SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Hicaba riayət etmədiyinə görə kötəkləmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionBir kişiyə məhrəm olan qadınlardan biri şəri hicaba laqeydlik göstərirsə, onu qane etmək üçün müxtəlif metodlardan istifadə edərsə və heç bir müsbət nəticə əldə etməzsə, kişinin bu işə görə onu vurmağa haqqı varmı?
Answer: Şəriət hakiminin icazəsi olmadan “əmr be məruf və nəhy əz münkər” adı ilə vurmaq caiz deyil.

Kişinin öz arvadının hicabına laqeydliyi [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionƏgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı?
Answer: Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.

Ali təhsil ocaqlarında pis işlərdən çəkindirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionAli məktəbin məsul işçilərindən biri haqlı olmadan yaramaz işlər görən tələbələri pis işlərdən çəkindirməyi yalnız universitetin nizam-intizam üzrə əməkdaşları ilə məhdudlaşdırır və mömin tələbələrə bu imkanı vermir. Bunları nəzərə almaqla dindar və inqilabçı bir tələbənin belə bir şəraitdə boynuna düşən vəzifə nədir?
Answer: Əmr be məruf və nəhy əz münkər etmək bütün müsəlmanların vəzifəsidir. Heç bir şəxs bunun qarşısını ala bilməz. Lakin bu işi elə görmək lazımdır ki, ali məktəblərin və müəssisələrin nizam-intizamı pozulmasın.

Tələbənin müəllimi pis işlərdən çəkindirməsi [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionBəzən qadın müəllimələr ali məktəb siniflərinə təhrikedici paltarlarla gəlirlər. Tələbələr də dərsi mənimsəmək üçün əlacsız qalıb onlara baxmalı olurlar. Onların vəzifələri nədir?
Answer: Belə hallarda ali məktəblərin rəhbərliyi ilə həmahəng tədbir töküb bu kimi halların qarşısını almaq lazımdır ki, tələbələr problemlə üzləşməsinlər və müəllimlər də öz şəri vəzifələrinə əməl etsinlər.

Nalayiq işlərin islah olunması üçün münasibətləri kəsmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionAğılsız (səfeh) və ləyaqətsiz işlər görən şəxslərə xəbərdarlıq edəndən sonra öz əməllərindən əl çəkməsələr, onlarla münasibəti kəsmək olarmı?
Answer: Onlarla əlaqəni kəsmək münkərdən çəkinmələri ilə nəticələnəcəksə, bu iş lazımdır.

Qeybət məclisini tərk etmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionƏgər bir şəxs bir neçə nəfərin yanında (ictimai yerdə) qeybət etsə və əmr be məruf və nəhy əz münkərin onda heç bir təsir qoymayacağına əmin olsaq, bizim vəzifəmiz nədir?
Answer: Belə yerlərdə iştirak etməyin.

Pis işlərdən çəkindirmək üçün ailəvi münasibətlərdən çəkindirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionŞəri əməl və göstərişlərə laqeyd olan (məsələn, xüms, zəkat verməyən), şəriətə zidd işlər görən, habelə əmr be məruf və nəhy əz münkərə heç bir əhəmiyyət qohumlarla əlaqələri kəsmək caizdirmi?
Answer: Qohumluq əlaqələrini kəsmək onların ayılmalarına (bu işləri tərk etmələrinə) səbəb olacaqsa, vacibdir. Mənfi təsiri varsa, bu işi etməyin.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı olarsa [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionƏgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Answer: Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.

Quranı səhv oxuyan adama səhvini bildirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

QuestionQuranı səhv oxuyan şəxsə səhvini başa salmaq vacibdirmi?
Answer: Yaxşı olar ki, xoş dillə xəbərdarlıq edilsin.
TotalPages : 1