Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Böyük mərcə təqlidinin baş ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Qondarma İŞİD adlı dövlətin rüsvaycasına süqutu İslam dünyası əleyhinə xam xəyallara dalan və öz muzdurlarını durmadan İslam ölkələrini parçalamaq niyyətilə onun əleyhinə səfərbər edən qüvvələrə bir ibrət dərsi olmalıdır.

 

Qondarma İŞİD dövlətinin süqutu münasibəti ilə dünyanın bütün haqq sevərlərini təbrik edirik!


Bağışlayan və Mehriban Allahın adı ilə
“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!” (“Fəth” surəsi, 1-ci ayə).
Allaha həmd olsun ki, təkfirçi cinayətkar və xurafat toplumu olan İŞİD-in Mosul şəhərində olan son səngərləri bütövlüklə darmadağın edildi.
İraqın ikinci böyük şəhəri olan Mosulun azad edilməsi elə də kiçik nailiyyət deyil! İmperializm istəyirdi ki, müntəzəm surətdə bütün dünyadan topladığı muzdurlar və yaradılmış qondarma İŞİD dövləti vasitəsilə digər bir xərçəng şişini İslam torpaqlarında əksin və beləliklə də onu birdəfəlik bütün məntəqə üçün bir qorxulu təhlükəyə çevirsin. Onlar bu yolla məntəqədə olan İslam ölkələrindən təhdidlə xərac alaraq öz qanunsuz mənafelərini genişləndirmək istəyirdi. “Mərcəiyyət”in fətvası nəticəsində “Əl-Həşd Əş-şöəbi”-“Xalq səfərbərliyi” təşkil edildikdən sonra İraqın cəsarətli silahlı qüvvələrinin bir yerə toplanması nəticəsində tör-töküntü olan İŞİD dövlətinin və onları gizli himayə edənlərin müqəddəratı müəyyən oldu.
Bu fətva mərhum İmam Xomeyninin (r.ə) İran xalqının səfərbərliyi fətvasının ardı olaraq bir tarixi qəhrəmanlıq hesab edilərək İslam düşmənlərinin gözünə batan bir tikan oldu. Allahın izni ilə ümid edirik ki, “Əl-Həşd Əş-şöəbi”-“Xalq səfərbərliyi” əmin-amanlığın müdafiəçisi olduğu kimi, ümumilikdə bütöv İraq torpaqlarının istiqlalı naminə silahlı qüvvələrlə birlikdə qalsın, heç vaxt öz üzərinə götürdüyü vəzifədən əl çəkməsin.
Qondarma İŞİD adlı dövlətin rüsvaycasına süqutu İslam dünyası əleyhinə xam xəyallara dalan və öz muzdurlarını durmadan İslam ölkələrini parçalamaq niyyətilə onun əleyhinə səfərbər edən qüvvələrə bir ibrət dərsi olmalıdır.
Qondarma İŞİD dövlətinin süqutu münasibəti ilə Nəcəf şəhərinin müctehidlərini, İraqın bütün dövlət xadimlərini və bu ölkənin müsəlman camaatını, silahlı qüvvələrini və dünyanın bütün haqq sevərlərini təbrik edirik. Allah uğur nəsib etsin!
Yayım tarixi: 05/ 07/ 2017

 


Nəşr tarixi: « 2017/7/5 »
Tags
Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət şurasının sədri ilə görüşündə

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1189