SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Ərin razılığı arvadının cəzasının icrasında təsir qoymur [Zinanın cəzası]

QuestionƏrli qadın zina etdiyinə görə daşqalağa məhkum edilmişdir. Əri hökmün icrasından öncə ona talaq versə, talaq ona qarşı razılıq əlaməti kimi qələmə verilərək cəzanın icrasının qarşısını ala bilərmi?
Answer: Ərin razılığı və talaq verməsi sözü gedən cəzanın icrasına mane ola bilməz.

İqrardan sonra inkar hallarında cəzanın ləğvi [Cəzaların müxtəlif məsələləri]

Questionİqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?
Answer: Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

İlahi cəzaların icraçısı [Hüdudun qisimləri]

QuestionƏfqanıstanın hazırkı şəraitini nəzərə alsaq, İlahi cəza və hökmlərin icrası kimin öhdəsinə düşür?
Answer: O məntəqədə yaşayan hər bir adil müctəhid bu işi icra bilər. Müctəhid olmadığı şəraitdə cameüş-şərait müctəhidin nümayəndəsi olan adil alimlər bu kimi cəzaları icra edə bilərlər.

Cinayətkarın öz əməlindən peşmançılığı [Cəzaların müxtəlif məsələləri]

QuestionŞəriət baxımından hökmü hədd (cəza) və ya təzir olan günahlar törətmiş şəxslərdən bəziləri öz günahlarının sübut olunduğunu görəndə ağlayıb peşman olduqlarını söyləyirlər. Sadəcə bu peşmançılıq kifayətdirmi? Yoxsa onun xeyirxah işlər, saleh əməllər görməsi və batmış olduğu günahı tərk etməsi də şərtdir? Xahiş edirik ki, ətraflı izah edəsiniz.
Answer: Peşmançılıq qazının məhkəmə iclasında olsa, faydası yoxdur. Yalnız iqrar hallarında (peşmançılığını bildirərsə) qazı onu əfv edə bilər. Əgər (peşmançılıq) bundan qabaq baş versə, “Allah hüquqları”-nda cəzanın ləğv olmasına səbəb olur.

Qeyri-müsəlman cinayətkarlarla necə rəftar olunmalıdır [Cəzaların müxtəlif məsələləri]

QuestionQeyri-müsəlman cinayətkarlar İslam hökmlərinə əsasən cəzalandırılmalıdırlar, yoxsa öz dinlərinə əsasən? Sonuncuda hökmü müsəlman qazı icra etməlidir, yoxsa öz qazıları?
Answer: Maidə surəsinin 42-ci ayəsindən aydın olur ki, müsəlman qazı bu iki yoldan birini seçməlidir ya onların qəbul etdikləri təqdirdə İslam hökmlərinə uyğun cəza versin, ya da onların məhkəmə işini öz qazılarına həvalə etsin. Çoxsaylı hədislər də bu mətləbə dəlalət edir, habelə ”hüdud” və “cihad” bölümlərində fəqihlərimizin fitvaları da bunu təsdiqləyir. Amma müsəlman qazının onların öz dinlərinə uyğun olaraq hakimlik etməsi və onu səhih qələmə verməsini (hansı ki, bizim nəzərimizdə onların dinləri təhrif olunmuş və qüvvədən düşmüşdür) nə dəlillərdən əldə etmək olar, nə də böyük alimlərin fitvalarından. Yuxarıda deyilənlərdən pərhiz etmək üçün yeganə yol budur ki, özlərinin səlahiyyətli bildikləri bir qazı İslam hökumətinin nəzarəti altında onların qayda-qanunlarına əsasən hakimlik etsin. Diqqətə və ədalətə riayət etmək üçün isə əvvəldə onların dini hökmləri mütəxəssislərdən istifadə etməklə qanun çərçivəsinə salınmalı və müxtəlif hallarla bağlı (şəxsi münasibətlərdə) tənzim olunmalıdır ki, hər hansı sui-istifadə halları irəli gəlməsin.

Cəzanın cinayətkarın özü tərəfindən icrası [Cəzaların müxtəlif məsələləri]

QuestionMöhsinə zinaya və ya livata batan bir şəxs özünə qəsd edə bilərmi?
Answer: Cəza şəri hakim tərəfindən həyata keçirilməlidir. Günaha batan bir şəxsin özünü şəri hakimə təqdim etməsi vacib deyil: dərhal tövbə edib saleh və xeyirxah əməllərlə öz keçmişini bərpa edə və özünü şəri cəzadan azad edə bilər.

Cəzada güzəştin mümkünlüyü [Cəzaların müxtəlif məsələləri]

QuestionQuranın hamısını və ya bir hissəsini əzbərləmiş şəxs cəzası olan bir cinayət törədərsə, Quranı əzbərdən bilməyi onun cəzasının yüngülləşdirilməsinə və ya tamamilə güzəştinə səbəb ola bilərmi?
Answer: Törətdiyi əməl iqrar və etiraf yolu ilə sübuta yetərsə, şəri hakim onun cəzasını yüngülləşdirə və ya ona güzəştə gedə bilər. Əgər dəlil-sübut yolu ilə olsa, cəza hökmü öz qüvvəsində qalır.

Zina edən kişi və qadını sürgün etmək [Cəzaların müxtəlif məsələləri]

QuestionZinakar qız və oğlanın öz yaşadıqları məkana qayıtması oranın əhalisi arasında fəsad və mübahisəyə səbəb olarsa, onları başqa bir yerə sürgün etmək olarmı?
Answer: Onların öz məntəqəsində qalmaları fəsada səbəb olacaqsa, digər məntəqələrə göndərmək olar.

Zina edənin məhkəməyə etiraf üçün çağırılması [Qəzavət]

QuestionXahiş edirik, aşağıdakı suallara cavab verəsiniz: 1) Zina etməkdə müttəhim olunan kişini etiraf etmək üçün məhkəməyə gətirmək caizdirmi? 2) Caiz olduğu təqdirdə, qazi müttəhimə onun günahının nədən ibarət olduğunu başa sala bilərmi? 3) İkinci sualda deyilənlərin caiz olduğu və müttəhimin qəbul etdiyi təqdirdə izah edilmiş ittihamı qəbul etmək iqrar sayılır, yoxsa iqrar etməlidir? Öz əməlini aydın şəkildə boynuna almaq hökmdə əsas sayılırmı? Bir dəfə iqrar etdiyi təqdirdə sualın dəfələrlə və ya müxtəlif iclaslarda təkrarı vacib və ya caizdirmi?
Answer: 1) Zinada müttəhim olunan şəxsi məhkəməyə çağırmaq olmaz. Amma şahidlər öncə gedib şəhadət versələr və ya zina zorakılıqla baş verərsə və zinaya məruz qalmış qadın şikayət edərsə və yaxud da müttəhim məsələn, naməhrəm qadınla xəlvətdə bir yerdə olmaq kimi digər cinayətlər etmişdirsə, bu işlərə görə məsuliyyətə cəlb oluna (məhkəməyə çağırıla) bilər. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) İqrar aydın şəkildə olmalıdır. Qazının iqrar almaq üçün israr etməsinin heç bir əsası yoxdur. 4) Sükutla heç nə sübuta yetmir. Belə yerdə inkar lazım deyil əksinə iqrarın təsiri var.

Dövlət orqanlarından oğurluq [Cəzaların müxtəlif məsələləri]

QuestionTəxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm: 1) Kimə və ya hansı təşkilata verməliyəm? 2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı? 3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm? 4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Answer: Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.
TotalPages : 1