SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm [Qisasın hökmləri]

QuestionÜrəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?
Answer: Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

Qatilin qisas hökmündən bixəbərliyi [Qisasın hökmləri]

QuestionQatil hökmü bilmədiyini və qəsdən adam öldürmənin cəzasının qisas olduğundan xəbərsiz olduğunu iddia etsə, bu iddia da məhkəmənin rəyinə görə həqiqətə yaxın sayılsa və doğru olması ehtimalı da mövcud olsa, qisas hökmünü tətbiq etməkdə təsiri olacaqmı?
Answer: Qisas hökmünü bilməməyin qisas hökmünü icra edib-etməməkdə heç bir təsiri yoxdur.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

QuestionBir şəxs başqası ilə dalaşarkən onu elə yaralamışdır ki, bu kimi yaralar adətən öldürücü deyil – həkimə müraciət etməklə, müalicə olunmaqla sağalır. (Məsələn, onun bir barmağını qırmışdır.) Lakin zərərçəkən qəsdən həkimə müraciət etməmiş və müalicə olunmamışdır. (Yoxsulluq üzündən, müalicə xərclərinə gücü çatmadığından, laqeydlik və səhlənkarlıq üzündən və ya inadkarlıqdan da ola bilər.) Nəticədə yarada çürümə (infeksiya) baş vermiş və bədənin digər yerlərinə keçərək zərərçəkənin ölümünə səbəb olmuşdur. Bunları nəzərə almaqla sual budur ki, sözü gedən qətl hadisəsi qəsdən adam öldürmə sayılır və ondan qisas alınmalıdır, yainki, öldürmək məqsədilə vurmadığına görə ehtiyatsızlıq üzündən qətl sayılır? Yaxud da ümumiyyətlə qətl hadisəsi ona aid edilmir və o, sadəcə yetirdiyi xəsarətə uyğun olaraq dəyən zərəri ödəməyə və ya diyə verməyə məhkum olunmalıdır?
Answer: Sualda fərz olunanlara əsasən, xəsarət yetirən şəxs qəsdən bunu etdiyi təqdirdə üzv qisasından əlavə, səhvən etdiyi təqdirdə isə üzvün diyəsindən əlavə nə isə ödəməyə zamin deyil.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

QuestionQatildən qisas almaq üçün vəliyyi-əmr və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilmədiyi təqdirdə qatillə əlaqədar vəzifə nədir? İcazə verilən zamana qədər, hətta on illər keçsə belə, qatil həbsdə qalmalıdır, yoxsa dərhal azad olunmalıdır? İkinci halda hansı formada təzminat alınmalıdır?
Answer: Vəliyyi-əmrin icazəsi lazım deyil. Qazının çıxardığı hökm kifayətdir. Qazı olmasa, möminlər içində adil olan şəxslər şəri hakimin əvəzinə izn verə bilər. Şəri hakim icazə versə, amma qan sahibi razı olmasa, ona son xəbərdarlıq ediləcəkdir ki, ya qisas alsın ya da qatilin razı olduğu təqdirdə diyə alsın. Əgər bunların heç birinə razı olmasa, vəzifə aydın olana kimi vəsiqə (təzminat) təqdim etməklə qatili azad etmək olar.

Qətldə şübhəli bilinən şəxsdən qisas almaq [Qisasın hökmləri]

QuestionBir şəxs iki kalaşnikov gülləsi ilə qətlə yetirilmişdir. Qətldə şübhəli bilinən şəxslər dörd nəfərdir. Onlardan üçünün əlində kalaşnikov tipli avtomat silah olsa da hal-hazırda aradan çıxıb gizlənmişlər. Lakin yaxalanan birinin əlində brunov tipli silah tutulmuşdur. Belə olduqda qan sahibləri dördüncü şəxsdən qisas alınmasını tələb edə bilərlərmi? Ümumiyyətlə, burada hansı növ hökm verilməlidir?
Answer: Şəriət qanunlarına əsasən onun qətl törətdiyi sübut olunmasa, ondan qisas almağa haqları yoxdur.

