SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Gizlində haram işlər qörənlər [Qəzavət]

QuestionAyrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək 2) Günah musiqilərin lent yazılarını dinləmək 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.
Answer: Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

Qazının əsaslandığı fakt və sübutlar [Qəzavət]

Question. Əgər tibbi bir məsələ ilə əlaqədar həkimin qoyduğu diaqnoz, lent yazısı, filmlər, şəkillər və portretlər, adi və rəsmi sənədlər kimi faktlar qazının (hər hansı bir hadisə ilə bağlı) yəqininə səbəb olarsa, qazı onlara əsaslanıb qərar çıxara bilərmi? Başqa sözlə, qazının hökmdə istinad etdiyi faktlar yalnız şəriətdə deyildiyi kimi bəyyinə, and içmək və iqrarla xülasələnir, yoxsa qazı üçün yəqinlik gətirən hər hansı bir fakt onun çıxardığı hökmdə istinad mənbəyi ola bilər?
Answer: Aqil insanların qəbul etdiyi mötəbər sənəd və əlyazmalar yuxarıda deyildiyi kimi, şəri höccət və sübut sayılır. Lakin lent yazısı, film və bu kimi faktların etibarlı olmasını sübut edən bir dəlil yoxdur. Qazının elminin hücciyyəti yalnız hiss və duyğu orqanları vasitəsilə (məsələn, müşahidə), ya da hissə yaxın vasitələrlə (məsələn, Həzrət Əlidən (əleyhis-səlam) nəql olunan qul-ağa arasında, habelə iki qadının arasında uşaq üstündə yaranan mübahisəli məsələlər) yaranan hallardadır. Bu barədə “qazının elmi” bölümündə ətraflı şəkildə söhbət açmışıq.

Bir qazının çıxardığı hökmün başqa qazı tərəfindən ləğv edilməsi [Qəzavət]

QuestionBir qazı başqa bir qazının hökmünü ləğv edə (qüvvədən sala) bilərmi? Bu iş caiz deyilsə, ölkənin Ali məhkəməsi tərəfindən bir qazının qərarını pozmaq üçün hansı yol vardır?
Answer: “Birinci dərəcəli ünvanlar” baxımından cinayət işlərinə yenidən baxmaq üçün təkcə çıxış yolu budur: birinci mərhələdə olan qazılara göstəriş verilməlidir ki, mühüm məsələlərin (məsələn, qətl hadisələrində, mühüm mülki məsələlərdə və s.) ilkin mərhələsində qəti qərar çıxarmasınlar və yalnız öz məşvərət yönlü nəzər və məsləhətlərini qeyd etsinlər. Başqa sözlə, belə məsələlərdə hökm vermək (qərar çıxarmaq) onların qəzavət hüquqları dairəsindən xaricdir. Bununla da işlərə yenidən baxmaq üçün şərait yaranacaq və ikinci hakim cinayət işi üzrə bütün lazımi işləri apara, əlavə olaraq, birinci qazının məsləhətlərindən də istifadə edə biləcəkdir. Əlbəttə, bu, şikayət edən tərəflərin işə yenidən baxılmasını tələb etdikləri hallardadır. Amma əgər onlar işə yenidən baxılmasını tələb etməsələr, birinci qazı qəti qərar çıxara bilər. (Yəni bu halda hökm inşa etmək hüququna malikdir.)

Qazının elm əsasında verdiyi hökmün əsası [Qəzavət]

Question. İslam respublikasının möhtərəm qazılarının (hakimlərinin) elm (yəqin) əsasında verdikləri hökmlər, nəticə və hökm baxımından iqrar və etiraf əsasında çıxarılan qərar kimidir, yoxsa sübut və dəlil əsasında çıxarılan qərar kimidir, və ya üçüncü yol var ki, heç biri kimi olmayacaqdır?
Answer: Hər bir şəraitdə o şəraitin sübut və dəlilinə tabe olmaq lazımdır. Məsələn, hufeyrədən (daşqalaq çalasından) qaçmaq məsələsində dəlil və sübutlar qazının elminə (məlumatına) şamil olmur və cəza qanunu qüvvədən düşmür.

Allaha və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) nalayiq sözlər iddiası ilə qətl [Qəzavət]

QuestionƏgər bir şəxs digərini qətlə yetirsə, sonradan “onu Allaha, peyğəmbərə və ya imamlara (ə) nalayiq söz dediyinə görə öldürmüşəm” –deyə iddia etsə, bu iddia, dəlil və sübut olmadan qəbul olunurmu?
Answer: Nüfuzlu və etibarlı deyil. Əgər bunu sübut etməsə, qisasa (edama) məhkum olacaqdır.

