Əri itkin düşmüş qadının hökmü

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 

Əri itkin düşmüş qadının hökmü

QuestionƏri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?
Answer: Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:
1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.
2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər.
3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.
CommentList
Tags
*TextComment
*PaymentSecurityCode http://makarem.ir
CountBazdid : 4920