SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Üzvlərə xəsarətlə bağlı qəsamə [Lövs və qəsamə]

QuestionBədən üzvləri ilə bağlı qisas qəsamə ilə sübut oluna bilərmi?
Answer: Bədən üzvlərinə yetirilən xəsarəti sübut etmək üçün qəsamədən istifadə etmək olar, amma bu yolla qisas yox, yalnız diyə sübuta yetir.

Qətli iddia edənlərin bilmədən and içməsi [Lövs və qəsamə]

QuestionBir sinifdə təhsil alan 12 yaşlı iki oğlan uşağı məktəb saatı çatmazdan öncə çaya tərəf getmiş və onlardan bir çayda batmışdır. Suda batan uşağın qəyyumları iddia edirlər ki, yoldaşı onu çaya itələmiş və o, çaya düşüb suda batmışdır. Lakin ittiham olunan şəxs hadisəni inkar edir. Bu barədə heç bir bəyyinə (sübut) də yoxdur. Hətta onun yaşıdları olan uşaqlar arasında da hadisədən xəbəri olan yoxdur. Yuxarıda deyilənləri nəzərə almaqla, sual budur ki, iş and içməyə gəlib çıxarsa, kim and içməlidir? Bu məsələnin həlli üçün başqa bir yol varmı?
Answer: Sualda qeyd olunduğu kimi, hadisənin şahidi yoxdur. Qəsamənin andlarında yəqin lazımi şərtdir. İddia edən şəxsin və ya şəxslərin and içməsinin məsələdə heç bir təsiri yoxdur. Cinayəti sübut etmək üçün heç bir dəlil-sübut olmadığından, ittiham olunan şəxs bəraət alır və ehtiyat budur ki, uşaq and içsin.

Qəsamənin əleyhinə iqrar [Lövs və qəsamə]

Question1268. Bir şəxs qəsamə * mərasimində qisasa məhkum olunmuşdur. İcra mərhələsində (qəti hökm çıxarılandan sonra) məhkum olunmuş şəxsin oğlu zərərçəkənin qəsdən öldürüldüyünü iqrar edir. Belə olduqda vəzifə nədir?
Answer: Bu məsələni bir neçə şəkildə təsəvvür etmək olar: 1) Bu şəxsin (iddia edənin) özü qəsamənin bir hissəsidir və bu halda sonrakı iqrara əsasən əməl etmək (ölçü götürmək) olmaz. Bu iqrar yalnız iddia edən şəxs özünü təkzib edəndən sonra qəbul oluna bilər. 2) Onun özü qəsamənin hissəsi deyil və onun şəxsən andını qəbul etmək lazım deyil. İddia qəti olsa belə, özünü təkzib etməsə onun iqrarına etina etmək olmaz. 3) Onun iddiası gümana əsaslanır. Bu halda qəsamənin tələbinə əməl etməklə iqrarın tələbinə əməl etmək arasında ixtiyar sahibidir. Lakin hüquqi məsələlərdə güman əsasında olan iddianı qəbul etmək olmaz. Nəticə budur ki, özünü təkzib etməsə, iqrara əməl edə bilməz. * Hal şahidlərinin məhkəmədə xüsusi şərtlərlə and içmələri
TotalPages : 1