Yazılı sənədlərin məhkəmə prosesində etibarı [Qəzavət]

QuestionAşağıda qeyd olunanları nəzərə alsaq, qazı indiki zamanda rəsmi sənədləri etibarlı sayıb, onları öz çıxardığı qərarlar üçün əsas tuta bilərmi?
a) Bir çox şərait, hallar və əlamətlər mövcuddur ki, ürf (camaat) içində bu sənədləri tərtib edənlərə etibar edilməsinə, habelə rəsmi sənədlərə etimad göstərilməsinə səbəb olur. Məsələn, qanunu pozmuş notariuslara tətbiq edilən cinayət və hüquqi cəzaların mövcudluğu, rəsmi sənədlər üçün kontorları yoxlayan daimi müfəttişlərin mövcud olması və digər tərəfdən də dəftərxana müdirlərinin (notariusların) onlara müraciət edənlərin etibarını qazanmaq üçün öz işlərinə böyük diqqətlə yanaşmaları
b) Camaatın hüquqi və iqtisadi əlaqələrinin böyük hissəsi, habelə istintaq məsələləri rəsmi sənədlər əsasında qurulur, belə ki, bu sənədlər (məsələn, şəxsiyyət vəsiqəsi, evlilik haqqında şəhadətnamə, torpaq sahəsi, mənzil, avtomobil və s.- in mülkiyyətinə aid olan sənədlər) mövcud olmadıqda cəmiyyətin bu qisim məişət nizam-intizamında hərc-mərclik yaranacaqdır.
c) Böyük fəqihlərin, xəttin və yazının etibarlı sayılmaması üçün qeyd etdikləri dəlillər: məsələn, yalan olması ehtimalı və ya katibin məqsədinin yazılanların olmaması ehtimalı camaat arasında bu sənədlər barəsində qəbul olunmur.
Answer: Kətbi (yazılı) imza şifahi inşa hökmündədir. Buna görə də hazırkı mötəbər sənədlər hüccətdir (dəlildir). Biz, “Ürvətül-vusqa” kitabının təliqəsinin ikinci cildində bu məsələ üçün kifayət qədər dəlil və sübut yazmışıq.

Hüquqi və cəza zamanının ötməsi [Qəzavət]

QuestionÖz nəzərinizi hüquqi zamanın ötməsi (elə zaman müddətinin ötməsidir ki, ondan sonra iddia bir daha məhkəmədə dinlənmir) və cəza zamanının ötməsi (elə zaman müddətinin keçməsidir ki, ondan sonra müqəssir şəxs bir daha təqib olunmur, əgər təqib olunubsa da, daha axtarış davam edilmir, və ya qəti hökm çıxarılmışdırsa, artıq hökm icra olunmur.) barəsində bəyan edin.
Answer: Zahirən, İslami-fiqhi qanunların içərisində “zamanın keçməsi” adında bir əsasımız yoxdur. Bu barədə mövcud olan yalnız budur ki, bəzən zamanın ötməsi haqq sahibinin öz haqqından keçməsinə və onun bəraət almasına qəti dəlil (sübut) və ya şəri höccət olur. Bəzən də mümkündür ki, ikinci dərəcəli ünvanlar belə cinayət işlərinə baxılmasına və ya hüquqi işlərin aparılmasına mane olsun. Lakin bu iki haldan başqa zahirən zamanın ötməsi adınada heç bir məsələ mövcud deyil.

Qazının qeyri-qanuni əlaqələrə dair axtarış aparması [Qəzavət]

QuestionBəzən bir qızla oğlan arasında baş verən qeyri-qanuni əlaqələr barəsində məlumat verilir, amma onlar üçün iş açılandan sonra tərəflər hər hansı bir əlaqənin olmasını inkar edirlər və ya cismi (bədənlə) əlaqə və təmasa etiraf etsələr də, cinsi yaxınlığı inkar edirlər. Bu halda qazı vəziyyətin aydınlaşması üçün ekspert həkimin yanına göndərir və həkim qızın ön və arxa cinsi üzvlərini müayinə edir. Sual budur ki:
1) Qızın müayinə üçün (kişi və ya qadın) ekspert həkimə göndərilməsi lazımdırmı? Əgər qızın ailəsi özlərinin nigarançılıqlarını bildirərək qızın müayinə olunmasını istəsələr, onda necə?
2) Həkimin qərarı hökmdə təsir qoya bilərmi? Əgər ekspert qızın ön və arxa cinsi orqanlarına bərk cismin dəydiyi barədə hesabat versə, amma (nəyin dəyməsi) aydın şəkildə məlum olmasa, onda necə?
Answer: a) Belə məsələlərdə axtarış aparmaq qazının vəzifəsi deyil və müayinə etmək caiz deyil. Yalnız zəruri halları bundan müstəsnadır.
b) Yuxarıda fərz olunan halda ekspertin qərarı təklikdə kifayət etmir.

