SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

İrs qruplarının hamısı üçün qisas haqqı [İrs aparan qruplar]

Questionİrsdə ikinci və üçüncü qrupların qisas almaq haqqı varmı?
Answer: Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.

Zərdüşt ailənin müsəlman övladının irsi [İrs aparan qruplar]

QuestionZərdüşt dininə etiqad bəsləyən ailənin oğlanlarından biri 1362-ci ildə fədai partizan dəstələrinin əsas aparıcılarından biri kimi ələ keçirilib azadlıqdan məhrum edilməklə həbsxanada yerləşdirilmişdir. O, həbsdə ikən tövbə etmiş və İslam dinini qəbul edəndən və cəzasını çəkəndən sonra azadlığa buraxılmışdır. 1366-cı ildə atası dünyasını dəyişmiş və 1368-ci ildə sözü gedən şəxs öz irs səhmini alaraq onun daşınmaz hissəsini rəsmən öz mülkiyyətinə keçirmişdir. Hal-hazırda məhkəmə vəkillərindən birinin yol göstərməsi ilə qanunvericiliyin 881-ci maddəsinə istinadən öz anasının, bacısının və qardaşının əleyhinə şikayət işi qaldırmışdır. Maddədə deyilir: “Kafirə müsəlmandan irs çatmır, əgər vəfat etmiş kafirin varisləri arasında müsəlman varsa, təbəqə və dərəcə baxımından müsəlmandan irəli olsalar belə kafir varislərə irs çatmır.” Buyurun ki, müsəlman varislərdən başqa digər varislərə də irs çatırmı?
Answer: Sualda fərz olunanlara əsasən, yalnız müsəlman varisə ondan irs çatır. Lakin belə hallarda əxlaq normalarına riayət etsələr, daha yaxşı olar.
TotalPages : 1