SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Çanaq sümüyünün sınması [Bədən üzvlərinin diyəsi]

QuestionAvtomobil başqa maşınla toqquşmuş və sürücünün çanaq sümüyü sınmışdır. Müalicədən sonra sınan yer sağalsa da, sol ayağı 3 sm qısalmışdır. Habelə, zərərçəkən hadisə nəticəsində öz nəcisinin qarşısını ala bilmir. Bu xəsarətlərin diyəsi müqəddəs İslam hökmlərinə uyğun olaraq nə qədərdir?
Answer: Əgər nəcisi saxlamaq qüvvəsi tamamilə aradan getmişdirsə, buna görə bütöv diyə ödənilməlidir. Sınmış çanağın diyəsində isə ekspertlərə müraciət etməklə onun naqisliyinin faizi müəyyən olunmalı və tamam diyə ilə müqayisədə həmin miqdar ödənməlidir. (Onun neçə faizi aradan getmişdirsə, ona mütənasib şəkildə ödənməlidir.)

İnsan ölümündə bir neçə amilin müdaxiləsi [Can (ölüm) diyəsi]

QuestionDava-dalaş zamanı tərəflərdən birinin qəsdən vurduğu zərbə nəticəsində zərərçəkənin kəllə sümüyü sınmış və beyninə qan sızmışdır. Xəstəxanada onun başında cərrahiyyə əməliyyatı aparılmış və təxminən iki həftədən sonra həzm sistemində qanaxma baş vermişdir. Buna görə də yenidən (on iki barmaq bağırsaqda qanaxmanın qarşısını almaq üçün) cərrahiyyə əməliyyatı aparılmış və bu əməliyyatdan sonra xəstə müalicə həkiminin icazəsi olmadan – öz yaxınlarının razılığı ilə xəstəxanadan çıxarılmış və digər xəstəxanaya köçürülmüşdür. İki gündən sonra o, həmin xəstəxanada dünyasını dəyişmişdir. Həkimlərdən ibarət komissiya ölümün səbəbinin qarın boşluğunda baş verən iltihabdan qana keçən irinin olduğunu müəyyən etmişlər. Onlar həm də qeyd etmişlər ki, sözü gedən iltihabın yaranmasında müxtəlif amillərin təsiri olmuşdur, o cümlədən 1) kəllə sümüyünə vurulan və qanaxmaya səbəb olan zərbə - 70%, 2) xəstənin orqanizmində öncədən mövcud olmuş problemlər - 15%, 3) xəstənin ehtiyac duyulmadan təkrar şəkildə digər xəstəxanaya köçürülməsi 15%. Xahiş edirik ki, qəsdən və yaxud ehtiyatsızlıq üzündən adam öldürmə hallarını nəzərə almaqla cinayətkarın törətdiyi cinayət barəsində, habelə, can diyəsi və ya üzv diyəsinin ödənilməsi barəsində öz mübarək rəyinizi bəyan edəsiniz.
Answer: Əgər etibarlı ekspertlərin qənaətinə görə xəstənin yerini dəyişməsəydilər, dünyasını dəyişməz, əksinə sağalardısa, bu halda onun başına zərbə vuran şəxs yalnız kəllə sümüyünün sınması üçün diyə ödəməlidir. Ehtiyatsızlıq üzündən adam öldürmənin diyəsini isə xəstənin yerini dəyişənlər ödəməlidir. Əgər onun ölümündə hər iki işin təsiri olmuşdursa, hər biri insan diyəsindən bir hissəsini yuxarıdakı tənasübə uyğun ödəməlidir. Amma bu ikisinin arasındakı fərq çox da böyük olmasa, diyəni bərabər şəkildə ödəyə bilərlər.

Ayaqda müxtəlif sınıqların diyəsi [Sınıqların diyəsi]

QuestionDava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Answer: Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

Bir bədən üzvündə müxtəlif və ayrı-ayrı sınıqların diyəsi [Sınıqların diyəsi]

QuestionBir üzvdə bir neçə, ayrı-ayrı sınığın diyəsi nə qədərdir? Məsələn, bir şəxsin bir ayağı bir neçə yerdən sınmışsa, o cümlədən, çanaq sümüyünün sol tərəfi, çanaq sümüyünün başqa tərəfi, sol ayağın nazik sümüyü, sol ayağının diz qapağı və qarın altı sümüyü sol tərəfdən sınmışsa, belə ki, onlar ayrı-ayrı sınıqlar sayılırsa, bütövlükdə beş ayrı-ayrı xəsarətdən ibarətdirsə, bu kimi hallarda bu və sair üzvlərdə hər sınığa ayrı-ayrılıqda diyə düşür, yoxsa onların hamısı üçün bir sümük sınığına düşən diyə nəzərdə tutulur?
Answer: Sınıqların hər birinə ayrı-ayrılıqda diyə düşür.

Ayaqda müxtəlif sınıqların diyəsi [Sınıqların diyəsi]

QuestionDava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?
Answer: Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

Eyibli sümüyün sındırılmasının diyəsi [Sınıqların diyəsi]

QuestionSümüyün sınmasına görə verilən diyə – eyibli olduğu təqdirdə – həmin üzvün diyəsinin beşdə biri qədərdir. Digər tərəfdən, bəzi üzvlərin, məsələn, burunun sınması üçün veriləcək diyə xüsusi şəkildə qeyd olunur. Belə halda sözü gedən diyə külli və ümumi qayda ilə tətbiq olunaraq hesablanmalıdır, yoxsa həmin üzv üçün qeyd olunmuş diyə meyar tutulmalıdır?
Answer: Sözü gedən qayda bütün hallara şamil olmur. Çünki, bəzi hallarda nəqli dəlillər və icma onun əksini göstərir. Buna görə də nəqli dəlil və icma mövcud olan hallarda həmin halın konkret hökmünə əməl etmək lazımdır.

Üzvün işdən düşməsi ilə nəticələnən sınığın diyəsi [Sınıqların diyəsi]

QuestionBir şəxsə qarşı cinayət törədilir və bədəninə müxtəlif dərəcəli xəsarətlər yetirilir. Məsələn, sümüklərinin qırılmasından əlavə həmin üzvlərdə müəyyən dərəcədə naqislik yaranır. Əlbəttə, üzvlərdə olan bu naqislik sümüklərin qırılmasından və s. irəli gələ bilər. Belə məsələlərdə yalnız dəymiş zədələrin və sınmış sümüklərin diyəsi alınmalıdır, yoxsa üzvdə yaranan naqislik üçün də başqa bir diyə nəzərdə tutulmalıdır?
Answer: Bir diyə alınmalıdır və o da sümüklərin sınmasının və dəyən zədələrin diyəsidir. Lakin üzvün sınması ilə naqisliyi üçün bir yerdə alınan diyə ilə naqislik olmadan üzvün sınmasına görə alınan diyə arasında fərq var.
TotalPages : 1