Həddi-buluğa çatandan sonra azyaşlı cinayətkarın ittiham edilməsi [Qəzavət]

QuestionHəddi-buluğa çatmayan uşaqlar oynayarkən onlardan biri öz oyun yoldaşının üzərində cinayət işlədir (gözünə xəsarət vurur). Uşağın valideynləri onun müalicəsinə başlayır və sağalmasına ümid bəsləyərək şikayət etmirlər. Bir neçə ildən sonra və sağalandan sonra şikayət edirlər. Müqəssir şəxs artıq həddi-buluğa çatmış və böyümüşdür. Əgər dəlil və sübut olmasa və müttəhim hadisəni inkar etsə, münaqişəni hansı yolla həll etmək mümkündür?
Answer: Heç bir dəlil və sübutun olmadığını fərz etsək, inkar edən şəxs and içməlidir, ehtiyat budur ki, onun vəlisi də (başçısı da) and içsin.

İttihama dair sübut-dəlilin olmadığı halda fərdin ittiham edilməsi [Qəzavət]

QuestionBir şəxsin ittihamını ona izah etmədən, onu məhkəməyə çağırmadan, özünü müdafiə üçün ona icazə vermədən müttəhim etmək və naməlum günahla 2,5 il müddətində azadlıqdan məhrum etmək, habelə cinayət işində ittihama aid olan sənədlərin olmaması şəriət və İslam hökmlərinə uyğun ola bilərmi?
Answer: Şəriət qaydalarına görə onun günahını özünə başa salmaq və ona müdafiə üçün icazə vermək lazımdır. Sonra İslam ədalət meyarlarına, habelə müqəddəs fiqhi hökmlərdə göstərilənlərə uyğun olaraq mühakimə edilməlidir.

Meyitin borclu olmasına dair iddia qaldırmaq [Qəzavət]

QuestionMeyitə qarşı qaldırılan iddiada aşkar dəlil-sübutdan əlavə, and içmək də lazımdır. Bu, yalnız onun borclu olduğu hallara məxsusdur, yoxsa iddiaların hamısına şamil olur? Məsələn, bir kəs desə ki, “mərhumun filan torpaq sahəsi mənim olmuşdur”, yaxud “filan torpaq, filan bulaq və ya filan arxda onunla şərik idik.”
Answer: Bu hökm borclara məxsusdur.

Azyaşlı uşağın vəlisini and içdirmək [Qəzavət]

QuestionDünyadan getmiş bir şəxsin bir neçə az yaşlı (səğir) varisi var. Mərhumun bacısı iddia edir ki, mərhumun filan torpaq sahəsi mənimdir. Lakin mərhumun varisləri bir sənəd təqdim edirlər ki, orada bacısının həmin torpaqları qardaşına bağışladığı deyilir. Lakin bacısı bu sənədi qəbul etmir və and içməyə hazırdır. Az yaşlının tərəfindən qarşı tərəfə and içdirmək olarmı?
Answer: Onlar şəri hakimin yanına gedib, öz sənədlərini təqdim etməlidirlər. Əgər and içmək lazım olsa, azyaşlının vəlisi (himayə edən, qəyyum) onların haqqını müdafiə etmək üçün and içə bilər.

Bir cinayət işində bir neçə qazı arasında fikir ayrılığı [Qəzavət]

QuestionEyni işə baxan bir neçə qazının arasında fikir ayrılığı baş verərsə, onların içində ələm olan qazının qərarına üstünlük vermək lazımdırmı?
Answer: Bir cinayət işinə bir qazı baxmalıdır. Hərçənd o digərləri ilə məşvərət edə bilər.

