SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Qisasa məhkum edilmiş qatilin qüsl və kəfəni [Meyit qüslünün hökmləri]

QuestionCan qisasına (edama) məhkum olunmuş şəxsi qisasdan öncə hazırlamaq (qüsl verib kəfənləmək) lazımdır, yoxsa qüsl və kəfəni qisasdan sonra da yerinə yetirməyin maneəsi yoxdur?
Answer: Öncədən olması lazımdır.

Qürbət qəsdi ilə alınan qüsllə qılınan namaz [Meyit qüslünün hökmləri]

QuestionƏgər bir şəxsin boynunda heç bir qüsl olmasa, qürbət qəsdi ilə qüsl ala və onunla namaz qıla bilərmi?
Answer: Caiz deyil.

Meyit qüslü bitmədən öncə sıçrayan su [Meyit qüslünün hökmləri]

QuestionSidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Answer: Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.

Meyit qüsllərindən birinin yaddan çıxması [Meyit qüslünün hökmləri]

QuestionƏgər səhvən meyyitə verilməsi vacib olan üç qüslün biri verilməsə, hökmü nədir?
Answer: Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.

Qadın, yoxsa kişi olması məlum olmayan şəxsin meyit qüslü və namazı [Meyit qüslünün hökmləri]

QuestionBir şəxs vəfat etmişdir. Lakin qadın və ya kişi olması məlum deyil. Bu şəxsin namaz və qüslü necə olmalıdır?
Answer: Əgər məqsəd xonsadırsa (həm kişilik, həm də qadınlıq əlamətləri olan adam), gərək ona məhrəm olanlar qüsl versinlər. Məhrəmi olmasa qadın və kişilərdən hər biri ona qüsl verə bilərlər. Namazda da ehtiyata əməl etsinlər.
TotalPages : 1