Qatilin qisasdan sonra dirilməsi [Qisasın hökmləri]

QuestionBir şəxs qisasa məhkum edilir və can qisası adı ilə edam olunur. Tibbi ekspert onun dünyadan getməsinə dair rəy verir. Amma o, ölüxanada ayılıb özünə gəlir, bu halda: 1) Qisas hökmü öz qüvvəsində qalır, yoxsa qüvvədən düşür? 2) Qisas öz qüvvəsində qalırsa, birinci dəfə dar ağacından asmanın diyəsi cinayətkar şəxsə verilməlidirmi? 3) Diyə ödəmək kimin öhdəsinə düşür? 4) Diyənin ödənmə möhləti nə qədərdir?
Answer: Qisas hökmü öz qüvvəsində qalır və qan sahibləri onu tələb edə bilərlər. 2 və 3) Əgər cani zədələnsə, üzvü qüsurlu şəklə düşsə və ya digər formada zərər çəksə, ehtiyat vacib budur ki, onun diyəsi beytul-maldan ödənilsin. Bu, o halda ola bilər ki, hökm qazı və onun məmurları tərəfindən icra olunsun və hökmün icrasında heç bir laqeydlik və səhlənkarlıq baş verməsin. 5) Digər diyələr kimidir.

Qisas haqqının mürəkkəb olması [Qisasın hökmləri]

QuestionQisas inhilali (bir neçə hissəyə və haqqa ayrıla bilən) və mürəkkəb (bir neçə hissədən tərkib tapmış) hüquqdur, yoxsa qeyri-inhilali və bəsit?
Answer: Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.

Vələdüzzinanı öldürdüyünə görə müsəlman şəxsdən qisas alınması [Qisasın hökmləri]

QuestionMüsəlman bir şəxs, müsəlman vələdüz-zinanı (şəriətə görə qeyri-qanuni yolla dünyaya gəlmişi) qətlə yetirsə, ondan qisas alınırmı?
Answer: Qisas alınır.

Kəsilmiş üzvün yerinə tikildiyi təqdirdə qisas [Qisasın hökmləri]

QuestionBir şəxs başqasının barmağını və ya əlini qəsdən kəssə və zərərçəkən özünü dərhal tibb məntəqəsinə çatdırıb kəsilmiş üzvünü cərrahiyyə əməliyyatı ilə yerinə qaytarsa və sağalsa, zərərçəkənin qisas almağa haqqı varmı?
Answer: Qisas almağa haqqı var. Lakin ikincinin də öz barmağını cərrahiyyə ilə yerinə qaytarmağa haqqı var.

Qisasın diyəyə çevrilməsi [Qisasın hökmləri]

