SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Varisi olmayan məqtul [Qan sahibləri]

QuestionVarisi olmayan şəxsin qatili (qəsdən adam öldürmə halında) edam olunmalıdır?
Answer: Belə hallarda qan sahibi İmam və şəri hakimdir.

Ərlə arvadın qan sahibləri [Qan sahibləri]

QuestionƏr və ya arvad qətlə yetirilmişdir və biri-birindən savayı varisləri yoxdur. Bunu nəzərə almaqla aşağıdakı suallara cavab verin: 1) Onlar biri digərinin qan sahibləridirmi? 2) Qatildən diyə almaq haqları varmı? 3) Onların birinin qətlindən sonra digərinin razılıq verməsi (şikayət etməməsi) qatildən qisas alınmasının qarşısını alacaqdırmı?
Answer: Ərlə arvadın qarşılıqlı olaraq bir-birlərinin qatilindən qisas almaq hüquqları yoxdur. Lakin onlara diyədən pay çatır.

Azyaşlı qəyyum həddi-buluğa çatana kimi qatilin həbsdə qalması [Qan sahibləri]

QuestionUşağın sahibinin (vəlisinin) qisas almağa haqqı olmadığını və uşağın həddi-buluğa çatmasına hələ çox qaldığını fərz etsək, uşaq həddi-buluğa çatıb özü bir qərara gələnə qədər qatili həbs etmək olarmı? Ümumiyyətlə, uşağın həddi-buluğ yaşına qədər çəkən zamanın qisas tələbi ilə əlaqəsi varmı?
Answer: Zaman uzun çəkərsə, cinayət işlətmiş şəxsi kafi (qaneedici) vəsiqə (sənəd) almaqla azad etmək lazımdır.

Qəyyumun qisas və əfvlə bağlı ixtiyarları [Qan sahibləri]

QuestionQan sahibləri hamılıqla uşaq (səğir) və ya ruhi xəstə olsalar, başçı və ya qəyyumlarının onların tərəfindən qisas tələb etməyə və ya əfv etməyə haqları varmı?
Answer: Qisas və ya əfv etmək hüququnu sübut etmək çətindir. Yalnız bir halda ola bilər ki, uşaqların məsləhəti qəti şəkildə bunu tələb etsin.

Qan qəyyumlarının bəzisinin azyaşlı olması [Qan sahibləri]

QuestionQisas hökmü mürəkkəb (hissələrə bölünə bilən) hökmdürsə, qan sahiblərinin bəzisi aqil və həddi-buluğa çatmış, bəzisi isə ruhi xəstə və azyaşlı (səğir) olsa, məsələni necə həll etmək mümkündür? Diqqət etmək lazımdır ki, qisas və yaxud əfv hallarında qan sahiblərinin bəzisi azyaşlı və geri zəkalı olduqlarına görə qisas almaq və ya əfv etmək hüququna malik deyillər.
Answer: Böyüklər qisas almaq istəsə, azyaşlıların səhmlərini onların sahib (vəli) və ya qəyyumlarına ödəməlidirlər.

Qan qəyyumlarının əfv, diyə və qisasla bağlı ixtilafları [Qan sahibləri]

QuestionFərz edək ki, qisas inhilali hüquqdur və qan sahibləri hamılıqla aqildirlər və həddi-buluğ yaşına çatmışlar. Onlardan bəziləri qisas alınmasını, bəziləri diyə almağı tələb edirlər. Bəziləri isə əfv etmək qərarına gəlirlər. Bu halda məsələnin hökmü necə olacaqdır?
Answer: Onlardan bəzisi diyə almaq istəsə, qalanlarının diyə səhmlərini ödəməklə qisas almağa haqqı var. Əgər bəziləri əfv etsələr qalanlarının qisas haqları var. Amma gərək diyə səhmini caninin özünə və varislərinə ödəsinlər.

Qisas haqqının mürəkkəb olması [Qisasın hökmləri]

QuestionQisas inhilali (bir neçə hissəyə və haqqa ayrıla bilən) və mürəkkəb (bir neçə hissədən tərkib tapmış) hüquqdur, yoxsa qeyri-inhilali və bəsit?
Answer: Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.

Məcbur edən və tutub saxlayanın qan sahibləri tərəfindən əfvi [Qisasın hökmləri]

QuestionFəqihlər demişlər: Bir kəsi adam öldürməyə məcbur edən şəxs ömrünün sonunadək azadlıqdan məhrum edilir. Onu tutub saxlayan şəxs isə gözləri çıxarılmaqla cəzalandırılmalıdır. Sual budur: Bir nəfər başqasını adam öldürməyə məcbur etsə, digəri isə tutub saxlasa və üçüncüsü şəxs qətl törətsə, qan sahiblərinin qatili əfv etmək hüquqları olduğu kimi, məcbur edəni və tutub-saxlayanı da bağışlamaq hüquqları varmı? Yainki, bu, zina cəzası kimi İlahi bir cəzadır və güzəştə getmək mümkün deyil?
Answer: Qan sahibləri tutub saxlayan və vadar edən şəxslərə güzəştə getsələr, onlara aid olan hökmün icrası üçün heç bir əsas qalmır və bu hökm qisas hökmündə olduğu kimidir. Vadar edən və tutub saxlayan şəxslərin hər ikisinin cəzası azadlıqdan məhrum edilməkdir. Kor etmək isə rainin (tamaşaçı və keşikçi) hökmüdür ki, xüsusi hallarda baş verə bilər.

Qətllə nəticələnən havaya atəş [Qisasın hökmləri]

QuestionKişi öz arvadını qəsdən qətlə yetirir. Ölən qadının vərəsələri anası və bir qızından ibarətdir. Təbii ki, ata öz qızı tərəfindən qisasa (edama) məhkum edilə bilməz. Bilmək istərdik ki, ölən qadının anası qisas tələb etsə: 1) Qisas tələb edən şəxsin diyənin (qanbahasının) yarısını qatilə ödəməsinin lazım olduğunu nəzərə alsaq, qızın səhminə mütənasib olaraq diyə ödəməlidirmi? Qatilin də atasının sağ olduğunu və onun səğir (azyaşlı) uşağın babası sayıldığını nəzərə alsaq, uşağın məsləhətinə əməl etməklə, diyə tələb etmək və ya əfv etmək babanın öhdəsindədir, ya yox? 2) İmtina etdiyi təqdirdə və ya qisas almaq istəyən şəxsin diyələri (qanbahasını) ödəmək üçün maddi imkanı olmadığı təqdirdə qisas haqqı aradan gedir, diyəyə çevrilir, yoxsa onun icrası təxirə düşür? Sonuncuda məhkum həbsdən azad olunurmu?
Answer: 1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var. 2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.

İrs qruplarının hamısı üçün qisas haqqı [Qan sahibləri]

Questionİrsdə ikinci və üçüncü qrupların qisas almaq haqqı varmı?
Answer: Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
TotalPages : 1