SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Bankların şəri əqdlərinin xırdalıqları [Bank mənfəəti]

Questionİslam Respublikasında fəaliyyət göstərən banklar müzaribə, musaqat, müzariə, şirkət və cüalə kimi şəri ünvanlar altında öz müştəriləri ilə qarşılıqlı şəkildə müqavilə bağlayır və hər ay (avans olaraq) təxminən on dörd faiz və yaxud bundan çox və ya az müştərilərin istifadəsinə verir, müddətin sonunda isə hesabı qaydaya salırlar. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, adi camaat və müştərilər, adətən, blanklarda olan şərt və qeydləri mütaliə etmir və imzalamaqla kifayətlənirlər. Bununla da bütün şərt və qeydləri qəbul etməkdə öz razılıqlarını bildirirlər. Sual budur: şəri qanun-qaydalar, ünvan və xüsusiyyətlər barəsində məlumatı olmadan, sadəcə imza etmək və ya bütün şərtləri şifahi şəkildə qəbul etmək sözü gedən əqdlərin həyata keçməsinə və şəri baxımdan düzgün olmasına səbəb olurmu? Yoxsa banklar və ya əqd bağlayan şəxslər tərəfindən onları başa salmaq və izah etmək lazımdır? Əgər şəri baxımdan düzgün (qanuni) deyilsə, sizin mübarək nəzərinizdə bunun üçün başqa çıxış yolu varmı?
Answer: Əgər tam şəkildə banklara vəkalət versə ki, onun pulunu şəriət əqdlərinə müvafiq olaraq işlətsin, əldə olunan qazancı ona versin, bu halda eybi yoxdur. Tam vəkalət veriləndən sonra onun incəliklərini öyrənmək vacib deyil.

Yatırım pullarının artımı [Bank mənfəəti]

QuestionHazırda Allaha şükürlər olsun ki, İslam Respublikasının hakimiyyəti dövründə yaşayırıq. Şəhidlərin qanı, insanların fəaliyyətləri, Həzrət İmam Xomeyninin (r.ə) görüşləri və rəhbərliyinin xeyir-bərəkəti sayəsində tağut rejimi devrilmişdir. Belə bir zamanda banklara pul qoymağın hökmü nədir? Bankların hesablardakı pullar üçün nəzərdə tutduqları faizi almaq olarmı? Habelə, banklardan borc alıb əlavə faiz verməyin hökmü necədir?
Answer: Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.

Bank faizi [Bank mənfəəti]

QuestionBankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Answer: Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
TotalPages : 1