Qazılar müxtəlif olan yerdə məhkəmə metodu [Qəzavət]

QuestionMəhkəmədə bir neçə qazının olması İslam fiqhində varmı və təsdiq olunmuşdurmu? Cavab müsbətdirsə, hakimlik (məhkəmə) hansı şəkildə aparılacaq və hansı metodla qərar çıxarılacaqdır. Əksəriyyətin nəzəri meyardır, yoxsa ələm müctəhidin rəyi meyardır?
Answer: Qazılar yekdil rəyə malikdirlərsə, maneəsi yoxdur. Lakin fikir ayrılığı olan halda, bir nəfər işi aparmalı və qərar çıxarmalıdır.

Qazının elminin hüdudda etibarı [Qəzavət]

QuestionMüttəhimin iqrarlarından, münaqişəli tərəflərin söylədiklərindən, iş qovluğunda olanlardan, mövcud əlamət və qərinələrdən hasil olan qazının elmi, şəri hüccət (dəlil) sayılırmı? Qazı belə bir elmə istinad etməklə hüdud (cəza), qisas və sair şəri hüquqlar haqqında qərar çıxara bilərmi?
Answer: Qazının elmi hissi və ya hissə yaxın əsaslardan (meyarlardan) hasil olarsa, hüccətdir.

Eyni torpağın mülkiyyətinə dair iki nəfərin iddiası [Qəzavət]

QuestionƏmrlə Zeyd arasında bir mülk üstündə mübahisə (münaqişə) yaranmışdır. Onların hər biri iddia edirlər ki, Xalid o mülkü məhz ona vermişdir. Hər ikisinin də şahidi var. Amma şahiddən əlavə Zeydin əlində bir yazı da var, amma Əmr öz yazısını itirmişdir. Əmrin şahidləri deyirlər ki, Xalid, Zeydin yazısında olan tarixdən neçə il öncə mülkü Əmrə vermişdir və biz də şahidik. Xahiş edirik ki, bu iki nəfərdən hansı birinin şəhadətinin irəli (qəbul) olduğunu deyəsiniz?
Answer: Əgər mülk onlardan birinin ixtiyarındadırsa, onun dəlil və sübutu irəlidir. Əgər mülk onların hər ikisinin ixtiyarındadırsa, və ya heç birinin ixtiyarında deyilsə, (mülkü) bölməlidirlər.

Şahidin etibarsız olması iddiası [Qəzavət]

QuestionƏgər ixtilaf və mübahisəyə görə bir şəxs bir şahidi cərh etsə (pisləsə, etibarlı olmadığını desə), məsələn, desə ki, filan şahidin mənimlə mübahisəsi olduğuna görə mənim əleyhimə şahidlik edir, bu cərh nafizdirmi (etibarlı, nüfuzludurmu)?
Answer: Onun etibarlı olmadığını isbat edə bilsə, onun cərh etməsi məqbuldur və əks halda, sadəcə iddia öz-özlüyündə məqbul deyil.

Zina edənin məhkəməyə etiraf üçün çağırılması [Qəzavət]

QuestionXahiş edirik, aşağıdakı suallara cavab verəsiniz: 1) Zina etməkdə müttəhim olunan kişini etiraf etmək üçün məhkəməyə gətirmək caizdirmi? 2) Caiz olduğu təqdirdə, qazi müttəhimə onun günahının nədən ibarət olduğunu başa sala bilərmi? 3) İkinci sualda deyilənlərin caiz olduğu və müttəhimin qəbul etdiyi təqdirdə izah edilmiş ittihamı qəbul etmək iqrar sayılır, yoxsa iqrar etməlidir? Öz əməlini aydın şəkildə boynuna almaq hökmdə əsas sayılırmı? Bir dəfə iqrar etdiyi təqdirdə sualın dəfələrlə və ya müxtəlif iclaslarda təkrarı vacib və ya caizdirmi?
Answer: 1) Zinada müttəhim olunan şəxsi məhkəməyə çağırmaq olmaz. Amma şahidlər öncə gedib şəhadət versələr və ya zina zorakılıqla baş verərsə və zinaya məruz qalmış qadın şikayət edərsə və yaxud da müttəhim məsələn, naməhrəm qadınla xəlvətdə bir yerdə olmaq kimi digər cinayətlər etmişdirsə, bu işlərə görə məsuliyyətə cəlb oluna (məhkəməyə çağırıla) bilər. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) İqrar aydın şəkildə olmalıdır. Qazının iqrar almaq üçün israr etməsinin heç bir əsası yoxdur. 4) Sükutla heç nə sübuta yetmir. Belə yerdə inkar lazım deyil əksinə iqrarın təsiri var.
TotalPages : 1