SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Birinin hücum etdiyini sanıb onu qətlə yetirmək [Oğrunu və hücum edəni öldürmək]

QuestionƏgər bir şəxs qarşı tərəfin hücum edəcəyini güman edib ona tərəf atəş açsa və onun qətlə yetirsə, bunun qisası varmı?
Answer: Qatil qarşı tərəfin təcavüzkar şəxs olduğunu (hücum etdiyini) güman edib atəş açsa, qisası yoxdur, amma diyə verməlidir.

Hücum edəni qətlə yetirməyin şəriət hökmü [Oğrunu və hücum edəni öldürmək]

Questionİnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Answer: Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).

Hücum edən əsgərdən özünü müdafiə [Oğrunu və hücum edəni öldürmək]

Questionİraqın təcavüzkar ordusu Küveyti işğal edərkən başıma bir hadisə gəldi. Hadisə belə baş vermişdi: Küveytin işğal olunmasının səkkizinci günü evə qayıdarkən bir İraq əsgərini evdə balaca qardaşımın yanında gördüm. Ondan soruşdum ki, bu şəxs kimdir. Dedi: “Küveyt xalqını qıran İraq əsgərlərindən biridir.” Lakin mən onun sözünə əhəmiyyət verməyib başqa otağa keçdim və namaz qılmağa başladım. Bu an, o əsgər odlu silahla onu vurdu və bədənindən qan axmağa başladı. Lakin hələ yerə yıxılmamışdı ki, mən özümün və ailəmin canını qorumaq üçün müdafiə halını alıb ona hücum etdim. Şəri baxımdan bu müdafiənin hökmü nədir?
Answer: Hücum edən əsgər sizin və övladlarınızın canına və yaxud malınıza qəsd etmək istəyirdisə, hər vasitə ilə müdafiə olunmaq caiz olmuşdur və onun qanı hədərdir.
TotalPages : 1