SiteTitle

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Həyat yoldaşına qeyri-qanuni əlaqədə olması barədə böhtan atmaq [Böhtan atmağın cəzası]

QuestionƏgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə:
1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi?
2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi?
3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?
Answer: 1) Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər.

2) Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır.
3) Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.

Başqalarına söyməyin cəzası [Böhtan atmağın cəzası]

QuestionArvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Answer: Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.

Cəzanın böhtan atan şəxin həyatı üçün təhlükəli olması [Böhtan atmağın cəzası]

Question75 yaşlı qadın qəzf cəzasına məhkum edilmişdir. Lakin ekspert həkimin qənaətinə görə qadın xəstədir və ona şallaq vurmaq (sağlamlığı üçün) təhlükəlidir. Ziğs (80 çubuğu dəstə şəklində vurmaq) və yaxud xəstə sağalana qədər gözləmək qəzf cəzasında da mövcuddurmu? Əgər xəstə heç vaxt sağalmasa, vəzifə nədir?
Answer: Əgər cəzanın tətbiq edilməsində təhlükə yaranarsa, cəza icra olunmamalı və təhlükə aradan qalxana qədər təxirə salınmalıdır. Əgər xəstənin sağalmasına ümid yoxdursa, ziğsdən istifadə olunmalıdır.
TotalPages : 1