Həkimin və zərbə vuranın qətldə məsuliyyətlərinin göstəricisi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Həkimin və zərbə vuranın qətldə məsuliyyətlərinin göstəricisi

QuestionBir şəxs digərinə qarşı elə bir iş görmüşdür ki, bu iş ya adətən öldürücüdür (məsələn, öldürücü zəhər), ya da adətən öldürücü deyil (məsələn, başqasının qoluna cüzi xəsarət vurmaq). Hər iki halda zərərçəkəni xəstəxanaya gətirmişlər və həkim öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırmışdır: Birinci surətdə zəhərli maddəni çıxarmamışdır. İkinci surətdə də səhlənkarlıq ucbatından, yaxud gigiyenik qaydalara riayət etməmək üzündən, çirklənmiş, yaxud da dezinfeksiya edilməyən alət və ləvazimatdan istifadəyə görə zərərçəkən infeksiyaya yoluxmuş, yaranın yayılmasına səbəb olmuş və bədən üzvünün kəsilməsi, yaxud da yaralı şəxsin ölümü ilə nəticələnmişdir. Bu iki halda qatil kimdir və qətl hansı növdən sayılır? Həkim və xəsarət yetirən şəxsin hər ikisi məsuliyyət daşıyırsa, onların hər birinin cəzası nədir?
Answer: Birinci surətdə öldürücü zəhər verən şəxs qatildir və cinayət qəsdən adam öldürmə sayılır. İkinci surətdə isə həkimin səhvi ölümlə nəticələnibsə, qatil həkimdir. Lakin bu qətl ehtiyatsızlıq üzündən adam öldürmə sayılır. Amma onların hər ikisi ölüm hadisəsində müqəssirdirsə, ödəməli olduqları diyə onların adam öldürmədə olan rollarına mütənasib formada olacaqdır.
CommentList
Tags
*TextComment
*PaymentSecurityCode http://makarem.ir
CountBazdid : 4547