Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Bankdan pul (kredit) götürmək üçün yoxsullara yardım etmək şərti [Qərzul-həsənə (faizsiz borc)]

Sual : Ayrı-ayrı fərdlərə faizsiz borc verən xeyriyyə fondlarından biri, borc istəyənlərin sayının çox olmasını nəzərə almaqla (şəri cəhətdən maneəsi olmamaq şərti ilə) elan etmək fikrindədir ki, fondun xeyriyyə işləri üzrə bölməsinə (ki, yoxsul və ehtiyaclı şəxslərə əvəzsiz yardım göstərir) müəyyən məbləğdə köməklik göstərən şəxslər, növbədənkənar və daha münasib şəraitlə qərzül-həsənə (faizsiz) borcu ala biləcəklər. Bu məsələnin şəri baxımdan hökmü necədir?
Cavab: Eybi yoxdur.

Fondun pulundan icazəsiz istifadə etmək [Qərzul-həsənə (faizsiz borc)]

Sual : Xeyriyyə fondunun rəhbərləri fonda üzv olanlardan vəkalət almadan (üzvlər pulu fonda qərzül-həsənə adı ilə verirlər) orada olan pullarla işləyə bilərlərmi? Aşağıdakı iki halda şəriət hökmü necədir?
1) Əldə olunan gəlir, borc vermək və avadanlığın alınması daxil olmaqla müştərək şəkildə fondun xərclərinə sərf olunsun.
2) Əldə olunan gəlir işləyənlərə qalsın.
Cavab: İcazə almadan caiz deyil. Əgər hesab açmaq üçün qeyd olunan şərtlərdə xeyriyyə fondunda olan pulların bir qismindən gəlir götürüləcəyi və ondan fondun xeyrinə istifadə olunacağı bildirilmişdirsə, kifayətdir və camaatın razılıq verdiyi şəkildə əməl olunmalıdır.

Fond tərəfindən zəhmət haqqı almaq [Qərzul-həsənə (faizsiz borc)]

Sual : Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?
Cavab: Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.
Səhifə sayı : 1