SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Uşağın fiziki tənbeh olunması [Övlad]

QuestionAta və yaxud ana öz uşağını tərbiyələndirmək üçün və yaxud hirslənib vursa və vurduğu yer qaralsa, göyərsə və ya qızarsa, diyəsi varmı?
Answer: Diyəsi var.

Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq [Övlad]

QuestionAta öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Answer: Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.

Azyaşlı uşağın anasının qəyyum olması [Övlad]

QuestionAzyaşlı (səğir) uşağın (ata tərəfdən olan) babası olmasa, anası şəriət hakiminin icazəsi ilə onun qəyyumu ola bilərmi?
Answer: Şəriət hakiminin icazəsi ilə maneəsi yoxdur.

Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın [Övlad]

QuestionBir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?
Answer: Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir.

- Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.
TotalPages : 1