələri bilik dərəcələri və elm təhsili istiqamətində davamlı təlaşla düz mütənasibdir.

TƏQLİD NÖVLƏRİ VƏ İSLAMIN TƏSDİQLƏDİYİ TƏQLİD

Question İslamın təqlid barədə nəzəri necədir?
AnswerSmall:
Başqasına tabe olmaq dörd haldan xaric deyil: cahilin alimə təqlidi, alimin alimə təqlidi, alimin cahilə təqlidi və cahilin cahilə təqlidi. Bunlardan yalnız birinci halın məntiqli və bəyənilən olması məlum məsələdir. Bir qayda olaraq, ixtisaslı məsələlərdə insanların həyat mehvərini belə ağlabatan və məntiqli tabeçiliklər təşkil edir.
Şəri hakimə təqlid və tabeçilik də bu qaydadan istisna deyil.

YUXUNUN REALLIQĞI VƏ GƏLƏÇƏK HADİSƏLƏRDƏ RABİTƏSİ

Question Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
AnswerSmall:
Yuxular bir neçə növ olur, yalnız bir hissəsi “gerçək yuxu” (doğru yuxu) adlanır, hansı ki bəzi gələcək həqiqətləri kəşf etmək üçün açardır. Bu iddianı Quran da təsdiq edir. Əlavə olaraq, təcrübə sayəsində bir çox nümunələri öz isbatını tapmışdır. Əlbəttə, yuxu özü-özlüyündə bilik qaynağı kimi təqdim edilə bilməz.

İSLAMİ HƏDİSLƏRDƏ ÖZÜNÜTANIMANIN TƏSİRLƏRİ

Question İslami hədislərə əsasən, insan şəxsiyyətinin kamilləşməsi və hidayətində özünütanımanın nə kimi təsirləri vardır?
AnswerSmall:
İslami hədislərdə  özünütanımanın bir çox müsbət təsirləri qeyd edilir, o cümlədən Əmirəl-möminin İmam Əli (ə) buyurur:
“Özünü tanıyıb dərk edən şəxs böyük səadət və hidayətə nail olmuşdur.”
“Həqiqi arif o kəsdir ki, özünü tanısın və (əsarət bağlarından) azad etsin, onu səadətdən uzaqlaşdıran amilllərdən təmizləsin.”
“Özünü tanıyan şəxs nəfsi ilə mübarizəyə qalxar, özünü tanımayan isə nəfsini boş buraxar.”

TÖVBƏNİN FAYDALARI VƏ MÜSBƏT TƏSİRLƏRİ

Question Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
AnswerSmall:

 Tövbənin bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də onlara geniş şəkildə işarə olunub. O cümlədən “Furqan” surəsinin 70-ci ayəsində buyurulur:
“Yalnız tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.
Bir hədisdə də deyilir ki, Allah-taala (həqiqi) tövbəkarlara üç dəyər verib. Hərgah onlardan birini bütün göy və yer sakinlərinə bağışlasa, onların qurtuluşuna yetər.