Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
makarem news

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

İllər öncə bu bölgənin zalımcasına işğalından sonra  müharibə atəşi yenidən alovlanmışdır. Həmin torpağlarda çox sayda məzlum müsəlmanların qanı axıdılmış və bir çoxları da yurd yuvalarından didərgin düşmüşdü. Təbii ki, bunun da məsuliyyətini işğala səbəb olan tərəf daşıyır.

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Rəhman və Rəhim Allahın adı ilə

   Son günlərdə Qarabağ haqqında  narahat edici xəbərlər bir daha düşüncə və qəlbləri İslam dünyasının bir parçası olan bu bölgəyə yönəltdi.
   Belə ki, illər öncə bu bölgənin zalım işğalından sonra  müharibə atəşi yenidən alovlanmışdır. Həmin torpağlarda çox sayda məzlum müsəlmanların qanı axıdılmış və bir çoxları da yurd yuvalarından didərgin düşmüşdü. Təbii ki, bunun da məsuliyyətini işğala səbəb olan tərəf daşıyır.
    Fələstin və digər İslam ölkələrinin işğaldan azad edilməsi ilə yanaşı Dağlıq Qarabağ bölgəsinin də tam şəkildə azad etmək və ərazi bütünlüyünü tanımaq bütün müsəlmanlara vacibdir. Biz də öz növbəmizdə bölgənin tamamilə azad edilməsi və işğal olunan torpağların İslam aləminə geri qayıtmasına səbəb olacaq hər hansı bir vasitəçilik, danışıq və müsbət qərar qəbul edilməsini təkidlə dəstəkləyir və vacib hesab edirik.
Bu arada hörmətli Azərbaycan Respublikası höküməti Qurani Kərimin "Zülm edənlərə meyl etməyin" əmri ilə hərəkət etməli, müsəlmanların qanını mübah bilən və İslam torpağlarında fitnə yaradaraq öz mənafelərini həyata keçirməyə çalışan işğalçı və qəsbkarlardan kömək istəmək əvəzinə həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının hüququnu tələb etməlidir.
 İsa (ə.s) başda olmaqla müqəddəs kitabların və bütün ilahi peyğəmbərlərin təlimləri zülmdən uzaq olmaq və məzlumlara kömək etmək idi. Bu səbəbdən bütün xristianlara Ermənistan dövlətini öz öhdəliklərini yerinə yetirmələri üçün tövsiyə etmələri lazımdır.  Bununla da İlahi dini, zülmdən və işğaldan təmizləyərək möminlərin və dünyada Allaha pərəstiş edən şəxslərin qəlblərini bir birinə yaxınlaşdırmalı, zülm və zülmün nəticələrindən ehtiyatlı olmalıdırlar. Allah taala buyurur: "Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!"

Allahın rəhməti və bərəkəti sizin üzərinizə olsun!
Nasir Məkarim Şirazi
Qum şəhəri;
18.10.2020


TarikheEnteshar: « 2020/10/18 »
Ayətullah əl-uzma Məkarim Şirazinin mesajı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Ayətullah əl-uzma Məkarim Şirazinin mesajı

Ayətullah Məkarim Şirazinin Ümumdünya Qüds Günü münasibəti ilə çıxışı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Ayətullah Məkarim Şirazinin Ümumdünya Qüds Günü münasibəti ilə çıxışı

Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Böyük mərcə təqlidinin baş ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*TextComment
*PaymentSecurityCode http://makarem.ir
CountBazdid : 14479