SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Dirhəm və dinar əvəzinə mal-qara [Diyə növləri]

QuestionEkspertlərə, habelə qızıl-gümüş alğı-satqısı ilə məşğul olanlara şəri dirhəm və dinar haqda müraciət etməklə onun qiyməti və dəyəri barəsində araşdırmalar heç bir nəticə vermədi. Sual budur ki, 1000 dinarı və ya 10000 dirhəmi 1000 baş qoyun və ya 200 baş qaramal, yaxud da 100 baş dəvə ilə müqayisəli şəkildə dəyərləndirib, onu mövcud vahidlə, məsələn, qoyun və ya dəvə ilə ödəmək caizdirmi?
Answer: Adi və orta səviyyəli 200 dəst paltarın qiymətini hesablayıb vermək olar. Çünki “hullə” libas mənasındadır və onun Yəmən malı olması da şərt deyil. Habelə, dirhəm və dinarın əvəzinə qoyun, inək və dəvədən də istifadə etmək olar.

İnflyasiya zamanı diyə formaları [Diyə növləri]

QuestionHəzrət ustadın diyənin altı növü barəsində olan rəyini soruşmaq istəyirik. Birincisi budur ki, onların dəyərləri arasında uyğunluğa riayət etmək lazımdırmı? İkincisi, bu növlərdən birini qiymətinin ən aşağı həddinə düşdüyü təqdirdə onu seçmək olarmı? Hal-hazırda məhkəmələrdə adətən (diyə kimi) gümüş təyin olunur və “ödəniş günü“nün qiyməti bazar məzənnəsi ilə müəyyən olunaraq ödənilir ki, bunun da diyənin digər növlərinin dəyəri ilə heç bir uyğunluğu yoxdur. Onun dəyərinin gələcəkdə aşağı düşməsi ehtimalı da mövcuddur. Sualımız budur ki, dəyərinin tamamilə aşağı düşdüyü təqdirdə gümüş növünün təyin olunması və on min dirhəm gümüş ödənilməsi səhihdirmi? Qiymətin aşağı düşməsi hansı dərəcəyə kimi qəbul oluna bilər?
Answer: 1) Hal-hazırda gümüşün qiyməti həddindən artıq aşağı düşdüyünə görə ehtiyat vacib budur ki, gümüş təyin olunmasın. Qızıl təyin olunarsa, 750 adi misqala bərabər olan 1000 şəri misqal kifayətdir və qızılın mütləq 18 əyarlı qızılla hesablanması vacib deyil. Belə ki, dövriyyədə olan bundan aşağı əyarlarla da hesablaya bilərsiniz. 2) Gümüşün dəyəri çox aşağı düşsə, şübhəsiz ki, diyə ödəmək üçün kifayət (səhih) deyil.
TotalPages : 1