SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Dövlət orqanlarından oğurluq [Müharibə edənin cəzası]

QuestionTəxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm: 1) Kimə və ya hansı təşkilata verməliyəm? 2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı? 3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm? 4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Answer: Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.

Casusluğun cəzası [Müharibə edənin cəzası]

QuestionNə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Answer: Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.
TotalPages : 1