QuestionBədənə vurulan xəsarətə (yaraya) görə qisas hökmü verilir. Tibbi ekspert yaranın uzunluğunu və dərinliyini təyin edəndən sonra cinayətkarla zərərçəkən arasında arıqlıq və köklük baxımından fərqlər meydana çıxır. Məsələn, 3 sm dərinlikdə bıçaq yarası köklüyünə görə zərərçəkən üçün o qədər də təhlükəli olmamışdır. Amma cinayətkardan qisas almaq üçün onun bədənini həmin dərinlikdə yaralasalar, arıq olduğuna görə onun üçün hətta ölüm təhlükəsi yarada bilərsə. Bu halda vəzifə nədir? Qisası diyə ilə dəyişmək lazımdırmı? Onlar arasında razılaşma olmasa, vəzifə nədir?
Answer: Bu məsələni bir neçə şəkildə təsəvvür etmək mümkündür: 1) Qisasda yaranın uzunluğuna, eninə və dərinliyinə riayət etməklə cinayətkarı real təhlükə gözləyirsə və ya (arıqlığına görə) ölüm təhlükəsi ehtimal edilirsə, heç şübhəsiz qisas hökmü diyə ilə dəyişdirilməlidir. Ona görə ki, qisasın ümumi dəlilləri belə hallara şamil olmur və başqa sözlə desək, onlar arasında ürfi uyğunluq (bərabərlik) yoxdur. Bundan əlavə, caifə, münəqqələ və məmumə kimi yaraların qisas – təhlükəsi olduğuna görə – tələb etmədiyini deyən dəlillər də bizim bəhsimizə şamildir. 2) Qarşı tərəf üçün təhlükəsi olmasa, lakin onların bədənləri arasındakı fərq o qədər olsa ki, birinin bədənində 1 sm, digərinin bədənindəki 3 sm - ə bərabər olsun, belə yerdə dərinliyin ölçüsünə olduğu kimi riayət etmək lazım deyil. Çünki, əvvəla, qisasın sübut və dəlillərində əsas sayılan ürfi (xalqın gözündə) oxşarlıq və bərabərlik burada yoxdur. Çünki, misal üçün, arıq adamda 3 sm dərinliyində yara sümüyə çatır, halbuki kök adamda səthi bir yara sayılır. Ona görə də qisasın dəlillərində mövcud olan bərabərlik burada yoxdur. Həmçinin dərinlikdə bərabərliyi qoruyub saxlamağın lazım olduğunu bildirən bir hədis mövcud deyil. İkincisi, şicac yarası (üzdə olan yaralar) və ya bütün yaralarla əlaqədar hədislərdə dərinlik deyilərkən onun gerçəkləşməsi nəzərdə tutulur (caifə, damiyə, baziə, səmhaq, muzihə və s.). Bilirik ki, bu adların kök və arıq adamlar haqqında gerçəkləşməsi dərinliyin az-çox olmasından asılı deyil. 3) Bu məsələ en və uzunluq baxımından da mülahizə edilməlidir. Əgər misal üçün, bir şəxsin qollarının eni və uzunluğu çox azdırsa (qolları çox kiçikdirsə), digərinin qollarının eni və uzunluğu o birisindən bir neçə dəfə çoxdursa, bu halda uzun qollu insanın qolunu yarısına qədər yaralasalar, bu yara uzunluq baxımından (kiçik qollu) cinayətkarın bütün qolunu əhatə edəcəkdir. Burada da en və uzunluq baxımından bərabərliyi göstərən qane edici bir dəlil mövcud deyil. Əksinə, qisasın mənasında və Bəqərə surəsinin 194-cü ayəsində (فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ) sözü gedən oxşarlıq və bərabərlik nisbi oxşarlıq və bərabərlikdir. (Yuxarıda qeyd etdiyimiz kimi, burada en və uzunluqda olan oxşarlıq və bərabərlik nəzərdə tutulmur: Belə bir bərabərlik bəzən bir nəfərin qolunun hamısına aid ola bilər).

Öldürülmüş şəxsin əfv etməsi [Qisasın hökmləri]

QuestionZərərçəkmiş şəxs ölümündən qabaq cinayətkarı əfv edib bütöv qısası güzəştə gedə bilərmi? Üzv qisasını necə?
Answer: Üzv qisasında (əfv etmək) icazəlidir. Amma can (ölüm hadisəsində) qisası ilə bağlı fəqihlər arasında fikir ayrılığı var. Əfv etməyin icazəli olması ehtimalı da müstəsna deyil. Ehtiyat müsalihə (qarşılıqlı razılıq) etməkdir.

Məcbur edən və tutub saxlayanın qan sahibləri tərəfindən əfvi [Qisasın hökmləri]

QuestionFəqihlər demişlər: Bir kəsi adam öldürməyə məcbur edən şəxs ömrünün sonunadək azadlıqdan məhrum edilir. Onu tutub saxlayan şəxs isə gözləri çıxarılmaqla cəzalandırılmalıdır. Sual budur: Bir nəfər başqasını adam öldürməyə məcbur etsə, digəri isə tutub saxlasa və üçüncüsü şəxs qətl törətsə, qan sahiblərinin qatili əfv etmək hüquqları olduğu kimi, məcbur edəni və tutub-saxlayanı da bağışlamaq hüquqları varmı? Yainki, bu, zina cəzası kimi İlahi bir cəzadır və güzəştə getmək mümkün deyil?
Answer: Qan sahibləri tutub saxlayan və vadar edən şəxslərə güzəştə getsələr, onlara aid olan hökmün icrası üçün heç bir əsas qalmır və bu hökm qisas hökmündə olduğu kimidir. Vadar edən və tutub saxlayan şəxslərin hər ikisinin cəzası azadlıqdan məhrum edilməkdir. Kor etmək isə rainin (tamaşaçı və keşikçi) hökmüdür ki, xüsusi hallarda baş verə bilər.

Yaralanmış şəxsin qəza yerini tərk etməsi [Qisasın hökmləri]

QuestionYol hərəkəti qaydalarını pozan sürücü yolu keçən piyadanı maşınla vurur və onu xəstəxanaya aparmaq bəhanəsi ilə maşına mindirir. Amma qorxudan, cəzadan qaçmaq üçün onu çöllükdə, bir kimsənin görmədiyi bir yerdə başlı-başına buraxır. Yaralı şəxs çox qan itirdiyinə və tibbi yardımın olmadığına görə orada vəfat edir. Bu qətl hadisəsi qəsdən adam öldürmə sayılırmı?
Answer: Əgər onu bu halda çöllükdə başlı-başına buraxmaq adətən ölümlə nəticələnərsə (adətən belə işin nəticəsi ölümdürsə), qəsdən adam öldürmə sayılır.

Cinayətkarların evdə terror edilməsi [Qəsdən adam öldürmə və ona bənzər hallar]

QuestionƏfqanıstanın daxili müharibələrində aktiv iştirak edən bir şəxs digər bir şəxs tərəfindən öz evində terror olunur. Onun hökmü nədir?
Answer: Hər kəs bir mömini qəsdən qətlə yetirərsə, hökmü qisasdır. Əgər səhvə yol vermiş və xəta etmişdirsə, onun barəsində İlahi hökm şəriət hakimi tərəfindən icra olunmalıdır.

Qətllə nəticələnən havaya atəş [Qisasın hökmləri]

QuestionKişi öz arvadını qəsdən qətlə yetirir. Ölən qadının vərəsələri anası və bir qızından ibarətdir. Təbii ki, ata öz qızı tərəfindən qisasa (edama) məhkum edilə bilməz. Bilmək istərdik ki, ölən qadının anası qisas tələb etsə: 1) Qisas tələb edən şəxsin diyənin (qanbahasının) yarısını qatilə ödəməsinin lazım olduğunu nəzərə alsaq, qızın səhminə mütənasib olaraq diyə ödəməlidirmi? Qatilin də atasının sağ olduğunu və onun səğir (azyaşlı) uşağın babası sayıldığını nəzərə alsaq, uşağın məsləhətinə əməl etməklə, diyə tələb etmək və ya əfv etmək babanın öhdəsindədir, ya yox? 2) İmtina etdiyi təqdirdə və ya qisas almaq istəyən şəxsin diyələri (qanbahasını) ödəmək üçün maddi imkanı olmadığı təqdirdə qisas haqqı aradan gedir, diyəyə çevrilir, yoxsa onun icrası təxirə düşür? Sonuncuda məhkum həbsdən azad olunurmu?
Answer: 1) Qızın səhmini ödəməlidir. Zahirən, uşağın babasının bu işdə vilayəti (ixtiyarı) var. 2) Əgər qan sahibinin (qəyyum) yaxın gələcəkdə maddi imkanı olacağına ümid varsa, gözləmək lazımdır. Məhkum olunmuş şəxs isə dəyərli vəsiqə verməklə həbsdən azad olur. Amma buna ümid yoxdursa, diyə ödəməyə vəzifəlidir.

Texniki spirt ölümlə nəticələnərsə [Qisasın hökmləri]

QuestionBir əsgər hərbi hissəyə iki şüşə texniki spirt gətirir. Əvvəlcə onlar texniki spirtin təhlükəsini aradan qaldırmaq üçün əllərində olan avadanlıqla və digər əsgərlərin köməyi ilə onu distillə edirlər. Sonra o, və əsgərlərdən bir neçəsi sərxoş olmaq məqsədilə onu içirlər. Texniki spirt həyat üçün çox təhlükəli olduğundan, əsgərlərdən biri ondan çox qəbul edərək dünyasını dəyişir və qalanları baş gicəllənməsi və ürək bulanmasına düşür. Sual budur ki, öz şəxsi istəyi ilə onu qəbul edib dünyasını dəyişən əsgərin qanı qarşısında spirti hərbi hissəyə gətirən əsgər məsuliyyət daşıyırmı?
Answer: Əgər spirti qəbul edənlər onun ehtimal edilən təhlükəsindən xəbərdar idilərsə, qanı müqabilində kimsə məsuliyyət daşımır. Amma spirti gətirən şəxs onları aldadıb onu içməyin ziyansız olduğunu demişdirsə, bu halda məsuliyyət daşıyır və bu iş ehtiyatsızlıq üzündən adam öldürmə sayılır.
TotalPages : 1